Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məni sevə-sevə öldür (film, 2002)
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağkəhriz (Savə)
Ağkəhriz — İranın Mərkəzi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Məzdqançay kəndistanında, Növbəran qəsəbəsindən 10 km şərqdə, Növbəran-Savə avtomobil yolunun üzərindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Dö-Sevr
Dö-Sevr (fr. Deux-Sèvres, hərfən — «iki Sevra») — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 79. İnzibati mərkəzi — Niort. Əhalisi — 380.569 nəfərdir (departamentlər arasında 65-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 5999 km². Departamentin ərazisində Sevr-Nantez və Sevr-Nyortez çayları axır. Departamentə 3 rayon, 33 kanton və 307 kommuna daxildir. == Tarixi == Dö-Sevr — 1790-ci ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan departamentlərdən biridir. Keçmiş Puatu əyalətinin ərazisində yerləşir.
Sabetay Sevi
Sabbatay Zevi (שַׁבְּתַאי צְבִי Şavtay Tzvi, digər söyləyişləri Sabbatai Ẓevi, Shabbetai Ẓevi, Sabbatai Sevi, və Türkcədə Sabetay Sevi)(1 Avqust 1626 -. C 17 sentyabr 1676 Dulkiqno (indiki Ulsin, Monteneqro) — Səfərad Haxam və kabbalist idi ki uzun zaman gözlənilən yəhud Məsihi olduğunu iddia etdi. O, yəhudi Sabbatayizm hərəkatının banisi idi. Qırx yaşında, Osmanlı Sultan IV Mehmed tərəfindən İslamı qəbul etmək məcburiyyətində qaldı.Onun davamçılarının bəziləridə İslamı qəbul etdi ki təxminən 300 ailə idilər və Dönmə (ağa Dönmə) kimi tanınırdılar.
Savə minarəsi
Savə Minarəsi – Azərbaycanın cənub–şərq şəhərlərindən olan Savənin Meydan məscidinin gözəl bədii tərtibatlı minarəsi Böyük Səlcuq İmperiyasının hökmdarı Sultan Toğrul bəyin zamanında hicri 453 – cü ildə (1061) inşa edilmişdir. Üst bölümü uçduğundan onun şərəfəsinin və şərəfə üstü qülləsinin necəliyi qaranlıqdır. Ancaq bu ayrıca dayanan minarənin uyğun memarlıq ayrıntılarının Şəmkir və başqa Səlcuq mil minarələri ilə bir biçimli olduğu şübhəsizdir.Savə minarəsinin silindrik, yuxarıya doğru yüngülcə incələşən gövdəsi kərpicdən yığılmış "səlcuq zənciri" adlanan kəmərlərlə üfüqi bölmələrə ayrılmışdır. Bu çənbərlərarası səthlər mürəkkəb çeşnili həndəsi naxışlarla üzlənmişdir. Kəmər qurşaqlarının ortasında yenə kərpicdən "kvadrat kufi" adıyla tanınan düzbucaqlı yazı sətirləri yığılmışdır. Araşdırıcılar Savə minarəsindəki kufi yazılarını bu tip kitabələrin ilk örnəyi sayırlar. Başdan-başa birrəngli bişmiş kərpicdən ucaldılan və səthi həmin kərpicdən yığılmış kitabə və naxışlarla örtülən Savə minarəsinin bədii təsir gücü zəngin işıq – kölgə effektindədir. Mütəxəssislər gövdəsinin bəzədilməsi tərzinə görə Savə minarəsini Azərbaycan və Orta Asiyanın türk minarələri arasında bağlayıcı halqa hesab edirlər.
Savə vilayəti
Savə vilayəti — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Savə vilayətinin tərkibində 5 bölgə, 729 kənd və qəsəbə olmuşdur. Savənin tabеçiliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir. Xarqan Savənin ən iri bölgəsi sayılır. Bu bölgənin ümumi sahəsi 2500 min km²-dir. Təkcə Xarqan bölgəsinə 200 kənd bağlıdır. Bu mahalın əhalisi 200 000 nəfərdir. Məşhur Azərbaycan yazıçısı, hüquqşünas Əli Kəmali də savəlidir. O, Savənin [Xarqan bölgəsində anadan olmuşdu. Savə ərazisinin böyük bir hissəsi və Həmədan əyalətinin çölləri Kalaiz, Takistan, Avşariyyə və Boyunzəhra düzənlikləri Xarqan dağlarından axan sularla suvarılır.
