qaraxani

qaraxani
qaraxallı
qaraxanilər
OBASTAN VİKİ
Nizami Qaraxani
Nizami Qaraxani - şair. Nizami Qaraxani isə XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox istedadlı şair kimi tanınan Qaraxani çox gənc ikən – 24 yaşında vəfat edib.. Nizami Qaramanlı 1435-1440-cı illər arasında Türkiyənin Koniya vilayətinin Qaraman adlı məntəqəsində anadan olmuşdur. Onun atası Molla Vəliyəddin Konyanın məşhur müəllimlərindən olmuşdur. Nizami Qaramanlıya ilk təhsili də elə atası vermişdir. Atası oğlu üçün Konyadakı təhsili uyğun görməmiş və onu İrana göndərmişdir. İranın hansı vilayətinə getməsi barədə indiyədək əlimizdə məlumat yoxdur. Həmin vaxtda İran ərazisində Ağqoyunlu, Qaraqoyunlu və Teymurilər dövlətləri var idi. Onun bu dövlətlərdən hansının ərazisində tələbə olması məlum deyil, hətta İranda kimlərdən dərs alması da indiyədək məlum deyil.
Həsən xan Qaraxani
Həsən bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1130. ildə qohumu Əhməd xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Mahmud xan Qaraxani
Mahmud bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1132. ildə əmisi II İbrahim xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Məhəmməd xan Qaraxani
Məhəmməd bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1032. ildə qohumu Yusif Qadir xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Xızır xan Qaraxani
Xızır bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1080. ildə qardaşı Şəmsmülk Nəsr xanın ölümündən sonra hakimiyyətə gəlmiş. Hakimiyyəti illərində Xızır əl-xaqan və əl-muazzam sultan adı ilə pul zərb etdirmişdir.
Əhməd xan Qaraxani
Əhməd bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1129. ildə qardaşı III Nəsr xan Qaraxaninin sui-qəsd nəticəsində ölümündən sonra hakimiyyətə gəlmişdir.
Əli xan Qaraxani
Əli bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1156. ildə qohumu III İbrahim xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
III Nəsr xan Qaraxani
Nəsr bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1129. ildə atası II Məhəmməd xan Qaraxaninin iflic olmasından sonra hakimiyyətə gəlmişdir.
III İbrahim xan Qaraxani
İbrahim bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1141. ildə qardaşı Mahmud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Mahmud xan (Qaraxani)
Mahmud bin Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1132. ildə əmisi II İbrahim xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Məhəmməd xan Qaraxani
Məhəmməd bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1102-ci ildə qohumu Cəbrayıl Qədir xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Məsud xan Qaraxani
Məsud bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1163. ildə qardaşı Əli xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
II İbrahim xan Qaraxani
İbrahim bin Süleyman bin Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1132. ildə qohumu Həsən xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Əhməd xan (Qaraxani)
Əhməd bin Harun xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 1024. ildə əmisi oğlu Mənsur Arslan xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
IV İbrahim xan Qaraxani
İbrahim bin Hüseyn bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1178. ildə əmisi II Məsud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
I Mahmud xan Qaraxani
I Mahmud xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1098-ci ildə babasının qardaşının nəticəsi Süleyman Təkin xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
I Məsud xan Qaraxani
Məsud bin Məhəmməd bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1095. ildə əmisi oğlu Əbülmüzəffər Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
I Əhməd xan (Qaraxani)
Əhməd bin Əli xan Qaraxani — Qaraxanilər dövlətinin xaqanı. 999. ildə qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Abbasi xəlifəsi tərəfindən hakimiyyəti tanınan ilk Qaraxani xaqanıdır.
Centaurea emilae Hüseynova et Qaraxani
Qaraxanilər
Qaraxanlılar dövləti — 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk dövləti. IX əsrdə Şərqi Türküstan, Yeddisu və Tyan Şan dağlarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türk dilli qarluqlar yaşayırdilar. "Qarluq" türk sözü olub "qarlıq", "qar yığımı" mənasını verir. Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç (sonrakı adı: Daşkənd), onun şərqində Talas, şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Qaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Qaşqar, onun cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasaqun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, cənub-şərqdə Cunqariya bozqırları, Alagöl gölü, İrtış çayı,Təklə-Məkan səhrası, sərhədə yaxın Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi. Xilafətin zəifləməsi Qaşqarda ilk türk-islam dövləti yaradan Qaraxanlıları da İran "şuubiya" hərəkatının açdığı yola cəlb etdi. Bu dövlətin təsisçisi Əbdülkərim Satuq Buğra Qaraxan Ərəb mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu. Qaraxanlı hökmdar sülaləsi əski Türğişxaqanlarının nəslindəndir. Türgişlər, əski qərbi Göytürklərinin ən güclü və əhəmmiyətli bir boyu olup son xaqanların hamısı bu boydan gəlmişdilər. Göytürklərin yıxılmasından sonra bunların töküntüləri də Doqquz Oğuz, Uyğurlara tabe bir xan olaraq yaşamışdır. Abbasi xəlifəsi Mənsur (754 – 775) zamanında, Qaşqar və Fərqanə hökmdarı olan və adı yaxşı oxunamayıb 'Kır xan' olması ehtimal olunan hökmdar Bağdada 'Bayır Çur' adında bir elçi göndərmiş və xəlifə ilə siyasi münasibətlərdə bulunmuşdu.
