Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Polygonum simlense
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Silene compacta
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene hypanica
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Silene italica
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene multifida
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene saponaria
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Silene viscosa
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Silene baccifera
Giləmeyvəli qoyunqulağı (lat. Silene baccifera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Silene coeli-rosa
Ətirli qoyunqulağı (lat. Silene coeli-rosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik bitki kimi yetişdirilir. Bu, 50 sm hündürlükdə, nazik yarpaqlı və müxtəlif rəngdə beşləçəkli çiçəkləri olan bitkidir. Hazırda yabanı növlərdən gülçülükdə istifadə olunmur. Bitkinin sort və hibridləri geniş yayılmışdır. Ətirli qətranın 15x15 sm sxem üzrə yazda torpağa əkməklə çoxaldırlar. Bitki balaca monoqruplarda yaxşı görünür. Bitki dəstələrindən müxtəlif kompozisiyalar yaratmaq olar. Agrostemma coeli-rosea L. Coronaria coeli-rosa (L.) Fr.
Siləkə (Soyuqbulaq)
Siləkə (fars. سلكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Qırx kimsənə məscidi
Qırx kimsənə məscidi — Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə aid “Qırx kimsənə” məscididir. Оrdubad rayonunun Nüsnüs kəndində yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun vardır. Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı üzərində ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə (1316-1335-ci illər) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur. Məscid 1993-cü ildə bərpa edilmişdir.
Şımkent
Çimkənd (Şımkent / Шымкент) — Türkistan vilayətinin inzibati mərkəzi, əhalisinə görə Qazaxıstanın üçüncü şəhəri, ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biri. Çimkənd şəhərinin adı iki hissədən ibarətdir: çim (otlağın üst qatı) və kənd (yaşayış məntəqəsi). Müasir Çimkənd ərazisində məskənlər artıq XI–XII əsrlərin kəsişməsindən mövcuddur. Bununla belə, mütəxəsislərin fikrincə, V-VI-ci əsrlərə aid arxeoloji qazıntılar əsasında, onun daha erkən yaranması barədə ehtimal var. İlk dəfə Çimkənd barədə Şərəfəddin Əli Yəzdi (1425), Teymurun hərbi uğurlarını təsvir edən, özünün "Zəfərnaməsi"ndə qeyd edir. XIII əsrin əvvəlində Mavəraünnəhrdəki Sayram oazisi tərəfdən Çingiz Xanın orduları daxil oldu, bundan sonra şəhər çingizlilərin irsi oldu. XIV Ağ Orda və Altun Ordaya qarşı uğurlu əməliyatlarının nəticəsində Teymur onu öz dövlətinə daxil etdi. XVI əsrin əvvəlində Çimkənd Qazax xanlığının tərkibinə daxil oldu, sonra isə XVII–XVIII əsrlər ərzində cunqarların işğal obyektinə çevrildi. Aramsız müharibələrə və dağıntılara baxmayaraq, Sayram oazisi yüksək inkişaflı əkinçilik, bağçılıq və sənətkarlıq məntəqəsi olaraq qalırdı. XVIII əsrin sonunda və XIX əsrin birinci yarısında Çimkənd uğrunda Kokand və Buxara xanlıqları mübarizə aparırdılar.
Silend
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Simens
Siemens AG — Simens səhmdar cəmiyyəti dünya Simens-Konsernlərini birləşdirən, 190 ölkədə təmsil olunan alman konqlomeratı. 1847-ci ildə Verner fon Simens tərəfindən, Berlində yaradılmışdır. Hal-hazırda şirkətin 480.000 nəfərdən artıq işçisi və 87,325 Mlrd. avro ticarət balansı vardır. Şirkətin mərkəzi Almaniyanın Berlin şəhərində yerləşir. "Bloomberg.com".
Dieqo Simeone
Dieqo Pablo Simeone (isp. Diego Pablo Simeone; 28 aprel 1970-ci il, Buenos-Ayres) Argentinalı futbolçu və futbol məşqçisi. 2006-cı ildə futbolçu karyerasını bitirmədən öncə, dəyaq yarımmüdafiəçi mövqeyində oynuyurdu. Hal hazırda Atletiko Madrid klubunun baş məşqçisidi. 24 mart 2015-ci ildə o, klubla 2020-ci ilə qədər müqaviləsini uzatdı. O, Argentina milli futbol komandasında 100-dən çox oyun keçirdib və onun heyətində 1994, 1998 və 2002-ci illərin Dünya Çempionatlarında iştirak edib. Karyerası boyu, Simeone inadcıl yarımmüdafiəçi kimi tanınırdı, hansıki həm rəqibdən topu ala bilirdi, həm hücümü başlıyırdı, həm də özü qol vurmaq bacarığındaydı. O, ilk növbədə öz liderliyi ilə, texnikasıyla, taktiki universallığıyla, ağılıyla, gücüylə, dözümlülüyü ilə seçilirdi. == Klub karyerası == Simeonenin ilk peşəkar klubu Velez Sarsfild idi, sonradan 1990-cı ildə o, İtlaliyanın Piza klubuna keçir. Bu klub 1990-1991-ci ilin sezonunda Seria A-nı tərk edir və növbəti ildə ali liqaya yenidən yüksələ bilmir.