Savə şəhristanı
Savə şəhristanı — İranın Mərkəzi ostanın şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Savə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 235,843 nəfər və 63,672 ailədən ibarət idi.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
Seva Teoremi
Çeva teoremi - planimetriyada üçbucaqlarla bağlı teorem. Teoremin adı italyalı riyaziyyatçı Ciovanni Çevanın adı ilə bağlıdır. ABC üçbucağı verildiyi təqdirdə qarşı tərəfləri D, E və F-də qarşı tərəflərə qovuşdurmaq üçün AO, BO və CO sətirlərini təpələrdən ortaq O nöqtəsinə (ABC tərəflərindən birində deyil) çəkək. (AD, BE və CF seqmentləri çevianlar kimi tanınır.) Sonra imzalanmış seqment uzunluqlarından istifadə etsək, A F F B ⋅ B D D C ⋅ C E E A = 1. {\displaystyle {\frac {AF}{FB}}\cdot {\frac {BD}{DC}}\cdot {\frac {CE}{EA}}=1.} yazarıq. Başqa sözlə, XY uzunluğu xəttin bəzi sabit istiqamətində X -in Y-nin solunda və ya sağında olmasına görə müsbət və ya mənfi qəbul edilir. Məsələn, AF / FB, F A və B 'arasında olduqda müsbət dəyərə, əksi olsa mənfi olaraq təyin edilir.
Sevr müqaviləsi
Sevr müqaviləsi (fr. Le Traité de Sèvres) — 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi". Müqavilə 10 avqust 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra Parisin 3 km qərbində, Sevr şəhərinin ətrafındakı Keramika Muzeyində (fr. Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 iyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir. Sevr müqaviləsi 433 maddədən ibarət idi. == Hazırlıq müddəti == === Mundros sülh müqaviləsi və sonra yaşananlar === Birinci Dünya Müharibəsindən sonra Antanta Dövlətləri və Avstriya arasında Sen-Jermen sülh müqaviləsi (1919), Macarıstan arasında Trianon sülh müqaviləsi və Bolqarıstan arasındakı Neyr Sazişinin imzalanmasına baxmayaraq, 1919-cu ilin mayında Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalanmadı və danışıqlar qeyri-müəyyən müddətə təxirə salındı. Bunun əsas səbəbi Antanta Dövlətlərinin Osmanlı İmperiyasını bölüşdürmə istəyi idi. Antanta dövlətləri Ali Məclisinin 7 may tarixli qərarına əsasən İzmir 15 mayda yunanlar tərəfindən tutuldu. Bu hadisə bütün Türkiyədə güclü bir milli narazılığa səbəb oldu.
Zeynəb Sevər
Zeynəb Sevər (türk. Zeynep Kübra Sever Demirel; d. 9 iyul 1989, İstanbul, Türkiyə) — "2009 Miss Belçika" gözəliZeynəb Sevər Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl ilə 21 sentyabr 2010-cu ildə evlənmişdir. Cütlüyün 8 fevral 2014-cü ildə Yade adında bir qız övladı anadan olmuşdur. Bir müddət səhnədən uzaq qalan Zeynəb 2016-cı ilin oktyabr ayında 6 illik fasilədən sonra İstanbul Moda Həftəsində çərçivəsində təşkil edilən dəfilədə yenidən podiuma çıxmışdır.
Əbdülqadir Sevən
Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır. 1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir. 1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu.
Abbasabad-Kürdi (Savə)
Abbasabad-Kürdi — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin ətrafında, Savə şəhərindən 42 km cənubdadır.
Abbasabad-Narbağı (Savə)
Abbasabad-Narbağı — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Ətraf bölgəsində, Savə şəhərindən 24 km cənubdadır.
Abbasabad-Zərqami (Savə)
Abbasabad-Zərqami — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Mərkəzi bölgəsinin Fərqan kəndistanında, Savə şəhərindən 15 km cənubdadır.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Şekə
Şekə — türk və tatar mifologiyasında mahnı cini. Çikə və ya Çekə olaraq da bilinər. Dirsək boyunda bir cücedir. Yanına gələnlərə dastan okutturup, mahnı dedirdər. Ağacların altında yaşayır, zərərsizdir. Bəzən dediyini yaptırabilmek üçün insanları qorxudur. Tutduğu adama saatlarla yır (mahnı) və ya kay (dastan) oxutduğu olar. Çuvaşlarda "Çikə Suxal" adı verilər və "boyu bir qarış, saqqalı iki qarış" olaraq təsvir edilər. == Etimologiya == (Şik/Çik/Çiy/). Çik aşiq sümüyünün çuxur tərəfi deməkdir.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şəşə
Şəşə — türk və tatar mifologiyasında quldur quş. Gecə qeyb aləmindən gəlib oğlan uşağa vuraraq öldürür və ya qaçırır. Girdiyi evdəki uşaq ölür. Qırxı çıxmamış uşağın üzərindən keçdiyində körpə qapqara kəsilib ölür. Altı aylıq olmamış uşağı isə dimdikləriylə öldürər. Uşaqlara boğazlarından vurur. Onu tutan Şəşə Anası və ya Şəşə Atası olar. Beləcə digər Şəşə quşlarının zərər verdiyi uşaqları yaxşılaşdırar. Yarasa, Şəşə olaraq bilinər və ondan çəkinilər. Ondan qorunmaq üçün xarici qapının üzərinə öldürülmüş yarasa asılar.
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Aleksandr Sever
Mark Avreli Sever Aleksandr (lat. Marcus Aurelius Severus Alexander), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır (1 oktyabr 208 – 19 mart 235) — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur. == Həyatı == Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.