Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Ksilofon
Ksilofon (yunanca yun. ξύλον — ağac + φωνή — səs) — müəyyən səslənmə yüksəkliyi olan zərb musiqi alətidir. Özündə müəyyən notlara köklənmiş uzunsov yonulmuş ağac parçalarının sıra ilə düzülmüş formasını ehtiva edir. Bu taxta bloklar üzərinə kürəvari başlıqları olan çubuqlarla və ya çox da böyük olmayan qaşığabənzər xüsusi çəkicciklərlə ( musiqiçilərin öz aralarında bu çəkicciklərə "keçi ayaqları" da deyilir) vurmaqla səs əldə edilir. Ksilofonun tembri forte-də kəskin, şıqqıltılı, piano-da isə yumşaqdır. == Alətin tarixçəsi == Ksilofonun mənşəyi çox qədimdir. Bu tipdə olan alətlərin ən sadə növünə müxtəlif xalqların Afrika, Cənub-Şərqi Asiya ,Latın Amerikası bu günə kimi də rast gəlinir. Ksilofon haqda ilk qeydlər XVI əsrin başlanğıcına aiddir: Arnolt Şlik musiqi alətləri haqqında risaləsində bunabənzər aləti hueltze glechter adı ilə təqdim edir. XIX əsrə qədər Avropa ksilofonu kifayət qədər primitiv alət idi, zəncir kimi bir-birinə bəndlənmiş təxminən iyirmiyə yaxın taxta blokdan ibarət idi və hamar səth üzərində bərabər sərilirdi.Bu cür alətin daşınması rahatlığı səyyar, köçəri musiqiçilərin ona diqqətini artırmışdı. Ksilofonun təkmilləşdirilməsi 1830-cu illərə aiddir.
Milyon
Milyon (Qıs.şək. mln.) — min dəfə min, yanında altı sıfır olan ədəd 106. BS sistemində aşağıdakılara aid edilir: mega — milyonlar üçün (106) və mikro — bir milyon üçün (10−6). Azərbaycan dilində çox sayda və ya həcmdə olan nəyisə ifadə etmək üçün də istifadə edilir. Bir milyon mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 25, 32, 40, 50, 64, 80, 100, 125, 160, 200, 250, 320, 400, 500, 625, 800, 1000, 1250, 1600, 2000, 2500, 3125, 4000, 5000, 6250, 8000, 10.000, 12500, 15625, 20.000, 25.000, 31250, 40.000, 50.000, 62500, 100.000, 125.000, 200.000, 250.000, 500.000, 1.000.000 ədədlərinə qalıqsız bölünür. 1992-ci ildən Dauqavpilsdə (Latviya) " Milyon " adlı qəzet nəşr edilir.. 1990- cı illərin axırı və 2000-ci illərin əvvəlində milyon ədədini limon ara sözü ilə əvəz edirdilər.insta@huseynalizada01 takip edib bütün paylasimları bəyənməyi unutmayın!!!
Saleon
Saleon (fr. Saléon, oks. Saleon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05159. 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Hélices Halter, pilotsuz uçuş aparatları üçün pervaneler istehsalında dünya lideridir.
