Stilpon (yun. Στίλπων, təxminən m. ö. 360 – 280) — qədim yunan filosofu, Meqara məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir[1].
Stilpon | |
---|---|
q.yun. Στίλπων ὁ Μεγαρεύs | |
Doğum tarixi | e.ə. 359 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 279 |
Elm sahəsi | fəlsəfə |
Tanınmış yetirmələri | Zenon |
Vikianbarda əlaqəli mediafayllar |
Stilpon fəlsəfi polemikanın (mübahisənin) ustalarından biri idi, həm də siyasətlə də məşğul olurdu. Misir hökmdarı Ptolemeus Soter ona yaxşı münasibət bəsləmiş, ölkəsinə dəvət edərək ona çoxlu pul təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o pulun isə çox az hissəni götürmüşdür.
Meqarada savaş zamanı Stilponun evi qarət olunmuşdur. Makedoiya kralı Antiqonun oğlu Demetriusa bu xəbər çatdıqda o Stilpona təklif etdi ki, zərərin qarşılanması üçün qarət olunmuş əmlakının siyahısını gətirsin. Kralın məqsədi ondan ibarət idi ki, ona itirilmişləri geri qaytarsın. Ancaq, Stilpon isə krala dedi ki, ona heç bir zərər dəyməmişdir. Çünki, onun malı, mülkü oğurlansa da, əxlaqı və ağlının ondan alınmamasını qeyd edərək, əsl zənginliyin də məhz bu olduğunu bildirmişdir.
Stilpon həm də tanrılara və dinə qarşı şübhəçi mövqedə dururdu. O demişdir ki, memar Fidiusun hazırladığı Afinanın heykəli onun yaratdığı incəsənət incisidir. Deməli o, tanrı ola bilməz[2]. Bu iddiaya görə onu mühakimə edib sürgün etmişdirlər.
Stilpon ümumi anlayışların var olub-olmaması haqqında düşünən ilk filosoflardan biri olmuşdur. Onun fikrincə “insan” sözünü deyən heç nə demir, onun bu ifadəsinin mənası yoxdur[3]. Çünki “insan” deyilən söz ümumi bir şeydir; nə bu, nə də o adama aid deyildir. Yuxarıda qeyd edildiyi kimi, ümumi anlayışların var olub-olmaması problemi sonralar formalaşan ortaəsr fəlsəfəsinin ən maraq doğuran mövzularından birinə çevrilmişdir.