Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Splitter
Splitter – yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş qurğu. Bu qurğudan ictimai telekommunikasiya şəbəkələrində istifadə olunur. ADSL-Splitter qurğusu, bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə heç bir maneçilik törətmir. Beləliklə istifadəçi rahatlıqla bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. ADSL-Splitter qurğusu səs siqnallarının tezliyini (0,3 – 3,4 kilo hers) və ADSL-modemin tezliyini (26 kilo hers – 1,4 meqa hers) bir-birindən ayırır. Bunun nəticəsində iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Bu qurğu adətən ağ plastmas maddədən hazırlanır. Yığcamlıq nəzərə alındığına görə bu növ qurğular çox yüngül və praktik olurlar. ADSL-Splitter qurğusu 3 əsas yuvadan ibarətdir.
Soliter
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Sliver
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Sviter
Sviter- toxunma vasitəsilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
Alp İlitver
Alp İlitver (ya da İlteber). == Ümumi məlumat == Bu tarixi personaj ilk dəfə Musa Kalankatlının "Ağvan tarixi" əsərində 626-cı illə bağlı keçir. Bu ildə Cebu xaqan (Orxan) Ərməniyyəyə yürüş edir. Bu yürüşdə, knyaz mənşəyinə görə şad adlandırılan "qana susamış qartal balası" iştirak edir. Öz adı Bolu idi ki buna ’’şad’’(xaqanın oğlu, şahzadə) titulu əlavə edilirdi. Onun adı Bizans imperatoru İraklinin adı ilə, onun farslarla müharibələrində yan yana keçir. Şad titulunu Bolu/Bulan, bütün ehtimallara görə, 631-ci ildə atasının ölümünə və hunların Aşina nəslindən olan xəzər xaqanlarına tabe olmasına qədər daşımışdır. Bu vaxtdan hunlar xəzərlərin federatları olurlar, onların başçısı isə "elteber" titulunu daşımağa başladı. Amerikan türkoloqu D. B. Qoldenə görə, bu titulu xəzərlər vassal hun xanlarına verirdilər. , çinlilərdə onun analoqu "şe-li-fa" ya da "xsie-li-fa".
Slitere Milli Parkı
Slitere Milli Parkı (latış. Slīteres nacionālais parks‎) — Latviyanın qərb sahillərində, Kurzeme vilayəti, Talsin rayonu ərazisində yerləşən milli park. 1910-cu ildə Riqa təbiət sevərləri Rusiya imperiyası torpaq idarəçiliyi və kənd təsərrüfatı idarəsinə Mirisa adasında qoruğun təşkili üçün müraciət edir. Bunun üçün icazə alınır. Nəticədə Usmas gölündə yerləşən Morisa adasında qoruq təşkil edilir. Qoruğun sahəsi 80 ha təşkil edir. Bu qoruq Latviyanıın və SSRİ-nin ən yaşlı qoruğu olur. Latviyanın ikinci qoruğu isə 1921-ci ildə təşkil edilən və sahəsi 717 ha ərazini əhatə edən, Dunqada şəhəri yaxınlığında yerləşən «Zalie kalni» (Yaşıl təpələr) qoruğu olur. Sonradan Talsin rayonu ərazisində yerləşən «Zalie Kalni» qoruğu yerində sahəsi 15 060 ha olan «Slitere» qoruğu təşkil edilir. Bu qoruq ondan ölçü baxımınndan kiçik olan «Morissala» (o zamnki sahəsi 818 ha) və «Qrini» (sahəsi 1076 ha) qoruqlarının idarəçiliyinə tabe etdirilir.
Spitzer Kosmik Teleskopu
Spitzer Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.
Osqud-Şlatter xəstəliyi
Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.