Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sepiya
Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır. == Quruluşu == Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir.
Gərdək-i Sepiyan (Piranşəhr)
Gərdək-i Sepiyan (fars. گردكسپيان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (100 ailə).
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. == Coğrafiya == Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Fallout (seriya)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
Avstraliya florası (seriya)
Avtraliya florası (ing. Flora of Australia) — 59 cilddən ibarət kitabdır. Bu kitabda Avstraliya florasına aid 20000-dən çox növün təsnifatı verilmişdir. Kitabın I cildi 1981-ci ildə buraxılmış, 1999-cu ildə isə kitab genişləndirilmiş şəkildə ikinci dəfə nəşr edilmişdir. Nəşrə əlavəyə Avstraliya göbələkləri və yosunları haqqında məlumatlar da daxil edilmişdir. == Avstraliya florasına aid digər kitablar == 1793-95 - J. E. Smith - Specimen of the Botany of New Holland 1804-05 - J. E. Smith - Exotic Botany 1804-07 - J. J. H. de Labillardière - Novae Hollandiae Plant.
Half-Life (seriya)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Mount & Blade (seriya)
Mount & Blade - videooyun seriyası. Türk oyun şirkəti TaleWorlds tərəfindən yaradılan və ilk oyunu 6 sentyabr 2008-də satışa çıxarılan Mount & Blade olmaq üzrə dörd ədəd videooyunu yayımlamışdır. İlk oyun Mount & Blade sadəcə tək oyunçulu olaraq oynana bilirdi, lakin ikinci oyun Mount & Blade: Warband tək oyunçulu oyunun yanında çox oyunçulu moda da keçirdi. Daha sonrakı oyun Mount & Blade: Atəş və Qılınc da tək oyunçulu və çox oyunçulu oynana bilir. 30 mart 2020-də satışa çıxan seriyanın son oyunu Mount & Blade II: Bannerlord da tək oyunçulu və çox oyunçulu modlar mövcuddur. Əlavə olaraq, oyunçuların da yaratdığı modlar da mövcuddur. == Oyunlar == Əsas seriya hal-hazırda dörd oyun və onların açılımlarını təşkil edir.
Spec Ops (seriya)
Spec Ops — taktiki atıcı videooyunlar seriyası. İlk iki oyun "Zombie Studios" tərəfindən istehsal edilmiş, "Runecraft" növbəti üç oyunda istehsal prosesinə təhfə vermiş, altıncı oyun isə 2002-ci ildə "Big Grub" tərəfindən istehsal olunmuşdur. İlk iki oyunu "Ripcord Games" sonrakı üç oyunu "Take-Two Interactive", altıncı oyunu isə 2002-ci ildə "Gotham Games" tərəfindən yayımlanmışdır. Seriya 2012-ci ildə "Yager Development"ın istehsal etdiyi və "2K Games"in yayımladığı "Spec Ops: The Line" epizodunda üçüncü şəxs atıcı kimi yenidən canlandırılmışdır. == Tarixi == İlk oyun, "Spec Ops: Rangers Lead the Way" hələ istehsal mərhələsində olduğu dövrdə "Spec Ops"u davam edən bir franşizə çevirmək qərarı alınmışdır. İcraçı prodüser Mayk Suares belə əsaslandırmışdı ki, simulyasiya pərəstişkarları üçün auditoriya "çox sadiqdir; onlar hər il altı ilə on iki arası məhsul satın alırlar. Simulyasiyalar kateqoriyasında uğurlu franşiz işə sala bilsəniz, bu, əsl həmişəyaşıl biznes olar".
