Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Sonaxanım Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (d. 2 fevral 1957) — Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin «İsmayıl bəyin sandıqçası» filmində Ana, K.Əzimzadənin «İmtahan» filmində Ana, Ənvər Əblucun «Sarı köynək» filmində Zəminə, E.Qasımovun «Köhnə bərə» filmində Əminə, Ş.Nəcəfzadənin «Kral ölüb yaşasın kral» filmində kraliça, E.Səfərovun «Məhbus» filmində Ana, K.Rüstəmbəyovun «Bakı» filmində Jurnalist, V.İbrahimoğlunun «Qurama» filmində Ana, R.Mirzəyevin «Əkinçi» filmində Hənifə xanım, «Dronqo» filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir.
Anaxanım Tağıyeva
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Anaxanım Xanlarova
Anaxanım Hüseynbəy qızı Xanlarova — İlk qadın korrozionist alim == Həyatı == Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur.Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı.Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Həmin dövrdə ölkədə özünü müsbət cəhətdən göstərən tələbələr praktiki işə cəlb edilirdi. Onlar üçün nəzəri biliklərini tətbiq etməyə şərait və maddi durumlarını yaxşılaşdırmağa imkan yaradılırdı.
Bahar (Suraxanı)
Bahar – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə adı yaşayış massivi olaraq da keçir.
Koqqiqriya sarağanı
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Suraxanı (Ağsu)
Suraxanı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 151 nəfərdir.
Suraxanı (dəqiqləşdirmə)
Suraxanı — Suraxanı rayonuda qəsəbə. Köhnə Suraxanı adı ilə də tanınır. Suraxanı rayonu — Bakıda rayon. Suraxanı atəşgahı — Suraxanıda yerləşən atəşgah. Suraxanı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Suraxanı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə. Suraxanı (içki) — müalicəvi mineral süfrə suyu. Suraxanı — 1914-cü ildə istifadəyə verilən tanker. Daha sonra Valerian Kuybışov tankeri olaraq adlandıtrılmışdır. Suraxanı rayonunun qaraçuxur qəsəbəsində zəngin qəsəbə kimi adlandırmaq olar.
Suraxanı (içki)
Suraxanı — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Bakı şəhərinin şimal-şərqində Abşeron yarımadasının Suraxanı kəndində (qəsəbəsində) yerləşir. Hidrogen-kükürdlü müalicəvi su olub minerallaşması 5,4–9,3 q/l-dir. Gündəlik debiti təqribən 30 min. litrdir.
Suraxanı GES
Suraxanı Günəş Elektrik Stansiyası — Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanıda quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Stansiyanın açılışı iyulun 16-da olub. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.
Suraxanı atəşgahı
Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir. 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.
Suraxanı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Suraxanı rayonu
Suraxanı rayonu – Bakıda inzibati rayon. Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Günəşli, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsi bu rayona aiddir. == Tarixi == Suraxanı toponimi tat leksikasına mənsubdur. Məlumdur ki Suraxanıda qədimdən irandilli tatlar məskunlaşmışlar. Suraxanı toponimi iki komponentdən ibarətdir: surax — fars və tat dillərində çala, çuxur, oyuq, deşik, xanı isə mənbə, qaynaq, çeşmə, fəvvarə deməkdir. S. Aşurbəyli yazır ki, "Suraxanı oyuqdan, deşikdən qaynayıb daşan, fəvvarə vuran deməkdir."Suraxanı rayonunun əsası 1920-ci ilin may ayında qoyulub, rayon olaraq isə yenidən 3 noyabr 1934-cü ildə yaradılıb, 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanırdı. Həmin tarixdən isə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıb. == Mədəniyyəti == === Atəşgah === Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir. Məbəddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məşhur alim və səyyahlar qalmışlar. "Atəşgah"ın sahəsi 1368 m2 və yaxud 0,14 ha-dır."Atəşgah" məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cü il tarixli, 3 saylı qərarı ilə yaranmışdır.
Suraxanı xalçaları
Suraxanı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Suraxanı xalçaları" öz adını Bakı şəhərindən 20 km aralı məsafədə yerləşən Suraxanı qəsəbəsinin adından almışdır. Hələ çox-çox qədimdən neft yataqları və atəşgahları ilə məşhur olan Suraxanıda, Xilə (Əmircan) kəndində, həmçinin Qala və Türkan qəsəbələrində (buradakı xalçalar Suraxanı xalçalarının təsiri ilə inkişaf edirdi) istehsal olunan xalçalar yüksək kefiyyətli xalçalar hesab olunur. == Bədii analiz == Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu "Suraxanı xalçaları" müxtəlif kompozisiyalarla toxunmuşdur. Toxunuş və naxış üslublarına görə bu xalçalar beş əsas üsulla toxunmuşdur. Birinci üsul: Birinci üsulla toxunan "Suraxanı xalçaları"nın orta sahəsi şaquli hissədə yerləşdirilmiş bir neçə (daha çox üç) səkkizbucaqlı medalyondan ibarətdir. Qocaman toxucular bu medalyonları "Xonça" adlandırırlar. Medalyonlar dişli çıxıntılarla əhatə edilmişdir. Bu medalyonlar "xonçanın" qotazları hesab edilir. İkinci üsul: İkinci üsulla toxunmuş "Suraxanı xalçaları"nı xalçaçılarımız "Sacayağı" adlandırırlar.