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Siklon
Siklon (q.yun. κυκλῶν - "fırlanan") — mərkəzində alçaq atmosfer təzyiqi olub, kənarlarına doğru getdikcə təzyiqin artması müşahidə edilən atmosferin qapalı təzyiq sahəsinə deyilir. Siklon zamanı alçaq, yaxud minimum təzyiq mərkəzdə olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Siklon zamanı hava soyuyur, göy üzü buludlu olur, yağış yağır. Mülayim qurşaqda siklonun diametri 2000–3000 km-ə çatır.Siklonlar 2 tipə-tropikdən kənar və tropik siklonlara bölünür.Tropikdənkənar siklonlar əsasən şimal və cənub yarımkürələrin mülayim qurşaqlarının qərb axını zonasında əmələ gəlirlər.Siklonların inkişaf tsikli 4-7 gün davam edir və sonra yox olur.Yerdə hər il orta hesabla 15000-ə qədər siklon yaranır.Siklonların hərəkət sürəti 30–40 km/saat və ya 700–900 km/sutka təşkil edir.Tropikdəkənar siklonlar tək-tək deyil adətən dalbadal hərəkət edir.Siklonda atmosfer təzyiqi alçaq olduğundan hava asanlıqla yuxarı qalxır,bulud əmələ gətirir,yayıldığı ərazilərdə küləkli,rütubətli və yağmurlu hava müşahidə edilir. Tropik sahələrin siklonları kiçik ölçüdə olsalar da,çox böyük dağıdıcı qüvvəyə malik olur və onlar okeanlarda ilin yay aylarında tropik hava kütləsinin ekvatordan ən çox uzaqlara irəlilədiyi zamanlarda baş verir.Tropik siklonlar əsasən 5-20° şm.və cən.enlikləri arasında yaranaraq şimal yarıkürəsində şimal-qərb,cənub yarımkürəsində isə cənub-qərb istiqmətində hərəkət edirlər.Tropik siklonların diametri cəmi 100–300 km olur.Barik qradiyentin xeyli böyük olması ilə əlaqədar küləyin sürəti 70–75 m/saniyəyə çatır ki,bu da siklonun keçdiyi ərazilərdə dəhşətli dağıntılara səbəb olur.Tropik siklonlar göy guruldaması,ildırım çaxması və gur leysan yağışların yağması ilə fərqlənir.Maraqlıdır ki,tropik siklonun mərkəzi hissəsində diametri 20–50 km-ə çatan küləksiz buludsuz hava yaranır ki,həmin sahəyə "fırtına gözü" deyilir. Tropik siklon suda güclü dalğalanma,quruda böyük dağıntı əmələ gətirir. Tayfun və tornado da tropik siklondur.Tropik siklonlar ildə 70-80 dəfə müşahidə edilir. Tropik siklonlar Filippin adaları və Cənubi Çin dənizində, Benqal körfəzində, Ərəbistan dənizində, Karib dənizində, Böyük Antil adalarında, Hind okeanında - Maskaren adalarında, Sakit okeanda - Yeni Hibrid və Samoa adalarında müşahidə edilir.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Sitron
Sitron (lat. Citrus medica) Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Stilpon
Stilpon (yun. Στίλπων, təxminən m. ö. 360 – 280) — qədim yunan filosofu, Meqara məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir. Stilpon fəlsəfi polemikanın (mübahisənin) ustalarından biri idi, həm də siyasətlə də məşğul olurdu. Misir hökmdarı Ptolemeus Soter ona yaxşı münasibət bəsləmiş, ölkəsinə dəvət edərək ona çoxlu pul təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o pulun isə çox az hissəni götürmüşdür. Meqarada savaş zamanı Stilponun evi qarət olunmuşdur. Makedoiya kralı Antiqonun oğlu Demetriusa bu xəbər çatdıqda o Stilpona təklif etdi ki, zərərin qarşılanması üçün qarət olunmuş əmlakının siyahısını gətirsin.
Vilron
Vilron (fr. Villeron) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 702 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-şərqdə, Serji belediyyənin 35 km şərqdə yerləşir.
Vilson
Vilson kimi tanınan Vilson Rodriqes de Mura Junior (31 yanvar 1984 və ya 1 yanvar 1984) ― qapıçı mövqeyində çıxış edən Braziliya futbolçusu.
Sikion
Sikion (q.yun. Σικυών) — Peloponnesin şimal-şərqində, Korinf körfəzinin dərinliyində, Asopos və Gelisson çayları arasında yerləşən qədim yunan polisi. Sikioniya regionunun (q.yun. σῐκυός, hərf. "xiyarlar ölkəsi") əsas şəhəri idi. Qədim Sikionun yerində kiçik Sikyon şəhəri yerləşir ki, bu şəhər 1920-ci ilə qədər Vasiliko adlanırdı.
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlar Filon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Xilon
Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnes – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu. Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox. Həyatı haqqında məlumat çox azdır. Eforlar həm də hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı?