Beynəlxalq Standart Seriya Nömrəsi
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Kim Possibl (4-cü seriya)
Çıqqıldama-Çıqqıldama-Çıqqıldama (ing. Tick-Tick-Tick) - Kim Possibl animasiya serialının ilk seriyasıdır. Bu seriya 12 iyun 2002-ci il tarixində yayımlanmışdır. == Məzmun == Böcək alimlərindən biri olan Professor Akarinin inkişaf etdirdiyi robot böcək Kim Possiblın burnuna yapışır. Həkim Drakken də bu böcəyin axtarışındadır. Ancaq arada bir problem vardır. Böcək qısa sürədə özünü məhv edəcəkdir... == Səsləndirmə == == Maraqlı faktlar == Bu seriya ilə yanaşı ilk seriyalarda Stiv Barkinin saçları sarışındır. Bu seriya Professor Akari ve Tara personajlarının göründüyü ilk seriyadır.
Tom və Cerri (1-ci seriya)
Pişik yüklənmə qazanır (ing. Puss Gets the Boot) — 1939-cu ildə istehsal olunmuş və 20 fevral 1940-cı ildə nümayiş etdirilmiş Tom və Cerri cizgi filminin ilk seriyasıdır. İlk dəfə qəhrəmanların adı Casper və Cinsk adlandırılmışdır, lakin sonradan onların adları "Tom və Cerri" adı olaraq dəyişdirilmişdir. Bu seriya "Tom və Cerri" seriyalarının ən uzun seriyasıdır. Cizgi filmini Karl Urbano, Toni Pabian, Cek Zander, Pit Börness ve Bob Allen adlı animatorlar canlandırmışdılar. Cizgi filminin bəstəkarı Skott Bredlidir. Yaradıcılar Vilyam Hanna və Cozef Barberadır. Ssenari Cozef Barbera və İvao Takamotoya məxsusdur. Həmçinin, Cozef Barbera cizgi filminə yaradıcılıq və rejissorluq etmişdir. Cizgi filmini Cozef Barbera Vilyam Hanna ilə birgə çəkmişdir.
Tom və Cerri (113-cü seriya)
Aldadılan Robin (ing. Robin Hoodwinked) — 1958-ci ildə istehsal olunmuş və 6 iyun 1958-ci ildə nümayiş etdirilmiş Tom və Cerri cizgi filminin seriyalarından biridir. == Məzmun == Robin Hud qaçırılır və hər kəs onun xilas ola bilməyəcəyini söyləyir. Amma Nibblz və Cerri Robin Hudun məhbus olduğu qalaya gedirlər. Qaladan içəri girərlir və Nibblz açarın asılı olduğu sütunun arxa ucuna ipi olan bir ox vurur. Bu sırada bir gözətçi olan Tom sütunun arxasından baxır. Nibblz ipi başqa yerə bağlayır və ipdən sürüşməyə başlarlar. Tam bu sırada Tom ipin qabağına keçir və Nibblz ilə Cerrinin açarını alır. Bu zaman Nibblz və Cerri ipin digər tərəfinə sürüşməyə başlarlar, amma Tom həmin tərəfin ucuna keçir. Cerri də Tomun kaskasını başına keçirir və Nibblz açarla kaskaya vurar.
Tom və Cerri (14-cü seriya)
Pişiyin milyon dolları (ing. The Million Dollar Cat) — 6 may 1944-cü ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. Bu seriyada Tom ilk dəfə olaaraq danışmağa başlayır. Cerri isə "Hə" mənasını verən "Yes" sözünü işlədir. Həmçinin, on dördüncü seriyada Tom ilk dəfə olaraq qələbə çalır. == İstinadlar == == Xarici keçidlə r == Tom və Cerri — Internet Movie Database saytında.
Tom və Cerri (15-ci seriya)
Cangüdən (ing. The Bodyguard) — 22 iyul 1944-cü ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. Buldoq Spayk bu seriyada artıq danışmağa başlayır. == İstinadlar == == Xarici keçidlər == Tom və Cerri — Internet Movie Database saytında.
