Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simbirsk Çuvaş müəllimlər məktəbi
Simbirsk Çuvaş müəllimlər məktəbi (çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ) — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır. Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur. 1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi. 1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcədə Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.
Vislava Şimborska
Vislava Şimborska (pol. Maria Wisława Anna Szymborska; 2 iyul 1923[…], Kurnik[d], Böyük Polşa voyevodluğu[d] – 1 fevral 2012[…], Krakov) — Polşa şairəsi, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996). Vislava Şimborska XX yüzillikdə ədəbiyyat sahəsində Nobel mükafatı alan beşinci polyak müəllifidir. O, Poznan yaxınlığındakı kiçik Kurnik şəhərində doğulmuşdu. Səkkiz yaşı olanda ailələri Krakova köçmüşdü. Xanım Şimborska artıq səksən ilə yaxındır ki, özünün sakit və mütəvazi həyatını Polşanın qədim paytaxtında yaşayır. İkinci Dünya müharibəsi illərində o, Krakovdakı gizli polyak məktəbini bitirmişdi. Müharibə dövründə dəmir yolunda fəhlə kimi çalışmış, bununla da Almaniyada məcburi əməkdən xilas olmuşdu. Krakovdakı Yagellon universitetində polonistika və sosiologiyanı öyrənmişdir. Lakin imkansızlıq ucbatından bu sahələrin heç birində təhsilini tamamlaya bilməmişdi.