Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ad serveri
Ad serveri (name server) - İnternetdə başqa kompüterlərin istifadə edə bilməsi üçün domen adlarını IP-ünvanlara çevirən kompüter. Ad serverlərində başqa serverlərin göstəricilərindən ibarət verilənlər bazası olur. Onlar bütün dünyaya səpələnib və mürəkkəb iyerarxik struktura malikdir. Ad serverləri üç qrupa bölünür: lokal, kök və səlahiyyətli ad serverləri. Lokal ad serverləri hər bir İnternet provayderində var. Sayı onlarca olan kök ad serverləri lokal ad serverlərinin emal edə bilmədiyi sorğuları emal edir. Səlahiyyətli ad serverində verilmiş host qeydiyyata alınıb. Etibarlılığı yüksəltmək üçün host təkcə lokal serverdə deyil, bir neçə səlahiyyətli serverdə də qeydiyyatdan keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi “görünən” disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Hindistan – bilinmir) — katalan trubadur. == Həyatı == Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.
Sərsəri oğulun qayıdışı
Sərsəri oğulun qayıdışı (nid. Terugkeer van de Verloren Zoon) - holland rəssamı Rembrandt Harmens van Reyn tərəfindən 1666-1669-cu illərdə çəkildiyi ehtimal olunan rəsm əsəri. Əsər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyində saxlanılır. Əsərdə Əhdi-Cədid hədislərinin süjeti təsvir olunmuşdur. Bu, Rembrandtın dini mövzuda ən böyük əsəridir. Əsərdə sərsəri oğulun evə qayıdışı barədə hədisin son epizodu təsvir edilmişdir.
Berserk
Berserk və ya Berserker — skandinav saqalarında qəzəbli döyüşçülər. Vikinqlər dövründə Skandinaviyada müasir dövrdəki “xüsusi təyinatlı döyüşçülər” rolunu oynayırdılar. Berserklər xüsusi ayinlər və psixotrop maddələrin təsiri altında şüursuzlaşaraq öz güclərinə nəzarəti itirirdilər və düşünmədən döyüşə atılırdılar. Döyüşdə ön sırada gedən berserklərin əsas təyinatı düşmənin ön cərgəsini yarmaq idi. Psixotrop vasitələrin təsiri azalandan sonra özlərinə gələn berserklər çox zəif və halsız formada döyüş meydanında düşüb qalırdılar və uzun müddət özlərinə gələ bilmirdilər. Orta əsr Skandinaviyasında feodal münasibətlərin inkişafı zamanı artıq qəzəb təhlükəli bir keyfiyyət kimi qəbul olunurdu. Berserklər hakimiyyət üçün təhlükəli hesab olunurdular. Bu mənada kilsənin də təsiri az deyildi. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Anthemis werneri
Anthemis werneri (lat. Anthemis werneri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Bulbophyllum werneri
Bulbophyllum werneri (lat. Bulbophyllum werneri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cyperus merkeri
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Erigeron geiseri
Erigeron geiseri (lat. Erigeron geiseri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Galium sterneri
Galium sterneri (lat. Galium sterneri) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium pumilum subsp. septentrionale Sterner ex Hyl.
Garcinia semseii
Garcinia semseii (lat. Garcinia semseii) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Glaucium serpieri
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Herbert Çerberi
Herbert Çerberi (ing. Edward Herbert; 3 mart 1583 — 20 avqust 1648) — ingilis filosof, deizmin yaradıcısı.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Seseli
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Yersei
Yersei (nen sözü) (rus. ерсеи , ing. erseu) — torf təpəlikləri arasında bataqlaşmış əyri-üyrü kanal.
Monteneqro perperi
Monteneqro perperi (serb. Црногорски перпер) — Monteneqro knyazlığı və sonradan krallığın dövlət valyutası. Adı Serbiya perperindən gəlir, hansı ki Serbiya çarlığının pul vahidi idi, Monteneqro dövlət olaraq özünü bu çarlığın varisi hesab edirdi. Perper 100 paradan ibarət idi. == Tarixi == Perperin tətbiqindən əvvəl, Monteneqroda avstriya-macar kronu, türk lirəsi, fransız frankı və digər valyutalar dövriyyədə idilər. 1851-ci ildə perun adlı öz valyutanın tətbiqi təklif edildi, lakin II Pyotrun ölümü səbəbiylə istək yerinə yetirilmədi. 1906-cı ildə 1, 2, 10 və 20 para dəyərində sikkələr buraxıldı. 1 və 2 para sikkələri tunc, 10 və 20 para isə nikeldən hazırlanırdı. 4 may 1909-cu ildə şahzadə I Nikolanın fərmanı ilə perper adlı milli pulun tətbiq olunduğu elan edildi. Elə həmin ildə 1 və 5 perper sikkələri zərb olundu.
Nausithoe werneri
Nausithoe werneri (lat. Nausithoe werneri) — nausithoe cinsinə aid heyvan növü.
