Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bicapur
Bicapur sultanlığı — 1490–1686-cı illərdə cənubi Hindistanın Dekan regionunun qərbində Bicapurda mövcud olmuş Bayandur müsəlman dövləti. == Ümumi məlumat == Hindistanda Dekan yaylasının qərb hissəsində mövcud olmuş dövlət (1489–1686). Banisi Adil şah Yusifdir. Bəhməni sultanlığının parçalanması zamanı Bicapur müstəqilliyini elan etmişdi (1489). Adil şah Bicapur da qala tikdirmiş və şəhəri dövlətin paytaxtına çevirmişdi. Onun oğlu İsmayıl Adilşah Qoa limanını işğal edən Portuqaliyaya qarşı mübarizə aparmış (1510), Rayçur vadisi uğrunda Vicana yaqara qarşı baş verən döyüşdə (1521) geri çəkilməyə məcbur olmuş, Bərid şahlar, Nizamşahlar və İmad şahların müttəfiq ordusu ilə vuruşaraq onları məğlubiyyətə uğratmışdır (1525). O, 1514-cü ildə Səfəvi hökmdarı şah I İsmayıl tərəfindən Bidara göndərilən və burada həbs olunan elçinin azadlığa buraxılmasına vasitəçilik etmişdir. 1535-ci ildə hakimiyyətə gələn I İbrahimin türksoylu dövlət xadimlərini hindlilərlə əvəz etməsi ordunun zəifləməsinə və xarici basqınların artmasına gətirib çıxarmışdı. I Əli Adilşah Bicapuru istehkamlarla möhkəmləndirmiş, əhalinin rifah səviyyəsini yüksəltməyə çalışmışdır. Onun hakimiyyəti illərində Bicapur sultanlığı ilə bölgədəki müsəlman dövlətlərinin ittifaqı qurulmuş, Vicanayaqar dövlətinə son qoyulmuşdur (1564).
Dimapur
Dimapur-Hidistanın Naqalend Ştatında şəhər. XIV əsrdə əsasının qoyulduğu ehtimal olunur. Əhalisi 160 000 nəfərdir. Əcnəbilər şəhərə xüsusi buraxılıəş vərəqəsilə buraxılırlar.
Miyanpur
Miyanpur — Naxçıvanda, xüsusilə Ordubad bölgəsində geniş yayılmış çərəz. Miyanpur əsasən, ərik və şaftalı qaxından hazırlanır. Qurudulmuş meyvələrin çəyirdəyi çıxarılaraq arasına qoz və ya badam ləpəsi qoyulur, sonra onlar sapa düzülür. Xalq arasında miyanpurdan ümumi zəifliyin, başgicəllənmənin, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi də istifadə edilir. Cənubi Azərbaycanda əncirdən də miyanpur hazırlanır.
Nişapur
Nişapur (fars. نیشابور‎, Neyshābūr), İranın şimal-şərqində olan Rəzavi Xorasan ostanında şəhər. Məşhəd yaxınlarında Binalud dağının ətəklərində verimli və düz bir əraziyə yayılan şehər taxıl və ticarət yoluyla İran iqtisadiyyatına böyük qatqısı var. Bişapurla bərabər Nişapurun da adı Sasani hökmdarı I Şapurdan gəlməkdədir. Ömər Xəyyam və Fəridəddini-i Əttâr-i Neyşapuri iki önəmli şair və arif bu şəhərdə yaşamışlardır. Nişapur Səlcuqluların paytaxtı idi. Səlcuqluların qələbəsini həzm edə bilməyən Sultan Məsud Qəznəvi Hindistandan hərbi qüvvələrini geri çağıraraq, 50 min qoşun və 300 döyüş fili ilə onların üzərinə hücum etdi.1039-cu ildə baş verən döyüşdə səlcuqlular məğlub oldular. Sultan Məsud isə Nişapuru ələ keçirdi. Qüvvələrini yenidən toplayan səlcuqlular 1040-cı ilin may ayının 20-də Dandanakan ətrafında Sultan Məsudla döyüşə girdilər. Bu döyüşdə qəznəli ordusu ağır məğlubiyyətə uğradı.