Covanni Simeone
Covanni Simeone (5 iyul 1995[…], Buenos-Ayres) — Argentinalı peşəkar futbolçu. İtaliyanın "Hellas Verona" klubunun hücumçusu. "Napoli" klubunda icarə əsasında çıxış edir. Məşhur futbolçu və məşqçi Dieqo Simeonenin oğlu. == Karyera == Covanni "River Pleyt" klubunun yetirməsidir. 4 avqust 2013-cü ildə hücumçu "River Pleyt"in heyətində "Gimnasia və Esgrima" komandası ilə oyunda debüt etdi. Covanni "River Pleyt"in heyətində ilk qolunu 8 sentyabr 2013-cü ildə "Tiqre" ilə görüşdə vurdu. 2015-ci ilin yayında o, "Banfild"ə icarəyə verilir. Argentina çempionatında “Banfild”in heyətində 34 oyun keçirir və 12 qol vurur. 18 avqust 2016-cı ildə İtaliyanın "Cenoa" klubuna keçir.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Nina Simone
Eunice Kathleen Waymon (Yuunis Kətlin Veymn), səhnə adı ilə Nina Simone (d. 21 fevral 1933, Tryon, Şimali Koralina — ö. 21 aprel 2003 Carry-le-Rouet, Bouches-du-Rhône) — ABŞ müğənnisi, bəstəkar, ictimai fəal, antirasist. Caz, Blues, R&B (ritm və blues), Folk musiqi tərzlərində unudulmaz və əfsənələşən Simone, musiqi ilə iç-içə olan bir ailədə dünyaya gəldi. İlkin musiqi təhsilini anasının dəstəyilə mənimsəyən sənətçi, uşaq yaşlarında kilsə xorlarında mahnılar oxuyarkən, yardımsevər birinin köməyilə piano dərsləri aldı. 10 yaşında New York Juilliard musiqi məktəbində təhsilinə davam etməyə başladı. O zamanların gərgin irqçi basqıları ilə bərabər maddi sıxıntılar səbəbilə Philadelphia`ya köçdülər. 1954-cü illər müxtəlif barlarda musiqi istedadını göstərməyə başladı. 1958-ci ildə ilk albomu yayımlandı. Elə həmin il adını ispan dilində "qız" anlamına gələn Nina və pərəstişkarı olduğu aktrisa Simone Signoretin adından götürərək bildiyimiz Nina Simone təxəllüsünə keçdi.
Silent Circle
Silent Circle — Almaniyanın Avro disko janrında ifa qrupudur. "Silent Circle" musiqi qrupu 1979-cu ildə Martin Tihsen, Aksel Braytunq və Yurqen Berens tərəfindən yaradılmışdı. Lakin qısa müddətdən sonra qrup dağılır. 1985-ci ildə köhnə triolar yenidən birləşir və "Hide Away — Man Is Coming!" mahnısını ifa edirlər. Həmin ildə "Touch in the night" mahnını ifa edərək Almaniya hit-paradının 15-ci mövqesində yer tuturlar. 1993-cü ildə "Best Of Silent" adlı kompilyasiyada əvvəlki ifa etdkləri mahnılarının remiks formasını çıxarırlar. 1994-cü ildə "Back" albomunda yeni mahnılar buraxılır. 2010-cu ildə isə qrupun son albomu olan "25 Years – The Anniversary Album" adlı albomu çıxır. 1986 "No.1" 1993 "Best Of Vol.
Silent Hill
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Silent Storm
Silent Storm (azərb. Səssiz Fırtına‎) — Norveçin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Simens körpüləri
Simens körpüləri — Azərbaycan Respublikasının Gədəbəy rayonunda 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülər. Bu körpülərin sayı 7-dir. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir. Bu körpülərdən ən məşhur olanını yerli sakinlər "Qanlı körpü" adlandırıblar ki, onun da faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib. Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu viaduk nadir memarlıq nümunəsi hesab olunur. Abidə zaman-zaman həm insan, həm də təbiətin təsiri altında dağıntılara məruz qalır.
Simone Petersano
Simone Petersano (it. Simone Peterzano, təq. 1540, Berqamo – təq. 1596, Milan)— italyan rəssam, Manyerizm dövrünün nümayəndəsi. O, Mikelancelo Merisi de Karavacconun ilk müəllimi olaraq tanınır. Simone Petersano haqqında məlumat olduqca azdır. O, Venesiyada Tisian Veçellionun şagirdi olmuşdur. 1578-1582-ci illərdə Petersano, ona şöhrət qazandıran işlərindən biri sayılan Qareqnano kilsəsinin freskalarını işləmişdir. Petersano 1583-1592-ci illər ərzində aktiv fəaliyyət göstərmişdir. Onun emalatxanası Milan şəhərində yerləşirdi.