Henri Uilson
Henri Vilson (ing. Henry Wilson; 16 fevral 1812[…] – 22 noyabr 1875[…], Vaşinqton) — Amerika Birləşmiş Ştatlarının 18-ci vitse-prezidenti (1873–1875) və Massaçusetsin senatoru (1855–1873). O, "Radikal Respublikaçı" hesab edilmişdir. Amerikada Vətəndaş müharibəsindən sonra, Vilson Yenidənqurma üçün Radikal proqramı dəstəkləyənlərdən olmudur. 1872-ci ildə Henri U. vitse-prezident seçilib və 22 noyabr 1875-ci ilədək bu vəzifədə çalışmışdır. == Həyatı == Henri Vilson Farmingtonda anadan olmuşdur. 1833-cü ildə onun adı qanuni şəkildə Henri Vilson olaraq dəyişdirilmişdir. Henry Vilson 1833-cü ildə Natick, Massaçusetsə köçüb və çəkməçi olaraq işləyib. O, 1841 və 1852-ci illər arasında Massaçusetsin dövlət məclisinin üzvü olmuşdur. == İstinadlar == Ernest McKay, Henry Wilson, Practical Radical: Portrait of a Politician, (Port Washington, NY, London: National University Publications: Kennikat Press, 1971), ISBN 0-8046-9010-3 Myers, John L. "The Writing of History of the Rise and Fall of the Slave Power in America," Civil War History, June 1985, Vol.
Henri Vilson
Henri Vilson (ing. Henry Wilson; 16 fevral 1812[…] – 22 noyabr 1875[…], Vaşinqton) — Amerika Birləşmiş Ştatlarının 18-ci vitse-prezidenti (1873–1875) və Massaçusetsin senatoru (1855–1873). O, "Radikal Respublikaçı" hesab edilmişdir. Amerikada Vətəndaş müharibəsindən sonra, Vilson Yenidənqurma üçün Radikal proqramı dəstəkləyənlərdən olmudur. 1872-ci ildə Henri U. vitse-prezident seçilib və 22 noyabr 1875-ci ilədək bu vəzifədə çalışmışdır. == Həyatı == Henri Vilson Farmingtonda anadan olmuşdur. 1833-cü ildə onun adı qanuni şəkildə Henri Vilson olaraq dəyişdirilmişdir. Henry Vilson 1833-cü ildə Natick, Massaçusetsə köçüb və çəkməçi olaraq işləyib. O, 1841 və 1852-ci illər arasında Massaçusetsin dövlət məclisinin üzvü olmuşdur. == İstinadlar == Ernest McKay, Henry Wilson, Practical Radical: Portrait of a Politician, (Port Washington, NY, London: National University Publications: Kennikat Press, 1971), ISBN 0-8046-9010-3 Myers, John L. "The Writing of History of the Rise and Fall of the Slave Power in America," Civil War History, June 1985, Vol.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
Konrad Hilton
Konrad Nikolson Hilton(ing. Conrad Nicholson Hilton; 25 dekabr 1887[…], San Antonio[d], Nyu-Meksiko – 3 yanvar 1979[…], Santa-Monika, Kaliforniya) — amerika iş adamı, Hilton Otellər Şəbəkəsinin banisi. == Həyatı == Konrad Hilton 1887-ci ilin dekabrın 25-də ABŞ-nin Nyu-Meksiko ştatında çox uşaqlı ailədə anadan olub. Anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmişdi. Atasının San-Antonioda xırdavat dükanı var idi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Hətta uşaqlarının hər birinin öz otağı olan ev də tikmışdı, lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, ailə ərzağa qənaət etməyə başlayır, evlərinin bir neçə otağını günlük kirayə verirlər. Bu ideyanın ilk olaraq, kimin ağlına gəldiyi bəlli deyil.
Şilyan
Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd 16-17-ci əsrlərdə bu ərazidə şilyan tayfaları məskunlaşmışdır. 1859-cu ilə qədər ərazi Şamaxı quberniyasının Göyçay qəzasına, 1859-cu ildə quberniyanın mərkəzi Bakıya köçürüləndən sonra isə Bakı quberniyasına tabe olmuşdur. 1918-ci ildə Osmanlı ordusunun komandanı Nuru Paşa bu əraziyə kömək üçün gəlmiş və aclıq və xəstəlikdən ordunun xeyli hissəsi tələf olmuşdur. Kənd sakinləri hələ də məişət qazıntıları apararkən bu qalıqlara rast gəlir. Şilyan oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi Ucar r-nu ərazisində mövcud olmuş Müsüslü Şilyan kəndindən köçüb gəlmiş ailələrin indiki ərazidə maskunlaşması nəticəsində yaranmışdır. Kənd Göyərçin Şilyan və Orta Şilyan (Düyü Şilyan da adlanır) kimi iki məhəlləyə ayrılır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 4733 nəfər əhali yaşayır.
Şinyon
Şinyon (fr. Chignon) qadınlar üçün bir növ saç makiyajıdır,adətən tükü sancaq ilə müxtəlif formalara yığmaqdır.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.