Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saytama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Salamat (Bukan)
Salamat (fars. سلامت‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (61 ailə).
Saytama prefekturası
Saytama prefekturası (yap. 埼玉県) — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 3 797 kvadrat kilometr, əhalisi 7 187 000 nəfərdir. Mərkəzi Saytama şəhəridir.
Saytama Universiteti
Saytama Universiteti (埼玉大学, Saitama Daigaku) ​​— Yaponiyanın Saitama şəhərində milli universitet. Universitet 1873-cü ildə qurulub. 1922-ci ildə Saytama Pedaqoji məktəbi və Saytama Gənclər məktəbi yaradılmışdır. 1929-cu ildə Urava Ali Məktəbi ilə birləşdi. 1949-cu ildə Saytama Milli universiteti kimi təsis edildi. Universitet bakalavr, magistr və doktorantura proqramları təklif edir. Hazırda bakalavr təhsili üçün 5 fakültə (məktəb) fəaləyyət göstərir: İncəsənət fakültəsi Təhsil fakültəsi İqtisadiyyat fakültəsi Elm fakültəsi Mühəndislik fakültəsi 4 magistratura məktəbi: Mədəniyyətşünaslıq məktəbi Təhsil və Elm məktəbi İqtisadiyyat elmləri məktəbi Mühəndislik məktəbi Universitet 5 bakalavr və 4 magistratura məktəbinin Okubo kampusunda bir yerdə yerləşməsi ilə fərqlənir. Bu, təhsil və tədqiqat, dərsdənkənar fəaliyyətlər və tələbə həyatı üçün əlverişli mühit təklif etməklə bir çox cəhətdən sərfəlidir. Məktəblərin hamısı magistratura ilə yanaşı doktoranturaya aparan proqramlar təklif edir. Okubo kampusu Peyk kampusu: Omiya Sonik şəhər kolleci Tokio Station kolleci 1992-ci ildə Elm və Mühəndislik Ali məktəbi İnşaat və Ətraf Mühit mühəndisliyi üzrə Beynəlxalq magistr proqramına başlamışdır.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Sayama hadisəsi
Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı. 1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.
Hikava məbədi (Saytama)
Hikava məbədi (氷川神社, Hikava-cinca) – Yaponiyanın Saytama prefekturasının Saytama şəhərinin Omiya rayonunda yerləşən şintoist məbədi. Məbəd Amaterasunun qardaşı Susanooya həsr olunmuşdur. == Tarixi == Məbəd kənd təsərrüfatı və hərb ilahı Susanooya həsr olunduğu üçün Yaponiyada populyar məbədlərdən biri olmuşdur. Məbədin mənşəyi naməlum olsa da, 927-ci ildə yazılmış "Enqişiki" kitabında myocin-tayşa olaraq göstərilmişdir. Məbədin festivalında iştirak etməsi və hədiyyə təqdim etməsi üçün məbədə imperiya emissarı göndərilirdi. == Xüsusiyyətləri == Məbəd Amaterasunun qardaşı olan kami Susannoya, eləcə də, digər iki ilaha həsr olunmuşdur. Hikava məbədinin Saytama prefekturasında 162 davamçı məbədi, Tokioda isə 59 davamçı məbədi yerləşir. Hikava məbədləri Tokio ətrafındakı prefekturalarda populyar olsa da, Yaponiyanın digər bölgələrində tanınmır. Məbədin illik festivalı 1 avqust tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.