Sadapur
Sadapur (Marathi:सैदापूर) — Hindistanda yerləşən kənddir. Kənd Maxaraştra ştatının Pune rayonunun Maval tesxilində yerləşir. Sadapur kəndi Mumbay-Pune köhnə avtomobil yolu və yeni Mumbay-Pune sürətli qatar yolu arasında yerləşir. Sadapurun yaxınlığında Devale, Devqar, Malavali və Tace kəndləri yerləşmişdir. Sadapur kəndinin yaxınlığında həmçinin Karcat Taluka, Taleqaon Dabade Taluka, Mulşi Taluka və Xalapur Taluka adlı tesxillər yerləşmişdir. Sadapura ən yaxın olan rayonlar Rayqad rayonu, Tane rayonu, Mumbay şəhəri və Mumbay şəhərətrafı rayonudur. Sadapur ətrafında yerləşən ən yaxın dəmir yol vağzalları Vadqaon dəmir yolu stansiyası, Beqdevadi dəmir yolu stansiyası, Teeqaon dəmir yolu stansiyası, Taleqaon dəmir yolu vağzalı və Vileqaon dəmir yolu stansiyasıdır. Sadapur ətrafında turistlər üçün görməli yerlər olan Lohaqad qalası və Karla mağarası yerləşmişdir. Kənd kimi Sadapur Hindistan və yerli Pançayati rac konstitusiyasında kəndin seçilmiş nümayəndəsi olan sərpənç tərəfindən idarə edilir. Kənd Maval talukasında yerləşmişdir.
Sinqapur
Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir. Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur.
Siyaqut
Siyaqut — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, rayon mərkəzindən 10 km cənub şərqdə, Bakı-Şərur dəmir yolundan 3 km aralı, Şərur düzündə yerləşən kənd. Kəndin əhalisi əsasən meyvəçilik, tərəvəzçilik və çuğundurçuluqla məşğuldur. Kənddə orta məktəb, iki kitabxana, klub, tibb məntəqəsi, məscid, istirahət parkı və mədəniyyət mərkəzi mövcuddur. Güllüklər, Qaraxallı, Kalafalar kimi tarixi məhəllələri var. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Siyaqut kəndindən köçüb gəlmiş azərbaycanlı ailələr tərəfindən salınmışdır. Oykonim İran dillərindəki siya (qara) və qut (qala) komponentlərindən düzəlib "qara qala" mənasındadır. 2009-cu ildə keçirilmiş əhalinin siyahıyalınmasında kəndin əhalisi 1687 nəfər göstərilir. Seyfəddin Qurbanov — azərbaycanlı heykəltaraş, memar, Ukraynanın Xalq Rəssamı. Budaq Təhməz — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair.
Siyavar
Siyavar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kənd ərazisində hallabonq bağları salınmışdır.
Siyavuş
Siyavuş (avest. Syāvaršan, "qara at"; pəhl. Syāvakhš, Siāvaš; fars. سیاوش‎ Siyavuş; İran mifalogiyasında İranın əfsanəvi şahı Keykavusun oğlu, Keyxosrovun atası. Firdovsinin Şahnaməsində analığı tərəfindən böhtan atılmış təmizliyin mücəssəməsi kimi göstərilir. Azərbaycan klassik ədəbiyyatında "Xuni-Siyavuş" Siyavuşun qanbahası kimi bir ifadə var.
Siyaku
Siyaku — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Kənddən rayon mərkəzinə olan məsafə təxminən 20–30 km.-dir. Kənddə beş tam, bir natamam orta məktəb, sahə xəstəxanası, poçt şöbəsi, klub və bir çox başqa tikililər mövcuddur. Coğrafi adın tərkibində Sıya talış dilində "qara", ku "dağ" deməkdir (Siyaku Qaradağ mənasında). Tunc və antik dövrə aid yaşayış məskənidir. Kəndin ərazisi 1227 hektardır.[mənbə göstərin] Əhalisinin sayı 8000 nəfərdən çoxdur.[mənbə göstərin] Mahmud Əhmədov (1976–1996). Ramin Kəkəyev (1984–2002). Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və maldarlıqdır.
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) — kənd Nişapur şəhristanı funksiyaları edir. == Coğrafi mövqeyi == Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Nişapur xanlığı
Nişapur xanlığı və ya Qara Bayat əmirliyi — Xorasanda 1747-ci ildən 1800-cü ilə qədər mövcud olmuş yarımmüstəqil xanlıq. Xorasanda mövcud olmuş xanlığın paytaxtı Nişapur şəhəri olmuş və Qara Bayat tayfası tərəfindən idarə edilmişdir. Nadir şahın ölümündən sonra Əfşar imperiyasının parçalanması şçəraitində formalaşmış xanlıq daha sonra Qacar tayfası tərəfindən 1800-ci ildə ələ keçirilmişdir. Qara Bayat tayfası ənənəvi olaraq Nişapur ətrafında məskunlaşmışdılar və bölgədəki Qızılbaş hakimiyyəti zamanı buranın hakimi rolunu icra etmişdilər. Bu Qacar sülaləsi dövrünə qədər davam etmişdir. I İsmayılın Xorasana yürüşü zamanı (1510-cu ildə) bölgədəki Qara Bayat tayfasından olan hakimlər ona tabe oldular. Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə Xorasanda özbəklərlə olan müharibələr zamanı Qara Bayat tayfasının döyüşçüləri özbəklərə qarşı şiddətli müqavimət göstərdikləri üçün Səfəvi şahı onları vergidən azad etmişdi. I Abbasın hakimiyyəti dövründə tayfanın başçısı olan Məhəmməd Sultan Bayat İsfərayenin, Nişapurun və Səbzəvarın hakimi təyin etdi. Əfqan istilası zamanı Qara Bayat əmiri Mələk Mahmud Sistaniyə tabe olmuş, lakin sonra ona qarşı üsyan etmiş və edam edilmişdir. 1747-ci ildə Əhməd xan Bayat Qara Bayat xanlığının əsasını qoydu.
