Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Head & Shoulders
Head & Shoulders (azərb. Baş və çiyinlər‎)—Procter & Gamble şirkətinə daxil olan, 1961-ci ildə yaradılmış şampun markası. == Tarixi == Procter & Gamble laboratoriyalarında 1950-ci ildən etibarən yeni anti-kəpək şampunun hazırlanması üzərində iş gedirdi. Araşdırmaçıların 10 ilə yaxın müddət ərzində apardıqları araşdırmaların sonunda tərkibində (ing. Zinc pyrithione) maddəsi olan şampun hazırlandı.Laboratoriyalarda mütəxəssislər tərəfindən qarşıya qoyulan əsas məqsəd saçlarda kəpəyə qarşı effektiv ingreditentli şampun markası yaratmaq idi. XX əsrin ortalarında ABŞ-də aparılan rəy sorğuları zamanı kişilərin 65% qədərinin kəpək və buna bənzər problemlərdən əziyyət çəkdiyini göstərmişdi. Hazırlanan yeni məhsul ilk dəfə olaraq mavi-yaşıl şampun formulu adı altında 1961-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarında satışa çıxarıldı. Zamanla çeşitləri və dizaynı dəyişən şampun markası istehlakçılar tərəfindən böyük marağa səbəb oldu. Bazara çıxandan bir necə ay sonra 1961-ci ilin sonlarında adı Head & Shoulders formasında dəyişdirildi. Bu dəyişikliyin ardından isə şampun markasının köhnə rəngləri olan mavi-yaşıl rəng kombinatsiyası daha şəffaf olan ağ rənglə əvəzləndi.
Boulder Kolorado Universiteti
Boulder Kolorado Universiteti (ing. University of Colorado Boulder) — Amerika Birləşmiş Ştatlarıda yerləşən ali təhsil müəssisəsi.
Yan Arnost Smoler
Yan Arnost Smoler (y.sorb Jan Arnošt Smoler, alm. Johann Ernst Schmaler‎; 3 mart 1816 – 13 iyun 1884, Bautzen, Saksoniya) — sorb filoloqu və yazıçısı. 19-cu əsrdə sorbların milli intibah dövrünün ən mühüm nümayəndələrindən biri olmuşdur. Yan Arnost Smoler 1816-cı ildə Sorbianın Prussiya hissəsində, Hoyersverdadan uzaq olmayan Luço kəndində anadan olmuşdur. Atası Korla Yan Smoler Loza kəndində xidmət edən protestant müəllim idi. Yan Smoler Lozada ibtidai məktəbdə oxuyub. 1827-ci ildə Smoler Bautzen Gimnaziyasına daxil olur. 1836-cı ildə gimnaziyanı bitirdikdən sonra Breslau Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş və 1840-cı ilə qədər burada oxumuş. 1840–1845-ci illərdə şair Çelakovskinin rəhbərliyi altında oxuduğu slavyan dilçiliyi və ədəbiyyatı ilə maraqlanmışdır. Artıq gimnaziyada Smoler digər tələbələrlə Sorb dilini öyrəndiyi bir dərnəyi təşkil edirdi.
Qustav fon Şmoller
Qustav fon Şmoller (alm. Gustav von Schmoller‎; 24 iyun 1838[…], Heilbron[d], Ştutqart[d] – 27 iyun 1917) — Almaniya iqtisadçısı, tarixçisi. Yeni tarix məktəbinin rəhbəri Q.Şmoller alman iqtisadçısı və tarixçisi, Almaniyanın dövlət və ictimai xadimi, Qall, Strasburq və Berlin Universitetlərinin professoru olmuşdur. Şmollerin başlıca əsəri "Xalq təsərrüfatı haqqında ümumi təlimin əsasları" (1900-1904-cü illər) rus dilində tərcüməsi "Xalq təsərrüfatı, xalq təsərrüfatı haqqında elm və onun metodları: təsərrüfat, qayda-qanun və hüquq, əmək bölgüsü" Şmoller tarix məktəbinin ideyalarına əsaslanaraq iqtisadi təzahürlərə təsviri, empirik yanaşmaya və faktiki materialın toplanmasına üstünlük verərək elmi abstraksiyaların rolunu inkar edirdi. Şmollerin rəyincə iqtisadçılar kifayət qədər faktiki material toplaya bilmədikləri üçün yalnız bir neçə yarım həqiqət və mübahisəli ümumiləşdirmə irəli sürə bilmişlər. Onlar həmçinin israr edirdilər ki, müasir iqtisad elmi iqtisadi təzahürlərin "Empiriya", "İncə təcrübi öyrənmə" mərhələsindədir. Yalnız çox illər keçdikdən sonra, material yığdıqca təcrübi məlumatların izahının ali səmərəli dövrü gələ bilər. Şmoller hesab edirdi ki, iqtisadi nəzəriyyənin yaranmasından əvvəl konkret-tarixi tədqiqat aparılmalıdır, beləki, yalnız dərindən, genetik yanaşma sosial təzahürlərin səbəb bağlılıqlarını müəyyən etməyə imkan verir. Şmoller israr edirdi ki, iqtisad elmində tədqiqat obyekti təsərrüfat subyektlərinin niyyətləri, texnikanın inkişaf səviyyəsi, yanaşı fəaliyyət göstərən sosial institutların xarakteri, təbiət və başqa şərtlərdir, belə ki, iqtisadi subyektlərin hərəkəti müxtəlif amillərin qarşılıqlı təsirinin nəticəsidir. Şmollerin fikrincə, siyasi iqtisada psixologiya, sosiologiya, coğrafiya və s.