Tom və Cerri (162-ci seriya)
Karateçi qarovulçu (ing. The Karate Guard) — 11 oktyabr 2005-ci ildə Cartoon Network kanalında yayımlanan Tom və Cerri cizgi filminin seriyasıdır. == Məzmun == Tom evdə yatan zaman gözlənilmədən oyanır və qəribə səslər eşidir. Siçan dəliyinə baxan zaman Cerrinin döyüş sənətləri ilə məşğul olduğunu görür. Cerri digər siçana karate fənlərini başa salır. Lakin həmin siçan fənləri Tom üzərində yerinə yetirən zaman uğursuzluğa düçar olur. Bu zaman Ceri suma Spaykı köməyə çağırır və Spayk rəqibini məğlub edir. Tom dostu Butça zəng edərək ondan kömək istəyir. Lakin Tomun planları Spaykın müqaviməti sayəsinə puç olur. Seriyanın sonunda Cerri və Spayk televizora baxır, Tom isə onların arzularını yerinə yetirir.
Tom və Cerri (2-ci seriya)
Axşam yeməyi (ing. The Midnight Snack) — 19 iyul 1941-ci ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. İlk seriyası olan Puss Gets the Boot" cizgi filmindəki Casper ve Cinks olan personajların adları dəyişdirilərək Tom ve Cerri adları qoyulmuşdur. Cizgi filminin danışan yeganə personajı "Anacan-İki-Başmaq" (ing. Mamy Two Shoose) personajının səsləndirməsini Lillian Rendolf etmişdir. == Məzmun == Cizgi filminin mövzusu evin mətbəxində baş verir. Bir gecə yarısı Cerri öz evindəki pendir ehtiyatını doldurmaq üçün soyuducudan pendir qaçırmağa qərara gəlir. Cerri araladığı buz dolabı qapısından böyük bir pendir zonasını çıxardıb yerinə aparmağa çalışır. Ancaq Tom onu təqib edir və tutur. Tom soyuducudakı yeməkləri özü yeməyə başlayır və ikisi arasında var gücü ilə bir mübarizə başlayır.
Tom və Cerri (24-cü seriya)
Tapdıq və ya Kimsəsiz süd istəyən uşaq (ing. The Milky Waif) — 18 may 1946-cı ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. == Məzmun == Cerri evində yerləşən yatağında yatırdı, yuxusunda Tom onu ​​tutub başına vururdu. Siçan oyandı və təkrar vurma səsini eşitdi, qorxdu, amma vurma səsinin həqiqətən qapıdan gəldiyini gördü və gedib açdı. Qapının qarşısında bir səbət ortaya çıxdı; Cerri heyrətləndi və gözləri qarışıqlıqla böyüdü. Səbəti çıxardı və içindən balaca siçan çıxdı, həmin siçan aktiv olaraq Cerrinin evinin içində halqalar şəklində döndü və sonra divarın üstündə getdi. Həmçinin, qapının yanında məktub var idi. Cerri məktubu oxumağa başlayır. Məktub yazılmışdır: Sonra Nibbz (Taffi kimi də məlumdur) Cerriyə ac olduğunu dodaqlarını yalayaraq ifadə etdi və qarınını ovuşdurdu. Cerri südü haradan götürməsini düşünürdü.
Tom və Cerri (29-cu seriya)
Pişiyin konserti (ing. The Cat Concerto) — 26 aprel 1947-ci ildə çəkilmiş "Tom və Cerri" cizgi filminin seriyasıdır. == Oskar mükafatı == == İstinadlar == == Xarici keçidlər == Pişik konserti — Internet Movie Database saytında.
Tom və Cerri (3-cü seriya)
Yeni il qabağı gecə (ing. The Night Before Christmas) — 6 dekabr 1941-ci ildə çəkilmiş Tom və Cerri cizgi filminin üçüncü seriyasıdır. == Məzmun == Cizgi filminin mövzusu Yeni il gecəsini əhatə edir. Cerri pendir oğurlama istəyir. Onu görən Tom isə Cerrini tutmaq istəyir. Cerri siçan tələsindən bərk qorxaraq qaçmağa başlayır. Cerri otaqda oyuncaq Şiri görür. Özünü sirk ustadına bənzədərək başının oyuncağın ağzına salır. Bu zaman Şirin ağzı başlanır və Cerrinin başı bir anlığa orada qalır. Sonra oyuncaqlarla maraqlanan Cerri Tomun qarnnda tullanmağa başlayır.
