Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. == Tarixi == Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. == Əhalisi == Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Sahib Sailov
Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. == Həyatı == Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir. == Siyasi fəaliyyəti == 1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur. 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur.
Silav (Salmas)
Silab (fars. سيلاب‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,652 nəfər yaşayır (794 ailə).
Çilov (ada)
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. == Ümumi məlumat == Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. == İqlimi == Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov adası
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. == Ümumi məlumat == Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. == İqlimi == Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov mayakı
Çilov mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Çilov mayakına həsr olunmuşdur.
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. == Həyatı == Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Lobya-çilov plov
Silos yemi (film, 1932)
== Məzmun == Təbliğat filmi maldarlığın şirəli yemlə təchiz olunmasında silos basdırmanın əhəmiyyətindən və onun texnoloji qaydalarından bəhs edir. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Şirokov, Hüseynov Operator: Kovalçuk == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Çilov-Neft Daşları bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sergey Şipov
Sergey Şipov (rus. Сергей Шипов; doğ. 17 aprel 1966, Murom, Rusiya SFSR, SSRİ) — Rusiya şahmatçısı, qrosmeyster (1996), həmçinin şahmat məşqçisi, şərhçi və yazıçı. == Həyatı == Sergey Şipov 1966-cı il aprelin 17-də Vladimir vilayətinin Murom şəhərində anadan olub. 1970-ci illərin əvvəllərində ailəsilə birlikdə Kirjaç şəhərinə köçüb. Burada o, uzun müddət şahmat dərnəyində məşğul olub. 1979-cu ildə Moskvada idman internatına daxil olub. 1983-cü ildən 1989-cu ilədək Moskva Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. 1989-1991-ci illərdə Moskva vilayətivin Çernoqolovka şəhərində yerləşən SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda çalışıb. 1992-ci ildə beynəlxalq usta normasını yerinə yetirib, 1996-cı ildə isə beynəlxalq qrosmeyster adını alıb.
Şirov (Tarım)
Şirov (az-əbcəd. شیرُو‎, fars. شیراب‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (9 ailə).
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Şıxov adası
Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir.
Şıxov çimərliyi
Şıxov çimərliyi — Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, "kənd yeri" mənasındadır.
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Filon
Filon — ad və soyad. Bu adı və soyadı olan tanınmışlar Filon İskəndəriyyəli — Ellinizm dövrünün yəhudi filosofu, Bizanslı Filon — Arximedin dövründə yaşamış mühəndis.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Lilou
Əli Ramdani (18 aprel 1984, Lion), daha yaxşı səhnədəki adı Lilou ilə tanınan, Əlcəzair mənşəli fransız bi-boydur.
Orlov
Orlov — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Pilot
Pilot — təyyarəni idarə edən şəxs (təyyarə, helikopter, planer, hava gəmisi və s.). Bu həm peşə, həm ixtisas, həm də hobbi ola bilər. Pilotlara aviator, pilot da deyilir. SSRİ Silahlı Qüvvələrinin Qırmızı Ordusunda qırmızı uçaqlar deyilirdi. Ədəbiyyatda ifadələr var: Hərbi pilot, Mülki pilot və s. == Ümumi məlumat == Ən çox pilotlar hərbi, mülki və həvəskarlara bölünür (bölmə şərtlidir, çünki bəzən hərbi pilotlar mülki aviasiyada dövlət qulluğuna keçirlər — məsələn, bu II Dünya Müharibəsi başa çatdıqdan sonra tipik idi). Həm yeni təyyarə, həm də fabrikdə istehsal olunan üst-üstə düşmələri sınayan pilot eksperimental pilotlar (sınaq pilotları) da var. Peşəkar pilotlar uçuş məktəblərində, həvəskar pilotlar — uçuş klublarda təlim alırlar. Geniş bir fərdi kompüter istifadəçisi olan aviasiya trenajorlarının meydana gəlməsi ilə, simulyatorlara həsr olunmuş onlayn cəmiyyətlərdə, yeni bir növ pilotun ortaya çıxması haqqında danışırlar. Buna baxmayaraq, bu konsepsiya real aviasiya ilə əlaqəli deyil.
Sailor
== Diskoqrafiya ==
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.