SARILMAQ

f.
1. Bir şeyin ətrafına, dövrəsinə dolanmaq, dövrələnmək.
Gülab ilə sığallanır, sulanır; Baş qoyur, sarılır qulağa zülfün. M.P.Vaqif.
[Xanımın] çəhrayı arxalıq sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış ( f.sif. ) incə belində düymələnmişdi. Çəmənzəminli.

2. Bükülmək. Parça kağıza sarılıb.
– Tüfəng yağlı bir əsgiyə sarılıb küncdə qoyulmuşdu. M.Rzaquluzadə.

3. məc. Bir-birini qucaqlamaq, qucaqlaşmaq.
Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı.
Ana-qız bir-birlərinə sarıldılar. S.Rəhman.

4. məc. Bir şeydən bərk-bərk yapışmaq, böyük həvəslə, şövqlə bir şeyə girişmək.
Bu varlığınla sarıl zəhmət ilə biliyə; Başın dönsün günəşə, qolların bir çəliyə. A.Şaiq.
Deyirlər sarılıb diləklərinə; Zəhmətə məftunsan bir aşıq kimi. M.Müşfiq.

□ Qələmə sarılmaq – yazmağa, yazıçılığa, mühərrirliyə başlamaq.
Nurcabbarın ürəyi dolu idi və ürəyini boşaltmaq üçün qələmə sarılmaqdan savayı əncam görmürdü… İ.Məlikzadə.

◊ Silaha (qılınca) sarılmaq – silahla silahlanmaq, qılıncla silahlanmaq, əlinə silah (qılınc) götürmək, silahdan (qılıncdan) yapışmaq.
Bu gün silaha sarılaraq [inqilab] mübarizəsinə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil. M.S.Ordubadi.
[Elçin:] Ağvan cəngavəri on səkkiz yaşından qılınca sarılır. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARILMAQ sarılmaq bax sarmaşmaq 1
  • SARILMAQ dolanmaq — sarmaşmaq — qucaqlamaq
SARILMA
SARIMA

Digər lüğətlərdə

водяна́я ку́хта Лу́жица разве́дываться хо́лодно электроэнерге́тика красноречи́вость миролю́бие мы́шка прелюбоде́йка сюрреа́льный табуни́ться каливо счастье хаз doesn't dust-bin flos ferri nobility paralyse thallus сгорать специалист упаковать цветочек