Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sifilis
Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales). Qədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə — "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483–1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır.
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.
Sufilik
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Smilid
Smilid (q.yun. Σμῖλις) — e.ə. VI əsrdə yaşamış əfsanəvi qədim yunan heykəltəraşı və memarı. Dedalın müasiri olmuşdur. Smilid Egina adasından idi, Samos adasında yaşayıb işləyirdi. Onun adı heykəltəraşların fiqurları oymaq üçün istifadə etdiyi alət olan çiselin yunanca adından gəlir. O, Samosda Heranın taxta heykəlini düzəltmişdir. Rəvayətə görə, Smilid Feodor və Rek ilə birlikdə Lemnos labirintini tikmişdilər. Sankt-Peterburqda Smilid fiquru "Yeni Ermitaj"ın cənub fasadının taxçasında antik dövrün digər görkəmli rəssamlarının heykəlləri arasında quraşdırılmışdır.
Andrey Sipilin
Andrey Sipilin (Andrey Vladimiroviç Sipilin) — Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2019—2022). == Həyatı və təhsili == 1995—1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Mangifera similis
Mangifera similis (lat. Mangifera similis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Melaleuca similis
Melaleuca similis (lat. Melaleuca similis) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Typhlodromips similis
Typhlodromips similis (lat. Typhlodromips similis) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. Typhlodromips similis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Sifoid meduzaları
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Persicaria hartwrightii f. similis
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Şəfili
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır. Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır.
Şəfili bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Temperaturun mütləq sıfırı
Temperaturun mütləq sıfırı — Kainatdakı fiziki cismin temperaturunun minimal həddi. Mütləq sıfır mütləq temperatur. Mütləq sıfır Kelvin şkalası kimi mütləq temperatur şkalası üçün istinad nöqtəsi kimi xidmət edir. 1954-cü ildə X Çəkilər və ölçülər üzrə Baş Konfrans termodinamik temperatur şkalasını temperaturu 273,16 K (0.01 °C dərəcəsinə uyğun olan) kimi qəbul edilən bir sabit nöqtə ilə qurur — suyun üçlü nöqtəsi ilə. Buna görə də mütləq sıfıra Selsi şkalası ilə −273,15 °C və ya Farenheyt şkalası ilə −459,67 °F və ya 0 Kelvin uyğundur. Termodinamikanın tətbiqi çərçivəsində praktikada mütləq sıfır fəth olunmazdır. Onun mövcudluğu və temperatur şkalasında əks olunması müşahidə olunan fiziki fenomenlərin ekstrapolyasiyasından irəli gəlir. Bununla yanaşı bu cür ekstrapolyasiya onu göstərir ki, mütləq sıfırda maddələrin molekullarının və atomlarının istilik hərəkəti enerjisi sıfıra bərabər olmalıdır, yəni hissəciklərin xaotik hərəkəti dayanır və kristal qəfəs düyünlərində aydın bir mövqe tutaraq, nizamlı bir quruluş meydana gətirirlər (maye helium istisnadır). Lakin kvant fizikası nöqteyi-nəzərdən temperaturun mütləq sıfırında belə hissəciklərin kvant xüsusiyyətlərilə və onların ətrafının fiziki vakumuyla izah olunan sıfır dalğalanmalar mövcuddur. 1703-cü ildə fransız fizik Qilyom Amonton (fr.
Şıxılı kənd icması
Şıxılı kənd icması — Cəbrayıl qəzasının tərkibindəki kənd cəmiyyətlərindən biri idi. 1875-ci ildən 1921-ci ilədək Cəbrayıl qəzasında Şıхılı kənd dairəsi və kənd icması fəaliyyət göstərirdi. Bu icmaya yüzbaşı başçılıq edirdi. Şıxılı icmasına yüzbaşılıq etmiş Həsənəli bəy Əsgərxanovun və başqalarının adları məlumdur. 1875-ci ildə qeydə alınmış Şıxılı (şiə) kənd dairəsi: Şıxılı (şiə) kənd dairəsi 1. Yağləvənd obası 2. Mirzəcamallı obası 3. Aybasanlı obası 4. II Mahmudlu obası 5. Gecəgözlü obası 6.
Şahbulaq Qıfılı saray kompleksi
Şahbulaq Qıfılı saray kompleksi — Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir. Saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikintisi iki ilə, yəni 1751–1752-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə əsasən, xan sarayının tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Tarixi mənbələrdə göstərilir ki, Saray binası plana əsasən düzbucaqlı formaya malikdir. Quruluşunda kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.
40-cı qapının qıfılı (film, 2003)