Senecio kerberi
Senecio kerberi (lat. Senecio kerberi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Typhlodromus werneri
Typhlodromus werneri (lat. Typhlodromus werneri) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus werneri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Cuzi Ferreri
Cuzi Ferreri (it. Giusy Ferreri; (17 aprel 1979 Palermo, İtaliya) (əsl adı - Cuzeppa Qaetana Ferreri), (səhnə adı Cuzi) - italyan müğənnisi və bəstəkarı. == Karyera == 2008-ci ildə Cuzi İtaliyanın "X faktor" istedad şousunda iştirak edir və burada ikinci olur. 2008-ci ilin iyun ayında Ferrerinin italyan pop ulduzu Titsiano Ferro tərəfindən yazılmış "Non Ti Scordar Mai Di Me" (''Məni heç vaxt unutma") adlı debüt sinqlı və 60-70-ci illərin 5 klassik mahnısından ibarət debüt EP albomu buraxılır. 2008-ci ilin noyabrında müğənninin "Gaetana" alı debüt albomu işıq üzü görür. === Albomlar === 2008 – Gaetana 2009 – Fotografie 2011 – Il mio universo 2014 – L'attesa 2017 – Girotondo 2022 – Cortometraggi === Sinqllar === 2008 – Non ti scordar mai di me / Novembre 2009 – Stai fermo lì / La scala (The Ladder) / Ma il cielo è sempre più blu 2010 – Come pensi possa amarti / Il mare verticale 2011 – Il mare immenso / Piccoli dettagli / Noi brave ragazze 2014 – Ti porto a cena con me / La bevanda ha un retrogusto amaro / Inciso sulla pelle 2015 – Roma-Bangkok (ft. Baby K) / Volevo te 2016 – Come un'ora fa 2017 – Fa talmente male / Partiti adesso / L'amore mi perseguita (ft. Federico Zampaglione) 2019 – Le cose che canto / Momenti perfetti 2020 – La isla (ft.
Lobelia kerneri
Lobelia cardinalis (lat. Lobelia cardinalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna cardinalis (L.) Kuntze Lobelia coccinea (Moench) Stokes Rapuntium cardinale (L.) Mill.
Ageratina seleri
Ageratina seleri (lat. Ageratina seleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Meysəri
Meysəri — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd XV əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun "sol cinahı" cəvanğar və ya meysərə adlanırdı. == Coğrafiyası və iqlimi == Kənd Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 795 nəfərdir ki, onun da 409 nəfərini kişilər, 386 nəfərini isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Mirzə Sakit — Azərbaycanlı satirik şair. === Şəhidləri === Şirinov Aslan Sərdar oğlu İsayev Bəxtiyar Səfər oğlu Əbilov Nadir Qədir oğlu Bayramov İmran Allahverdi oğlu == İqtisadiyyatı == Kənddə 162 təsərrüfatı var.
Sərkərli
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Sərsurə
Sərsurə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 190 nəfərdir ki onunda 87 nəfəri kişi, 103 nəfəri qadındır.
Sərvpəri
Sərvpəri (lat. Chamaecyparis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Sərhədi
Sərhədi (kürd. Serhedî), həmçinin şimali kurmanc dili (kürd. Kurmancîya bakur) — Türkiyədə və İran Kürdüstanının şimal-qərbində yayılmış kürd dillərinin variasiyalarından biri. Kurmanc dilinin növlərindən biri kimi təsnif edilir.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Biosenozun sərhədi
Biosenozun sərhədi — dominant növlər qrupunun bir-birini əvəz etdiyi zolaq. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. == Maraqlı faktlar == 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. == Həmçinin bax == Dövlət sərhəd keçid məntəqəsi == Mənbə == Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Dəniz şirləri
Dəniz şirləri (lat. Otariinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Görünüşünü == Təbiətdə dəniz şirləri xırıltı, bağırtılı səs çıxarır.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Gəncliyin səsləri
Gənclərin Səsi dünyanın hər yerindən olan uşaqlara məlumat və fikir mübadiləsi aparmağa kömək etmək üçün UNICEF tərəfindən yaradılmış təşkilatdır. Gənclərin Səsi 1995-ci ildə Sosial İnkişaf üzrə Ümumdünya Sammitində 81 ölkədəki uşaqların mesajlarını dünya liderlərinə çatdırmaq üçün yaradılıb. 1997-ci ildə gənclərə uşaq hüquqları və inkişaf məsələlərini müzakirə etmək imkanı vermək üçün “Gənclərin Səsi” rəsmi müzakirə lövhələri (“Görüş yeri” adlanır) yaradılmışdır. Müxtəlif insanların iştirakına imkan yaratmaq üçün ingilis, fransız və ispan dillərində paralel forumlar yaradılmışdır. Eyni zamanda testlər, oyunlar və foto gündəliklər vasitəsilə gənclərə uşaq hüquqları ilə bağlı dəqiq və əlçatan məlumatların çatdırılması üçün “Öyrənmə məkanı” yaradılıb. Müəllimlərə və digər gənc liderlərə fikir mübadiləsi aparmaq və Gəncliyin Səslərindən öyrənmə vasitəsi kimi istifadə etmək yollarını tapmaq üçün forum kimi “Müəllim yeri” də yaradılmışdır. 2002-ci ildə "Gənclərin səsləri" tamamilə yenidən işlənmişdir. Dünyanın hər yerindən olan sayt istifadəçiləri ilə mümkün dəyişiklikləri müzakirə etdikdən sonra administratorlar veb-saytı üç bölmədə yenidən təşkil etdilər: “Kəşf et”, “Speak Up” və “Take action”. "Gənclərin Səsi" öz internet səhifəsindən əlavə, iki ayda bir "Gənclər Nə Deyir" adlı xəbər bülleteni də dərc edir. 2005-ci ildə Gənclərin Səsi dünyanın hər yerindən ərəb dilli gəncləri hüquqlar haqqında müzakirələrə cəlb etmək üçün ərəb güzgü saytını əlavə etdi.