Simbirsk Çuvaş müəllimlər məktəbi
Simbirsk Çuvaş müəllimlər məktəbi (çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ) — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır. Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur.
1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi.
1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcədə Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.