Tom və Cerri (30-cu seriya)
Siçanın Cümə günü (ing. His Mouse Friday) — 7 iyul 1951-ci ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. Bu seriyada "Robinzon Kruzo" əsərindən "Cümə" personajı peyda olur. == İstinadlar == == Xarici keçidlər == Tom və Cerri — Internet Movie Database saytında.
Tom və Cerri (37-ci seriya)
Professor Tom (ing. Professor Tom) — 30 oktyabr 1948-ci ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. == İstinadlar == == Xarici keçidlər == Tom və Cerri — Internet Movie Database saytında.
Tom və Cerri (40-cı seriya)
Balaca yetim (ing. The Little Orphan) — 30 aprel 1949-cu ildə çəkilmiş "Tom və Cerri" cizgi filminin seriyasıdır. == Oskar mükafatı == == İstinadlar == == Xarici keçidlər == Tom və Cerri — Internet Movie Database saytında.
Tom və Cerri (41-ci seriya)
Sənin yumurtadan çıxan bəlan (ing. Hatch Up Your Troubles) — 14 may 1949-cu ildə çəkilmiş Tom və Cerri cizgi filminin seriyasıdır. == Məzmun == Cizgi filminin əvvəli ana ağcaqayının qısa müddət ərzində günorta yeməyi üçün yuvadan ayrılmasıyla başlayır. Yumurta yuvadan tullanaraq yerə düşür və hərəkət edərək Cerrinin siçan dəliyinin içinə girərək onun yatağına düşür. Cerri oyanıb yumurtanın yatağında olduğnu görür. Bu zaman yumurta qırılır. İçindən bala ağcaqayın çıxır. Bala ağcaqayın Cerrini grüncə, onu anası hesab edir. Gözəl və incə olmasına baxmayaraq acıdığından Cerrinin mebellərini dənləməyə başlayır. Cerri ağcaqayını yuvasına aparır, amma o, Cerrini izləyərək dəliyinə geri dönür.
Tom və Cerri (48-ci seriya)
Pişiklərin şənbə gecəsi (ing. Saturday Evening Puss) — 14 yanvar 1950-ci ildə çəkilmiş "Tom və Cerri" cizgi filminin seriyasıdır. Yeganə seriyadır ki, "Ana" personajının bütün simasını görmək mümkündür. == Məzmun == Bir axşam Ana-İki-Başmaq evdən ayrılaraq bir gecə şənliyinə gedir. Bunu fürsət bilən Tom dərhal pişik yoldaşlarını evə dəvət edir və birlikdə şənlik verməyə başlarlar. Pişik Batç piano caz musiqi oxuyarkən, digərləri keflərincə əylənirlər və Tom da onlara yemək hazırlayır. Ancaq bu vəziyyətdən Cerri məmnun deyil. Cerri siçan dəliyindəki evində narahat olur və bu işə dayandırması üçün Toma xəbərdar edir, ancaq dinlənmir və dörd pişik tərəfindən qovlanır. Əyləncə yerini kəsmək üçün Cerri bric klubda əylənən Ana-İki-Başmağa zəng edir. Bu zaman Ana-İki-Başmaq cavab verir: Ana-İki-Başmaq partiyadan dönür və pişiklərin partiyası ilə qarşılaşır.
