Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyablı
Siyablı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 334 nəfərdir. Oykonimin düzgün variantının Siyabili olduğu söylənilir. Tədqiqatçılar bu coğrafi adı talış dilinin materialları əsasında “qara ördək“, “qara sulu“, “qara sucaq yer“ mənalarında izah edir, hətta siyablı nəsil adı ilə də bağlayırlar. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Mariya İzabel
Mariya İzabel (İspanca:María Isabel; 4 yanvar 1995) — İspaniya müğənnisi, 2004-cü il Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi 2004 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Antes muerta que sencilla" mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
İzabel Acani
İzabel Yasmin Acani(fr. Isabelle Yasmine Adjani; 27 iyun 1955)—Fransa aktrisası. İzabel —Əlcəzairli mühacir Məhəmməd Şərif Acaninin və alman Avqustanın qızıdır. 27 iyun 1955-ci ildə Parisin 17-ci məhəlləsində dünyaya gəlib..12 yaşından həvəskar teatrda oynamağa və kiçik rollarda çəkilməyə başlayıb.15 yaşında məktəb tətili dövründə "Kiçik kömürçü" filmində rol alıb. İzabel Acani 1972—1974-cü illərdə müqavilə bağlayaraq rejissor və aktyor Rober Osseyn ilə çalışıb.
İzabel Akselsson
İzabel Akselsson (isv. Isabelle Axelsson) —Stokholmdan olan isveçli iqlim fəalı. 2018-ci ilin dekabrından Akselsson İsveçdə Gələcək üçün Cümə aksiyasının fəalı və təşkilatçısıdır. 2020-ci il yanvarın sonunda o, Qreta Tunberq, Luisa Noybauer, Lukina Tille və Vanessa Nakate kimi digər iqlim fəalları ilə birlikdə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmişdir. O, «Gemeinsam für die Zukunft — Friday For Future und Scientists For Future: Vom Stockholmer Schulstreik zur weltweiten Klimabewegung» kitabının həmmüəllifidir. Kitabda o, oxucuya bu aksiyanın iştirakçılarından birinə baxmaq imkanı vermək üçün “Gələcək üçün cümə” aksiyasının təfərrüatlarını danışıb. 14 fevral 2020-ci ildə Qreta Thunberq ilə birlikdə o, növbəti Gələcək üçün cümə günü iqlim tətili keçirir, bu zaman qanqsta replər meydana gəlir. İzabel tənqid dalğasından bunları deyir: “Biz geniş auditoriyaya çıxışı olan və deməyə sözü olan insanlarla eyni sıradayıq. İşlərin necə inkişaf etdiyini görmək xoşdur. Oxşar aksiyalarda on min adamımız olub, lakin fevralda hava bir az pis olur”.
İzabel Allend
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
İzabel Alyende

İzabel Ayende

İzabel Karre
İzabel Karre (fr. Isabelle Carré; 28 may 1971[…], Paris) — Fransa aktrisası. 1993 — (fr. Prix Arletty de l'interprétation théâtrale) pour Le mal court 1997 — (fr. Prix Gérard Philipe) (meilleur comédien de théâtre) 1998 — (fr.
İzabel Oje
İzabel Oje (d. 26 avqust 1969) — Kanadanı təmsil edən su poloçusu. İzabel Oje, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
İzabel Qoulart
Maria İzabel Qoulart Darado (port. Maria Izabel Goulart Dourado; 23 oktyabr 1984) — Braziliya modeli. 23 oktyabr 1984-cü ildə anadan olmuşdur. İtaliya əsillidir. San-Pauluda meyvə alış-verişi edərkən kəşf edilmişdir. Victoria Secret ilə 2005-ci ildə müqavilə imzalmağına baxmayaraq sadəcə 2008, 2009 və 2010-cu illərdəki moda şoularında çıxış etmişdir. Qoulart 2011-ci ildə Sports Illustrated Swimsuit Issue jurnalının baş səhifəsində yer almışdır.
Bavariyalı İzabel
Bavariyalı İzabel (28 aprel 1370, Münxen – 24 sentyabr 1435, Paris) — 1385–1422-ci illərdə hakimiyyətdə olmuş Fransa kraliçası. Fransa kralı VI Karlın arvadı. Vittelsbax sülaləsində Bavariya-İnqolştad hersoqu III Stefan və Milanlı Taddea Viskontin yeganə qızı olaraq anadan olmuşdur. İzabel, 15 və ya 16 yaşında olarkən gənc kral VI Karlla evlənmək üçün Fransaya göndərildi, cütlük ilk görüşlərindən üç gün sonra evləndilər.
Stable Diffusion
Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər. Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır. Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-E və Midjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir. Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb. Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb. İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər. Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.
İzabel Paqan
İzabel Paqan (d. 24 iyul 1986) — İspaniyanı təmsil edən bədii gimnast. İzabel Paqan İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == İzabel Paqan 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzales, Karolina Rodriges, Marta Linares və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. İzabel Paqan növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzales, Barbara Qonzales, Ana Pelas, Veronika Ruis və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Sizal aqavası
Sizal aqavası (lat. Agave sisalana) - aqava cinsinə aid bitki növü.
İzabel dos Santos
İzabel duş Santuş (port. Isabel dos Santos; 20 aprel 1973, Bakı, SSRİ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır. İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur. İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur. Afrikanın bakılı milyarderi- Fotolar Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine.
İzabel duş Santuş

Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Robert de Sable

Donna İzabel de Rekesensin portreti
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti (it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola — əvvəllər Paliano hersoginyası Covanna d’Araqonanın təsvir edildiyinə inanılan, 1518-ci ildə yağlı boya ilə çəkilmiş portretdir. Müxtəlif tədqiqatçılar tərəfindən əsər gah Rafaelə, gah Culio Romanoya, gah da Rafael məktəbindən olan başqa bir rəssama aid edilmişdir; hazırda əsərin Rafaelin eskizi əsasında Culio Romano tərəfindən çəkildiyinə inanılır. Əsər hazırda Parisdəki Luvr muzeyində sərgilənir. == Tarixi == Neapol vitse-kraliçasının portreti, gözəl qadın portretlərini kolleksiya edən Fransa kralı I Fransiskə Papa X Lev adından hədiyyə edilməsi üçün Kardinal Bernardo Dovizi Bibbiena tərəfindən 1518-ci ildə Rafael Santiyə sifariş edilmişdi. Pyer de Burdeyl Brantom portretdə Covanna d’Araqonanın (1502–1575) təsvir edildiyini qeyd etmişdir; 1997-ci ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, portretdə 1509–1522-ci illərdə Neapol vitse-kralı olmuş Ramon de Kardonanın həyat yoldaşı İzabel de Rekesens təsvir edilmişidr.Vazarinin məlumatına görə, Rafael gənc köməkçilərindən biri olan Culio Romanonu Neapola göndərərək subyektin üzünü çəkməyi tapşırmışdır ; Rafaeldə Culio Romanoya etdiyi sifarişlə bağlı sənəd qalmışdır. Portretdəki üz dəyişdirilmişdir; əks halda Vazarinin təsviri Culio Romano və Rafael tərəfindən çəkilmiş və "Araqonlu İzabella Mona Liza kimi" adlandırılan, Neapollu İzabella adlandırılan Milan hersoginyası Araqonlu İzabellanın təsvir edildiyi portretə də aid edilə bilər. Sonradan ehtimal ki, həm də Araqonlu İzabellanın portreti üçün istifadə edilmiş Donna İzabel de Rekesensin portretinin eskizinin kim tərəfindən işlənməsi haqqında müxtəlif fikirlər vardır; Luitpold Dassler əsəri Culio Romanonun fırçasına aid edir. Lakin, hazırda hər iki əsərin eskizlərinin Rafael tərəfindən hazırlanması ehtimal edilir, I Fransiskin kolleksiyasına daxil olan Leonardo da Vinçinin "Mona Liza"sına vizual istinadlara görə onlar Rafaelin Cakondaları adlandırılırlar. Araqonlu İzabellanın portretinin kopya olması ehtimalı da vardır ; belə ki, əsərə sahib olan Romadakı Doria-Pamfili qalereyası onu Rafaelin əsərinin kopyası kimi təqdim edir.
Sərablə
Sərablə — İranın İlam ostanının şəhərlərindən və Çardavul şəhristanının mərkəzidir. 2011-ci ilin siyahıya alınması əsasında bu şəhər 9,703 nəfərdən və 2,079 ailədən ibarət idi.
7 il sizinlə (film, 2007)
9 il sizinlə (film, 2014)