Nişapur şəhristanı
Nişapur şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nişapur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 391,361 nəfər və 105,633 ailədən ibarət idi.
Sinqapur (ada)
Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb. Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir. Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır.
Sinqapur (dəqiqləşdirmə)
Sinqapur — Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət. Sinqapur adası — Sinqapur dövlətinin əsas adası. Sinqapur çayı — Sinqapur adasında olan çay.
Sinqapur (çay)
Sinqapur — Sinqapur adasında olan çay. Şəhərin Mərkəzi regionu boyunca axaraq Sinqapur boğazına tökülür. Sinqapur çayı şəhərin tarixi ərazisi hesab edilir. Əfsanəyə görə məhz bu çay yaxınlığında şahzadə Sanq Nila Utama şiri görmüş və burdanda adanın, çayın və şəhərin adı meydana gəlmişdir — sinqa pura, "şir şəhəri". 1819-cu ildə Rafflz Stemford çayda britaniya ticarət bazası yaratmış və müasir şəhərin əsası olmuşdur. Çay əsas magistral nəqliyyat vasitəsi kimi ərazinin məskunlaşmasında böyük rol oynamışdir. Şəhərin böyüməsi və çaydan intensiv istifadə sonda çayın güclü çirklənməsinə gətirib çıxarmış. Müstəqillik qazandıqdan sonra görülən ilk işlərdən biri bu tarixi ərazinin və çayın əvvəlki vəziyyətinin bərpası oldu. 1960-cı illərdə şəhərin yenidən planlaşdırılması həyata keçirildi, 1970-ci ildən çayda yük daşınması digər çaya — Keppele keçirilidi və bununla da şəhərin su nəqliyyat xətlərinin yenidən bərpasına başlanıldı. 1977-ci ildən Ətraf mühütün müdafiəsi nazirliyi çox çətin bir işə başladı: Sinqapur çayının təmizlənməsi.
Sinqapur Respublikası
Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir. Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur.
Sinqapur adası
Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb. Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir. Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır.
Sinqapur bayrağı
Sinqapur bayrağı — Sinqapurun rəsmi dövlət simvollarından biri. İlk dəfə 1959-cu ildə Sinqapur Britaniya İmperiyasına daxil olduğu dövrdə təsdiq edilib. İkinci dəfə 8 avqust 1965-ci ildə həmin bayraq müstəqil dövlətin rəmzi kimi qəbul edilib. Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir.
Sinqapur boğazı
Sinqapur boğazı — Cənubi Çin dənizi ilə Malakka boğazını birləşdirir. Şimalda Malakka yarımadası, Sinqapur adası və cənubda Piay arxipelaqı yerləşir. Uzunluğu 114 km, eni isə 12–21 km təşkil edir. Ən dayaz yeri 22 metrdir. Boğazın adlanmasına gəldikdə eyni adlı ada, şəhər, dövlət və limanın adından götürülmüşdür. Malakka və Sinqapur boğazlar Sakit okean və Hind okeanı əsas dəniz yolu hesab edilir. İl ərzində boğazdan 50,000 gəmi keçir. Hind okeanının digər boğazlarında olduğu kimi buradada dəniz quldurluğu yayılıb. İndoneziya və Sinqapur dövlətləri tələfindən il ərzində 1500 quldur basqınları qeydə alınır.
Sinqapur coğrafiyası
Sinqapur - Cənub-Şərqi Asiyada yerləşən kiçik, yüksək urbanizasiyalaşmış ada-şəhər-dövlət. Sinqapur Malay yarımadasının cənub ucunda, Malayziya və İndoneziya arasında yerləşir. Adanın ümumi sahəsi - 719,1 km²-dir. Sahil xətlərinin uzunluğu - 193 km-dir. Sinqapuru İndoneziyadan Sinqapur boğazı, Malayziyadan isə - Cohor boğazı ayırır. Sinqapur əsas hissəsi - Pulau Udzhong adasında yerləşir. Ada rombşəkkili formadadır. Əsas adadan başqa Sinqapur dövləti çoxsaylı kiçik adalara məxsusdur. Ən ucqar adası - Pedra Brancadır. Sinqapura aid kiçik adalardan ən böyük olanları Yurong, Pulau Tekong, Pulau Yubin və Sentosadır.