Tom və Cerri (51-ci seriya)
Təhlükəsizlik saniyəsi (ing. Safety Second) — 1 iyul 1950-ci ildə "ABŞ-nin Müstəqillik Günü" bayramında yayımlanan "Tom və Cerri" cizgi filminin seriyasıdır. Bu seriya "TNT" kanalında göstərilən zaman seriyanın sonunda Cerrinin partlayaraq zənciyə döndüyü səhnə göstərilməmişdir. == Məzmun == Cerri yuxudan oyanaraq bu günün təqviminə baxır və 4 iyul tarixini görür. Cerri Niblzı yuxudan oyadır. Niblz isə fişəngləri hazırlamağa başlayır. Lakin Cerri Niblza təqvimdə "Bunu təhlükəsiz və sağlam yaddaşla edin" (ing. Make it safe and sane) sözlərinin yazıldığını göstərir. Onlar fişəngləri hazırlayırlar. Niblzın səhvliyi ucbatından Cerri müxtəlf əhvalatlarla qarşılaşır.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Retiya
Retiya (Retsiya; lat. Raetia, romanş Rhaetia) — İtalyan yeparxiyasının bir hissəsi olan Roma İmperatorluğunun Tuna əyalətlərinin ən qərbində diotsez. Şərqdə Norik və Veneti ölkəsi, cənubda Transpadan Qaul, qərbdə Helvetiya və şimalda Almaniya ilə həmsərhəd idi. Buraya indiki Baden, Vurttemberq və Bavariyanın cənub hissələri, İsveçrənin şimal-şərq və şərq hissələri, Tirol və Lombardiyanın bir hissəsi daxil idi. == Ədəbiyyat == Retiya // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Senixa
Senixa (isp. Senija) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 4,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 661 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 75 km uzaqlıqda yerləşir.
Serbiya
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. == Tarixi == Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Bekiya adası
Beqiya (ing. Bequia, "Buludlar adası") — Qrenadin arxipelaqının (Kiçik Antil adaları) ən böyük adasıdır. Sent-Vinsent adasından 14 km cənub-qərbdə yerləşir. Sahəsi 18 km² təşkil edir. Əhalisi təqribi olaraq 5 min nəfərdir. İnzibati mərkəzi Port-Elizabet şəhəridir. Sent-Vinsent və Qrenadinin ərazisinə daxiıdir. Əvvəllər ada gəmiqayırma və balina ovu məntəqəsi rolunu oynayırdı. Hazırda isə turizm mərkəzidir. Burada yeganə əlverişli buxta Admiralti-Beydir.
Calystegia sepium
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Canis Degiya
Carex lepida
Carex lepida (lat. Carex lepida) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Sevilya
Sevilya (isp. Sevilla), tarixi adı İşbiliyə (ərəb. إشبيلية‎) — İspaniyada şəhər. Ərazisi 140 km², əhalisinin sayı 703.021 nəfərdir. == Gerbi və bayrağı == Sevilyanın həm gerbində, həm də bayrağında "NO8DO" yazısı yazılmışdır. Əslində isə ortadakı simvol "8" rəqəmi deyil, "yun kələfi"dir. İspanca "yun kələfi" "madeja"dır. Alınan söz birləşməsi "no madeja do" — "no me ha dejado" kimi səslənir və mənası "sən məni tərk etmədin" deməkdir. Əfsanəyə görə, bu şüarı şəhərə XII əsrdə kral X Müdrik Alfonso verib. Belə ki, onun oğlu ona qarşı qiyam qaldırmağa cəhd etmiş, lakin xalqın krala olan sədaqəti nəticəsində uğursuz olmuşdur.
Sofiya
Sofiya — Bolqarıstanın paytaxtı və ən böyük şəhəri. Sofiyada 1.4 milyona yaxın insan yaşayır, bəzi mənbələrdə isə 2 milyona yaxın əhalinin olduğu deyilir. Sofiya əhalisinin 96% bolqarlar təşkil edir. İkinci böyük etnik qrup isə türklərdir — 0,6%. Digər millətlər isə əhalinin 3%-ni təşkil edir. Sofiya şəhəri ölkənin qərb hissəsində Vitoşa dağının ətəyində yerləşir.Şəhər İskar çayının qərbində salınıb.Rütubətli kontinental iqlimə malikdir.Balkan yarımadasının mərkəzində olmaqla, Qara dənizlə Adriatik dənizinin arasında və Egey dənizinə ən yaxın yerdə yerləşir. Antik dövrdə Serdica və Orta əsrlərdə Sredets kimi tanınan Sofiya şəhəri eramızdan əvvəl 7000-ci ildən bəri insanların məskunlaşdığı ərazidir. Şəhərin yaranma tarixi eramızdan əvvəl 29-cu ildə Serdicanın Roma Respublikasının Kelt qəbiləsindən olan Serdi tərəfindən fəth edilməsi ilə başlayır. Roma İmperiyasının tənəzzülü zamanı şəhərə hunlar, vestqotlar, avarlar və slavyanlar basqın etdilər. 809-cu ildə Serdica Krum xan tərəfindən Birinci Bulqar dövlətinin tərkibinə daxil edildi və Sredets adı ilə tanındı.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Apameya (Suriya)
Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. ‏أفاميا/‏آفاميا‎, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi. == Tarixi == Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312–281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir.
