Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Snail Mail
Snail Mail (16 iyun 1999, Ellikot-Siti[d], Merilend) — amerikalı müğənni-bəstəkar Lindsi Cordanın indi-rok solo layihəsi. Cordan ilk dəfə Snail Mail kimi 15 yaşında olarkən canlı çıxış edib və 2016-cı ildə buraxdığı ilk mini albomu Habit ilə diqqətləri üzərinə çəkib. Matador Records ilə bağladığı müqavilədən sonra o, 2018-ci ildə debüt studiya albomu Lush ilə tənqidi bəyənmələr qazandı. Snail Mail-in ikinci studiya albomu Valentine 2021-ci ildə işıq üzü gördü. == Həyatı == Lindsi Erin Cordan, ABŞ-nin Merilend ştatının Ellikott Siti şəhərində, Baltimor dairəsində böyüyüb. Onun anası alt paltarı mağazasının sahibi, atası isə dərslik nəşriyyatında işləyir. Cordan Roma-Katolik tərbiyəsi almışdır. O, gitara çalmağa 5 yaşında başlayıb və yeniyetmə ikən pank səhnəsi onu valeh edib. Cordan 8 yaşında Paramore-u Riot! turunda canlı izlədi.
Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
Chevrolet Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
Nail Abakarov
Nail Müzəffər oğlu Abakarov (24 iyul 2001, Kazan – 2 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nail Abbaslı
Nail Adil oğlu Abbaslı (10 fevral 1997, Qarabaldır, Oğuz rayonu – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. == Həyatı == Nail Abbaslı 1997-ci il fevralın 10-da Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. == Hərbi xidməti == Nail Abbaslı 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" == Həyatı == Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Nail Nabiulla
Nail Nabiulla və ya Nail Nabiullin (tatarca:Наил Нәбиуллин; 27 iyun 1989, Nurlat, Tatarıstan MSSR) — tatar milli hərəkatı mənsubu olan aktivist. == Həyatı == Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Rusiya Sosialist Federativ Respublikasının Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nurlat şəhərində 1989-cu ilin 27 iyununda dünyaya gəlmişdir. Nail 2010-cu ilindən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. Aktivistliklə yanaşı yazıçılıqla da məşğul olan Nail Nabiulla "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün təşkilatçısıdır. == Həmçinin bax == Göy Börü == İstinadlar == == Xarici keçidlər == Tatar Zamanı: "Наил Нәбиуллин: Хизб ет-тәхрир Татарстанга каршы эшли һәм алар белән башкача бәйләнмим". Kazandakı milli aktivistlər mühakimə edilir. Nail Nabiullin: Tatar dilini dəstəkləmək üçün aclıq aksiyasına başlamağa hazıram. 2013-cü ilin ən təsirli şəxsləri:Azadlıq oxuyucuları görüşü Ana dilim üçün Arxivləşdirilib 2021-02-09 at the Wayback Machine z001.kz - Rusiyadakı türklərin Qazaxıstanın yardımına ehtiyyacı var.
Nail Orucov
Nail Rəfail oğlu Orucov (11 iyun 1978, Astara rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nail Orucov 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2016-ci ildə ehtiyata buraxıldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Orucov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nail İbrahimli
Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Murovdağın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın dəhlizi və Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir. Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Həyatı == Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.
Nail Əliyev
Əliyev Nail Arif oğlu (7 iyun 1965, Naxçıvan) — şərqşünas, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Nail Əliyev 7 iyun 1965-ci ildə Naxçıvan şəhərində ziyallı ailəsində anadan olub. Atası Əliyev Arif Əli oğlu filalogiya üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Respublikası əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsinin dekanı, ADİA- kafedra müdiri vəzifəsində çalışıb. Anası Əhmədova Zemfira Əsgər qızı 1967-2020-ci il (53 il) Naxçıvan Dövlət Universitetinin baş müəlliməsi vəzifəsində çalışıb. İlk təhsilini Naxçıvan şəhəri 3 saylı orta məktəbində bitirdikdən sonra 1983-1989 cu illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili bölməsində təhsili alıb. 1983-1985 ci illərdə Groznı şəhərində Sovet ordusunda hərbi xidmətdə olub. 1993-1997 ci illərdə Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr fakultəsini bitirib. Nail Əliyev daha gənc yaşlarından tarixçi babası,pedaqoq,ictimai-siyasi xadim, Naxçıvan Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Əli ibrahim oğlu Əliyevdən hər zaman həvəslənmiş və tarixə maraq göstərmişdir. AMEA-nın Milli Munasibətlər İnstitunda elmi işci, Naxcıvan MR Nazirlər Kabinetinin Xarici İqtisadi əlaqələr şöbəsində, Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin valyuta-maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan jurnalistlər birliyinin üzvüdür.
Nail Ələkbərov
Nail Ələkbərov (azərb. Nail Nadir oğlu Ələkbərov; d.1979, Bakı‎) — rəssam. == Haqqında == Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olmuşdur. Rəssam Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmiş (1998), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır (2004). O, Fransanın Limoj şəhərindəki École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır. == Yaradıcılığı == === Yeddi gözəl === Nail Ələkbərov "Yarat" Müasir İncəsənət Məkanı layihəsində iştirak edərək, Azərbaycan xalqının tarixi keçmişini, ənənələrini özündə əks etdirən "Yeddi gözəl" əsərini yaratmış və təqdim etmişdir. "Yeddi gözəl" Bakının mərkəzində - İçərişəhərdə ucaldılmışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir. === Seçilmiş fərdi sərgilər: === 2012 - MAPRA qalereyası. 2011 - La Biennale de Lyon - resonance - MAPRA qalereyası.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(1910, Ula-2008, Muğla)—Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. == Həyatı == 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Anais
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi. Plutarxın sözlərinə görə, Erezdəki Anahit məbədi qədimliyinə və zənginliyinə görə digərlərindən fərqlənirdi.
Email
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Enlil
Enlil — Şumer-Akkad mifologiyasında baş tanrı. == Ümumi məlumat == Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə malik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi. Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gilqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən tanrı imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Gmail
Gmail (tələffüz: ci-meyl) — Google şirkətinindən e-poçt xidməti. POP3S interfeysi ilə işləyir. 2008-ci ildə hər istifadəçiyə, öz məktublarını saxlamaq üçün, 10 GB yaddaş verilib və bu rəqəm 1 aprel 2005-ci ildən bəri artmaqdadır. Gmail 2004-ci il 1 aprel tarixində fəaliyətə başlayıb. Əvəlcə Gmail-i istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazım idi. Amma indi hər kəs Gmail xidmətindən faydalana bilər. Gmail xüsusi web interfeysə sahibdir və bu onun istifadəsini xeyli asandlaşdırır. Gmail istifadəçiləri Gtalk Instant Messenging servisindən də faydalana bilər. Gmail-in istifadəçi interfeysi Azərbaycan dilinə tərcümə olunub.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli malumata görə,- yaşayış mantəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Onsil
Onsil (lat. Leopardus tigrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoq­rafik, struktur, dinamik, genetik və b.
Sevil
Sevil — qadın adı. Sevil Əliyeva — Sevil Nuriyeva —ƏsərlərSevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera.FilmlərSevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film.DigərSevil (ansambl) — musiqi qrupu.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
İncil
İncil (ərəb. إنجيل‎; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Müasir əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur. == İncil kanonu == İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı. Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.