Sinqapur dolları
Sinqapur dolları (ing: Singapore dollar) Sinqapurda istifadə olunan pul vahidi. Sinqapur dolları $ işarəsi ilə və ya ya digər dollar valyutalarından ayrılmaq üçün S$ işarəsindən istifadə olunur. Dollar 100 sentə bölünür. 2014-cü ildə Sinqapurun illik inflyasiya nisbəti 1,2% idi. Beynəlxalq pul kodu SGD-dir.
Sinqapur himni
Majulah Singapura (malay dilindən tərcümədə: İrəli, Sinqapur) — Sinqapurun dövlət himni. Sinqapurun dövlət himni ölkə bayrağı və gerbi ilə birlikdə millətin mədəni individuallığını ifadə edir. Himn Sinqapurun milli və dörd rəsmi dilindən biri olan malay dilində oxunur. Himnin musiqisi və sözləri 1956-1957-ci illərdə - ölkədə millətçiliyin geniş vüsət aldığı bir dövrdə bəstələnmiş və yazılmışdır. Himnin bəstəkarı və sözlərinin müəllifi Zubir Səid "Majulah Singapura" (İrəli, Sinqapur) şüarını əsas götürmüşdür. 1965-ci ildə Sinqapur müstəqilliyini elan edəndən sonra bu himn dövlət himni statusu almışdır. Majulah Singapura Mari kita rakyat Singapura Sama-sama menuju bahagia Cita-cita kita yang mulia Berjaya Singapura Marilah kita bersatu Dengan semangat yang baru Semua kita berseru Majulah Singapura Majulah Singapura İrəli, Sinqapur Biz, Sinqapur xalqı, Birlikdə xoşbəxtliyə doğru gedirik. Bizim nəcib arzumuzdur - Sinqapuru uğura qovuşdurmaq. Gəlin birləşək Yeni mənəvi əsasda Və birlikdə deyək: İrəli, Sinqapur! İrəli, Sinqapur!
Sinqapur limanı
Sinaqapur limanı — Sinqapurun ən əsas gəlir mənbəyidir.Limanın 1819-cu ildə tikintisi başa çatmışdır. Hind okeanından Sakit okeana çıxan gəmilər bu limandan keçir. Buna görə də, Sinqapur limanı 2019-il etibarı ilə 37.8 Milyon nəqliyyat tonajı (TEU) ilə dunyanın birinci ən çox istifadə edilən limanı olmuşdur. Limanın 123 ölkədə 600-dan çox limanla əlaqəsi var.Liman Sinqapur iqtisadiyyatı üçün çox önəmlidir. Çünki bu liman Sinqapur dövlətinə hər il milyardlarla pul qazandırır.
Sinqapur metropoliteni
Sinqapur metropoliteni Sinqapurda dəmir yolu sisteminin əsas komponentini təşkil edən sürətli bir tranzit sistemi olub, şəhərin bir çox hissəsini əhatə edir. Sistem 1987 ci il 7 noyabr tarixində fəaliyyətə başlamış və yalnız Toa Payoh və Yio Chu Kang arasında mövcud idi. Yaradılmasında məqsəd Sinqapurun nəqliyyat sisteminin əsasını təşkil edən geniş bir dəmir yolu şəbəkəsini inkişaf etdirmək idi. Şəbəkə 199,6 kilometr (124,0 mil) marşrutu əhatə edir və 119 stansiyadan ibarətdir. Şəbəkə mərhələlər ilə tikilmişdir.7 noyabr 1987-ci ildə 5 stansiya və 6 kilometrdən artıq ərazi əhatə etməklə fəaliyyətə başlamışdır. "Şimal-Cənub" xətti mərkəzi rayondan keçir, çünki burada ictimai nəqliyyata tələbat yüksəkdir. İnsanların demək olar ki, birbaşa evlərinə daşıyan dəmir yolu konsepsiyası onun Light Rail Transit xətlərinin tətbiqi və birləşməsi ilə nəticələndi. SBS Transit (Sinqapur avtobus xidməti) tərəfindən idarə olunan "Şimal Şərq" xətti, 20 iyun 2003-cü ildə dünyada ilk tam avtomatlaşdırılmış dəmir yolu xəttlərindən biri olaraq xidmətə başladı. Sistemin 3-cü mərhələsində, 21 Oktyabr 2017-ci Downtown xəttinin son mərhələsi başa çatmış və rəsmi açılışı nəqliyyat naziri Khaw Boon Wan tərəfindən olmuşdur. Yeraltı stansiyaların əksəriyyəti havadan bombalanmaya davam edəcək və bomba sığınacaqları kimi xidmət üçün kifayət qədər dərin və möhkəmdir.