Aya Sofiya
Ayasofiya (türk. Ayasofya) və ya Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii), keçmişdə — Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır. == Tarixi == İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır.
Böyük Suriya
Böyük Suriya, Tarixi Suriya (ərəb. سوريا التاريخية‎‎), Təbii Suriya (ərəb. سوريا الطبيعية‎ Sūriyā aṭ-Ṭabīʿiyya) və ya Bilad əş-Şam (ərəb. بلاد الشام‎) — adətən bu ərazi indiki Levantı, yəni Suriyanı, Livanı, Türkiyənin Hatay ilini, İsraili, İordaniyanı və Fələstini əhatə edir. Daha geniş tərif ilə "Təbii Suriya" termin Suriya Sosial Milliyyətçi Partiyası (SSMP) tərəfindən də istifadə edilməkdədir.
Chamaesyce supina
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Mədiya
Mədiya (ərəb. المدية‎) — Əlcəzairdə şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Medeya ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 80 km cənub-qərbdə və Blida şəhərindən 40 km cənubda, dəniz səviyyəsindən 880 metr yüksəklikdə yerləşir. == Əhalisi == İllərə görə şəhər əhalisi: == Nəqliyyat == Ən yaxın hava limanı Blida şəhərində yerləşir.
Sədiyan
Sədiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 298 nəfərdir ki onunda 159 nəfəri kişi, 139 nəfəri qadındır.
Səfiyan
Səfiyan — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 9 noyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur. == Toponimikası == Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Çexiya
Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir. Çex Respublikası əsasən mülayim kontinental və dəniz iqlimi olan 78.871 kv. km. (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, Plzen və Liberets daxildir.
Şəbiyan
Şəbiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 224 nəfərdir ki onunda 111 nəfəri kişi, 113 nəfəri qadındır.
Aşıq Səfiyar
Aşıq Səfiyar (tam adı. Hüseynоv Səfiyаr Pаşа оğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq. == Həyatı == Hüseynоv Səfiyаr Pаşа оğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində dоğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Dаşkənddə və eləcə də Göyçə mahalında ustаd аşıqlаrdаn biri kimi tanınmışdır. 1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sıravi əsgər Hüseynоv Səfiyаr Pаşа оğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür. == Ailəsi == Aşıq Səfiyar ailəli idi.
Crataegus lepida
Crataegus lepida (lat. Crataegus lepida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Cənubi Osetiya
Cənubi Osetiya (oset. Хуссар Ирыстон; rus. Южная Осетия) və ya rəsmi adı ilə Cənubi Osetiya Respublikası – Alaniya Dövləti (oset. Республикӕ Хуссар Ирыстон – Паддзахад Аллонстон; gürc. ცხინვალის რეგიონი; rus. Республика Южная Осетия – Государство Алания) – Cənubi Qafqazda Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 26 avqust 2008-ci ildə Rusiya Federasiyası, 5 sentyabr 2008-ci ildə Nikaraqua, 10 sentyabr 2009-cu ildə Venesuela, 16 dekabr 2009-cu ildə Nauru, 29 may 2018-ci ildə isə Suriya Cənubi Osetiyanın müstəqilliyini tanımışdır. Digər dövlətlər bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır. Paytaxtı və ən böyük şəhəri Sxinvali, ümumi sahəsi 3,900 kvadrat kilometrdir.