Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
La Skala
La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. == Tarixi == La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır. Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir.
Yan Skala
Yan Skala (y.sorb Jan Skala; 17 iyun 1889, Nebelçitsi[d], Almaniya imperiyası – 22 yanvar 1945) — Sorb yazıçısı, şair, publisist və ictimai xadim. Yan skala 17 iyun 1889-cu ildə Sorbianın Nebelçitsi kommunasında fəhlə ailəsində anadan olub. 1901-ci ildə Bautzendəki gimnaziyaya daxil olur, lakin tezliklə vəsait çatışmazlığı səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. 1902-ci ildə işçi kurslarını bitirmiş və 1916-cı ilə qədər kimya sənayesi üzrə müxtəlif müəssisələrində çalışmışdır. 1910-cu ildə ilk şeirlərini nəşr etdirdi. Sosial-demokrat mətbuatın qəzetləri üçün qısa məqalələr yazırdı. 1912-ci ildə Sorb mədəni-maarif təşkilatı "Matitsa Serbian"a qoşulur. 1916-cı ildən Birinci Dünya Müharibəsinin Balkanlarda və Rusiyada Şərq Cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə Sorb Xalq Partiyasının yaradıcılarından biri idi. 1921-ci ildə Sorb qəzetinin "Serbske Nowiny" redaksiyasında işləyib.
Kalp Hastası
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Kalp hastası (albom)
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vizual analoji şkala
Vizual analoji şkala (VAŞ) — sorğu anketlərində istifadə edilən subyektiv şkaladır. Tibbdə ağrının intensivliyin qeyd edilməsi üçün istifadə olunur.
Eskalop
Eskalop (fr. escalope) — müxtəlif mətbəxlərə aid edilən, adətən yumru, dairəvi şəkildə kəsilmiş ət (dana əti, donuz əti) tikələrindən ibarətdir. Eskalop üçün kəsilmiş ət dilimin qalınlığı 1—1,5 sm-dən çox olmur, nə unlanır, nə də qrillənir. Eskalop əsasən qarnir kimi istifadə olunur. Fransada, escalope sözü geniş yayılmışdır. == Mənşə == Eskalop termini Fransadan qaynaqlanır . Bu termin ilk dəfə XVII əsrdə Fransanın şimalında dialektik ifadə kimi yaranmışdı. Başlanğıc mənası qabıqlı qoz deməkdir: veau à l'escalope (dana ətindən eskalop). Eskalop bu gün də əsasən dana ətindən hazırlanmaqdadır. == İstinadlar == == Ədəbiyyat == Кулинарный словарь В. В. Похлёбкина, 2002.
Eskarp
Eskarp - (frans. eskarpe - kəskin eniş, dik) 1) 20-ci əsrə qədər şturm əleyhinə istifadə olunan, uzunmüddətli yaxud səhra istehkamının(bürc, fort)daxili kəskin enişli xəndəyi. 2) düşmənə tərəf çevrilmiş və 14%-dən 45% qədər kəskinliyi olan, hündürlüyün (çay qırağı) dik enişinin (2-3 metr) hündürlükdə pilləvari formada qazılması ilə torpaqdan tank-əleyhinə müdafiə xəndəyi. İkinci dünya müharibəsi ərəfəsində sərhəd möhkəmləndirilmiş istehkamları sistemində, İkinci Dünya müharibəsində isə müdafiə hüdudlarının yaradılmasında istifadə edilib. Eskarpların fasları pulemyot və artilleriya atəşi ilə qorunurdu, civarları minalanırdı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Özalp
Özalp, Van elinin ikinci böyük mahalıdır. Türkiyə ilə İran sərhəd qapısı bu mahaldadır. Dəmiryolu bu mahaldan keçməkdədir. Mahalda Kürdlər, Türklər, Lazlar və Azərbaycan türkləri bir yerdə yaşamaqdadırlar. 1961-ci ildə Trabzonun Çaykara mahalının Uzundere Kəndində o il böyük bir Torpaq sürüşməsi yaşandı. İsmət İnönü 'nün Baş nazir, Van lı Ferit Mələnil 'en də kabinetə çöldən Maliyyə Naziri olduğu dövr idi. Bu kənddə yaşayan Lazlar Əmək və Dönər dərə kəndlərinə yerləşdirildi. Mahalın əhalisi 2000 ümumi siyahıyaalmaya görə 96.000 Bunun 7.000 mahal mərkəzində, 89.000 isə qəsəbə və kəndlərdə yaşamaqdadır. Mahal bağlısı olmaq üzrə mahal mərkəzinə bağlı; 2. diyar, 84 kənd və 3 məhəllədən meydana gəlməkdədir.
Kala
Kala (gül) — gül növlərindən biri
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kalu
Kalu (Bostanabad)
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎; 20 aprel 1803, Darmştat – 4 iyul 1873, Darmştat) — Almaniya zooloqu.
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Kalpi sultanlığı
Kalpi sultanlığı — 1400–1443-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436–1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı.
L'Eskal
L'Eskal (fr. L'Escale, oks. L'Escala) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1255 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 808 nəfər (15-64 yaş) arasında 551 nəfər iqtisadi fəal, 257 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) idi. Fəal 551 nəfərdən 497 nəfəri (254 kişi və 243 qadın), 54 nəfəri işsiz (19 kişi və 35 qadın) idi.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Salpa (Anadolu)
Salpuva və Salpa — təxminən e.ə. XVIII əsrdə Anadoluda tunc dövrünə aid şəhər. Onun yeri hələ müəyyən edilməmişdir. Şəhər haqqında məlumat əsasən het mənbələrindən məlumdur. Tarixçilər 2020-ci ildə apardıqları arxeoloji tədqiqatlardan sonra şəhərin Tavr dağlarının cənubundakı Qarasu çayının vadisində yerləşən Tilmən Höyük olduğuna inanırlar. История Древнего Востока: Тексты и док.: Учеб. пособие для студентов вузов… / Под ред. В. И. Кузищина. — М. Высш. шк., 2002.