SƏFİYƏ
SƏFİYƏDDİN
OBASTAN VİKİ
Səfiyəddin Qazi İsa
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. == Həyatı == Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.

Digər lüğətlərdə

лакирова́ние метаболи́ты перегово́рный прихвастну́ть продвигать пройди-све́т про́черк чуфы́ркать акциони́ровать вы́хлоп облагоро́жение парацетамо́л пластика́тный побо́рница прихо́дно-расхо́дный со сладостра́стием цементиро́вочный bitter orange circumrotatory double nickel encyclopaedize pagurian professorship self-effacement красящий