Qaraxanilər dövləti

Qaraxanilər sülaləsi
Qaraxanlılar (840–1212) — Qaraxanlılar dövlətini idarə etmiş türk sülaləsi. Qaraxanlıların kökü ilə bağlı 8 fərziyyə var, hamısını da fərqli alimlər ortaya atıb: Uyğur fərziyyəsi: J. Deqinye, J. H. Klorot, J. P. Abel Remyusa, M. Fraen, J. Reyno, H. Vamberi, Vilhelm Radlov və J. Markvart Türkman fərziyyəsi: J. V. Hammey, Purgstall, G. Weil Yağma fərziyyəsi: V. Minorski, Faruk Sümer, Reşat Genç Karluk fərziyyəsi: F. Qrenar, Eduard Şavannes, M. Fuat Köprülü Yağma fərziyyəsi: M. F. Köprülü Çigil fərziyyəsi: V. Bartold Aşina fərziyyəsi : Zəki Vəlidi Toqan Türkeş fərziyyəsi: Sadettin Gömeç Bilgə Qul Qədir xan – xaqan (840–893). Bazir Arslan xan – xaqan (893–920). Oğulcaq xan – xaqan (893–940). Satıq Buğra xan – xaqan (940–955). Musa Baytaş Buğra xan – xaqan (955–970). I Harun Buğra xan – xaqan (970–993). Nəsr bin Əli xan – xaqan (993–999). I Əhməd xan – xaqan (999–1015). Mənsur Arslan xan – xaqan (1015–1024).
Qərbi Qaraxanilər dövləti
Qərbi Qaraxanlılar xanlığı və ya dövləti (həmçinin Xaqanlıq ) Orta Asiyada Qaraxanlılar dövlətinin iki yerə parçalanması nəticəsində yaranmış orta əsr türk müsəlman dövlətidir. Qaraxanlılar dövlətinin 1040-cı ildə Şərq və Qərb xanlıqlarına parçalanması Əli Arslan xanın oğulları arasında hakimiyyət uğrunda gedən daxili mübarizə nəticəsində baş verdi.Qərbi Qaraxanlı xaqanlığının banisi “Alid” – İbrahim Buritəkin və ya İbrahim b. Nəsr Təbqaç Xan ( 1040 - 1068 ) Xaqan titulunu daşıyırdı. Maverannahr ərazisi və Fərqanənin qərb hissəsi Qərbi Qaraxanlılar xaqanlığının tərkibinə daxil oldu. Şərqi Qaraxanlılar xanlığı “xasanilər”in tərkibində qaldı. İki xaqanlıq arasındakı sərhəd Sırdərya bölgəsindən keçirdi və bu torpaqlar onların daimi mübarizəsi meydanına çevrildi. Dövlətin paytaxtı əvvəlcə Özkənd idi, lakin sonra İbrahim Buritəkin Səmərqənd şəhərini paytaxt seçdi. Mənbələrə görə, onun hakimiyyəti dövrü ölkənin iqtisadi və mədəni həyatında yüksəliş dövrü ilə xarakterizə olunur. Onun siyasətini oğlu Şəmsmülk Nəsr xan ( 1068-1080 ) davam etdirdi. Şəmsmülkün varisi Xızır Xan Qaraxani ( 1080-1087 ) olmuşdur.
Şərqi Qaraxanilər dövləti
Şərqi Qaraxanlılar dövləti — Qaraxanilər dövlətinin iki yerə parçalanmasından sonra yaranan türk qurumu. Qaraxanlı dövləti ikiyə ayrılandan sonra Böyük xaqan kimi tanınan Şərəfüddövle ləqəbli Əbu Şüca Süleyman ibn Yusif mərkəzi Balasagun və Qaşqarı özünə saxlayıb, qardaşlarından Buğra xan Məhəmmədə Taraz ilə İsficabı, Mahmuda isə Arslan Tigin ləqəbiylə birlikdə ölkənin şərqini verdi. Qaraxanlı dövlətləri arasında sərhəd anlaşmazlığından döyüşlər davam edirdi. Şərqi Qaraxanlı dövlətinin paytaxtı Balasagun idi. İlk dövrlərdə şərqdən gələn köçəri Türklər ölkə ərazisinə qəbul edildi və İslamiyyətə girmələri təmin edildi. Bu sırada Böyük Səlcuq dövləti güclənməkdəydi. Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdı. Süleyman Arslan xan – xan (1032—1055) II Məhəmməd Buğra xan – xan (1055—1057). I İbrahim Buğra xan – xan (1057—1059). Mahmud Toğrul xan – xan (1059—1074).