Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Shake Your Head
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Shake it up
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Shake It Up Şekerim
Shake It Up Şekerim — 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə müğənnisi Kənan Doğulu tərəfindən ifa edilmiş mahnı.
Shake Your Head (C. C. Catch
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Shake Your Head (C. C. Catch)
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Hand Shakers
Hand Shakers (ハンドシェイカー, azərb. Əl sıxanlar‎) — GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur. == Məzmun == Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir. == Personajlar == === Çarx === Tazuna (コヨリ) Səsləndirən: Soma SaytoKoyori (タヅナ) Səsləndirən: Sumire Morohoşi === Kart === Riri (リリ) Səsləndirən: Ay KayanoMasaru (マサル) Səsləndirən: Ayumu Murase === Kölgə === Çizuru (チヅル) Səsləndirən: Sumire UesakaHayate (ハヤテ) Səsləndirən: Kayto İşikava === Qılınc === Kodama (コタマ) Səsləndirən: Mikako KomatsuHibiki (ヒビキ) Səsləndirən: Tomokazu Suqita === Zəncir === Brik (ブレイク) Səsləndirən: Cun FukuyamaBind (バインド) Səsləndirən: Yoko Hikasa === Digər === Makihara (マキハラ) Səsləndirən: Şotaro MorikuboMusubu (ムスブ) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu) Səsləndirən: Sora AmamiyaTazunanın atası (タヅナの父, Tazuna no chichi) Səsləndirən: Kenciro TsudaTazunanın anası (タヅナの母, Tazuna no haha) Səsləndirən: Satomi SatoTomoki (トモキ) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki) Səsləndirən: Yuusuke KobayaşiTanrının səsi (神の声, Kami no koe) Səsləndirən: Daysuke Namikava == Media == === Anime === Layihə 2016-cı ilin martında anons edilmiş, lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir. Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
DJ Snake
Uilyam Qreqeçin və ya DJ Snake – fransız DJ, hip-hop və elektronik musiqi yaradıcısı. DJ Snake, Qremmi mükafatı almış produserdir ki, onun debüt sinqlı "Turn Down for What"dır.
Sake butulkası
Tokkuri (徳利) və ya bəzən tokuri – sake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır. == Tarixi == "Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır.Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı. == Xüsusiyyətlər == Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir. Hazırda 1–2 qo həcmində olan tokkurilər populyardır.Tokkuridən sake süzərkən "qlaq-qlaq" səsinin çıxması müsbət qarşılanır.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib.Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib.Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Awake
Awake — L'Arc~en~Ciel qrupunun albomudur.
Buake
Buake Bvake (Bouaké, Bwake) — Kot-d’İvuar Respublikasının mərkəzi hissəsində şəhər, Valedü Bandama vilayətinin inzibati mərkəzi. == Əhalisi == Əh. 659,2 min (2010); əhalisinin sayına görə ölkənin ikinci şəhəri. Avtomobil yolları qovşağı. Dəmiryol stansiyası. Beynəlxalq aeroport. == Tarixi == 1899-cu ildə fransız fortu kimi salınmışdır. == Memarlığı == Pambıqçılıq ETİ Universiteti, Pyer Rişe institutu (1973; tropik təbabət sahəsində tədqiqatlar), Meşəçilik məktəbi var. == Sənayesi == Buake kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (qəhvə, kakao, pambıq, çəltik, yams, sizal, tütün və s.). Yeyinti, toxuculuq, dəri-ayaqqabı, tütün sənayesi; pambıqtəmizləmə və çəltiktəmizləmə müəssisələri; İES var.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Haker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Ayaz İshaki
Ayaz İshaki (tatar. Ğayaz İsxaqıy, Гаяз Исхакый; 23 fevral 1878, Yauşirmə[d], Kazan quberniyası, Rusiya imperiyası – 22 iyul 1954, Ankara) — tatar yazıçı-publisisti, ictimai xadimi. == Həyatı == Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
C Sharp
C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biri. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. Yalnız C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# ən axırıncı versiyası 4.0 2010, Aprelin 12 çıxıb. Microsoft.Net(Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur. Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Obyektyönümlü proqramlaşdırma dilidir. Javanın bir çox xüsusiyyətlərini özündə saxlayır.Bu dilin versiyaları C# 6.0, C# 7.0, C# 7.1, C# 7.2, C# 7.3, C# 8.0 axırıncı versiyası isə dotnet 5.0 ilə C# 9.0-dur.
Chase Atlantic
Chase Atlantic (bəzən CHASE ATLANTIC kimi stilizə olunur) — Avstraliyada 2014-cü ildə qurulmuş R&B qrupu və prodüser üçlüsü. Qrup üzvləri Kristian Antoni, Klinyon Keyv və Mitçel Keyvdir. Chase Atlantic yeddi mini albom və üç studiya albomu buraxdı.
Chase Elliott
William Clyde Elliott II və ya Chase Elliott (28 noyabr 1995, Dousonvill[d], Corciya) — Amerikalı bir avtomobil yarışçısıdır. Hal-hazırda NAPA Auto Parts-ın sponsor olduğu 9 nömrəli Chevrolet Camaro ZL1 1LE avtomobilində Hendrick Motorsports komandası ilə NASCAR Kuboku Seriyasında yarışır. == Həyatı == Elliott keçmiş NASCAR yarışçısı Bill Elliottun yeganə oğludur.
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
HALE
HALE, “High Altitude Long Endurance” sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Cucumis chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Sikkə
Sikkə — metaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır. Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər. == Etiomologiya == Sikkə sözu ərəb mənşəli sözdur. Dilimizə ərəb işğalından sonra keçmişdir. == Tarix == İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. == Ümumi məlumat == Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. == Hazırlanma qaydası == == Sirkə təbabətdə == Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Səhabə
Səhabə — köməkçi, yoldaş, dost mənalarında işlədilir. Hətta bəzi Şiə mənbələrində[hansı?] İmam Mehdinin 313 səhabəsi olacağı qeyd edilir. İmam Sadiq həmçinin demişdir: Kim ki Sübh namazında 40 gün Əhd duasını oxuyarsa o, İmam Mehdinin səhabələrindən olar. Və əgər o, İmam Mehdinin zühurundan öncə ölsə Allah onu İmam Mehdi zühr etdikdə yenidən dirildər.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Bilon sikkə
Bilon sikkə — natamam qiymətli xırda metal pul. Bilon sikkənin nominal dəyəri ibarət olduğu metalın və kəsilməsinə xərclənən xərcin dəyərindən yüksək olur; bu fərq dövlət büdcəsinə sikkə gəliri kimi daxil edilir. Bilon sikkə qızılın əvəzedicisi və nəticə etibarilə dəyər nişanıdır.