Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kimpo qətliamı
Kimpo qətliamı (kor. 김포살인) - Cənubi Koreyanın şimal qərbində yerləşən Kyonqido əyalətinə daxil olan Kimpo şəhərində 1971-ci ilin 18 yanvar tarixində baş vermiş qətliam hadisəsi. Olay Cənubi Koreya ordusunun dəniz piyadaları korpusunun serjantı Kyunq-yul-Kinq (kor. 공경렬) tərəfindən gerçəkləşdirilib. Kyunq-yul-Kinq intihar etməzdən əvvəl Kimpo şəhərində rastına çıxan 6 nəfəri öldürmüş, 4 nəfəri isə yaralamışdır. Hadisə baş verən gecə Kyunq-yul-Kinq içki üstündə digər serjant həmkarları ilə dava edib və hərbi bazada iki əl qumbarası partladıb. Daha sonra yaxınlıqdakı kəndə qaçaraq, M16 silahı ilə rastına çıxan iki əsgəri və dörd kənd sakinini güllələyib. Hadisə nəticəsində digər dörd kənd sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra ərazidəki dağa qaçan dəniz piyadaları korpusunun serjantı Kyunq-yul-Kinq orada özünə atəş açaraq intihar etmişdir.
Eto Şimpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Futabatey Şimey
Futabatey Şimey (二葉亭 四迷, 28 fevral 1864, Kappazaka[d] – 10 may 1909, Benqal körfəzi) və ya əsl adı ilə Haseqava Tatsunosuke – Yaponiya yazıçısı və tərcüməçisi. İvan Turgenev və digər rus realistlərinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Yapon ədəbiyyatının ilk müasir romanı olan "Ukiqumo" (azərb. "Uçan bulud"‎, 1887) romanının müəllifi olmuşdur. == Həyatı və karyerası == 1864-cü ildə Yaponiyanın Tokio şəhərində samuaray ailəsində doğulmuşdur. Atası Haseqava Yoşikazu təhsil alması üçün onu Naqoya şəhərinə göndərmişdir. Atasının Şizuoka prefekturasının idarəçiliyinə təyin olunması səbəbilə ailə Matsue şəhərinə köçmüş və Futabatey burada Soçoşa məktəbinə daxil olmuşdur. 1897-cu ildə isə Tokioya köçmüşdür. O, 1881–1885-ci illərdə Tokio Xarici Dillər Məktəbində rusiyaşünaslıq üzrə təhsil almışdır. Futabateyin maddi problemləri olduğu üçün 1889-cu ilin iyulunda dövlət nəşrləri ofisindəki vəzifə təklifini qəbul etməli olmuşdur.