Yeni Suraxanı
Yeni Suraxanı (əvvəlki adı: Kirov) — Bakının Suraxanı rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı rayonundakı Kirov qəsəbəsi Yeni Suraxanı qəsəbəsi adlandırılmışdır. == Tarixi == 1930-cu ildə Suraxanı kəndinin əhalisi dövlət tərəfindən kəndin əkin sahələrində tikilmiş yeni, qəsəbə tipli kəndə köçürüldü. Səbəb kimi Suraxanı kəndinin ərazisində neft mədənlərinin olması və bunun əhali üçün çətinliklər törətməsi göstərildi. Kənd sakinləri arasında yeni yaşayış məskəni "Nuqədi" (Yeni kənd) adlandı. 29 dekabr 1992-ci il tarixinə qədər Suraxanı rayonundakı bu qəsəbə Kirov qəsəbəsi adlanırdı. Bu ad kənd əhalisi tərəfindən qəbul edilməmiş və Yeni Suraxanı adından istifadə edilmişdir. Suraxanı sözünün mənası Bakılıların eynilə də suraxanılıların və balaxanılıların danışdığı tat dilində sura — "qırmızı", xanı — "ev", əslində isə, sörx — "qırmızı", xonə — "ev" deməkdir.
Əmircan (Suraxanı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Anaxanım İsmayılova
Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu.Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.Anaxanım Ağayeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/16 final mərhələsindəcə Ukrayna nümayəndəsi Tatyana Koba məğlub oldu (RSC) və mübarizəsini dayandırdı.Daha sonra Anaxanım İsmayılova 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. İsmayılova 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Yaroslava Marinçuha qalib gəlsə də (3:2), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Kaitlin Fryersa məğlub oldu (0:5) və Avropa Çempionatının bürünc medalına sahib oldu.Anaxanım İsmayılova 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. İsmayılova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Hindistan nümayəndəsi Zareen Nixata məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Suraxanı Maşınqayırma Zavodu
Suraxanı Maşınqayırma Zavodu – Azərbaycanda maşınqayırma zavodu. Zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1923-cü ildə "Azneft" Birliyinin emalatxalarının bazasında yaradılmış və 1925-ci ildə burada ştanqlı quyu nasoslarının istehsalı təşkil edilmişdir.1930-cu ildə zavoda F. Dzerjinski adı verilmiş, 1991-ci ildən isə Suraxanı maşınqayırma zavodu kimi fəaliyyət göstərir. Zavodun istehsal etdiyi məhsulların nomenkulaturasına ştanqlı quyu nasosları, silfonlu qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu tros alətləri, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğular, qaz-qum lövbərləri, boru ştaqlı nasos qurğuları və onların ehtiyat hissələri daxildir. Zavodun mövcud istehsal gücü, texniki və texnoloji imkanları, normativ sənəd bazası normal və mürəkkəb (abraziv, böyük miqdarda qaz və mexaniki qarışıqlar olan mühitdə) istismar şəraitləri olan AZS və API 11 AX standartlarına müvafiq bütün ölçü və icralı ştanqlı dərinlik nasosları və digər neft-mədən avadanlıqlarını layihələndirməyə, istehsal etməyə və zəmanətlə sifarişçilərə göndərməyə imkan verir. Zavodda həcmi azotlaşdırma, detalların xarici işlək səthinə bərklik vermək üçün qazotermik püskürmə yolu ilə metal tozu vasitəsilə örtülməsi kimi texnologiyalar tətbiq edilir, müasir sınaq laboratoriyası fəaliyyət göstərir. 2004-cü ildən zavodda İSO Beynəlxalq standartı fəaliyyət göstərir və ştanqlı quyu nasosları Amerika Neft İnstitutunun APİ Spec 11 AX Monoqrammı əsasında istehsal olunur.
Suraxanı tanker-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. == Tarixi == 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.
Yeni Suraxanı bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yeni Suraxanı türbəsi
Abidə Bakının Yeni Suraxanı kəndi yaxınlığındadır. Türbə neft mədənlərinin yaxınlığında yerləşir. Türbəni tədqiq edən tədqiqatçı alim Məşədixanım Nemət e.ə.1-ci əsrin əvvəllərindən Yerusəlimdən (Qüdsdən) ilk xristian missionerlərinin Xəzər dənizi ilə gəlib Abşeronda məskunlaşması ilə bağlı məqaləsində abidəni o dövrlə əlaqələndirir. Qaya üzərində, 2-3 metr yüksəklikdə yerləşən türbə düzbucaqlı formaya malikdir.
Əmircan bələdiyyəsi (Suraxanı)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Suraxanı gəmi-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. == Tarixi == 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.
Nizami Qaraxani
Nizami Qaraxani - şair. == Həyatı == Nizami Qaraxani isə XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox istedadlı şair kimi tanınan Qaraxani çox gənc ikən – 24 yaşında vəfat edib.. Nizami Qaramanlı 1435-1440-cı illər arasında Türkiyənin Koniya vilayətinin Qaraman adlı məntəqəsində anadan olmuşdur. Onun atası Molla Vəliyəddin Konyanın məşhur müəllimlərindən olmuşdur. Nizami Qaramanlıya ilk təhsili də elə atası vermişdir. Atası oğlu üçün Konyadakı təhsili uyğun görməmiş və onu İrana göndərmişdir. İranın hansı vilayətinə getməsi barədə indiyədək əlimizdə məlumat yoxdur. Həmin vaxtda İran ərazisində Ağqoyunlu, Qaraqoyunlu və Teymurilər dövlətləri var idi. Onun bu dövlətlərdən hansının ərazisində tələbə olması məlum deyil, hətta İranda kimlərdən dərs alması da indiyədək məlum deyil.
Həsən xan Qaraxani
Həsən bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1130. ildə qohumu Əhməd xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Mahmud xan Qaraxani
Mahmud bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1132. ildə əmisi II İbrahim xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Məhəmməd xan Qaraxani
Məhəmməd bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1032. ildə qohumu Yusif Qadir xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.