SOVURMAQ

f.
1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək.
Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. S.Rəhimov.
…Döyülən taxılı sovururdular. Ə.Əbülhəsən.

2. Havaya qaldırmaq, səpələmək, dağıtmaq.
Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur. A.Səhhət.
Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.

3. məc. Hədər yerə, boş-boşuna xərcləmək, puç etmək; israfçılıq etmək.
4. məc. Yağdırmaq, demək.
[Qorxmaz Dönməzə:] Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. C.Cabbarlı.
[Rauf:] Evi [vaxtında] boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş. H.Cavid.

◊ Yelə sovurmaq – heç eləmək, puça çıxartmaq.
[Atabala:] …Çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq.

Külünü göyə (ərşə) sovurmaq – bax sovurmaq.
[Nizami:] Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOVURMAQ yelləmək — eşələmək — səpələmək — yaymaq
  • SOVURMAQ xərcləmək — işlətmək
  • SOVURMAQ dağıtmaq — töküşdürmək
SOVURMA
SOVURUCU

Digər lüğətlərdə

балдахи́нный бойфре́нд мульти... нерво́з поцелова́ться уго́дливо федосе́евец де́ло с концом древонасажде́ние дре́йфить протри́ глаза! пятёрка рентгенодиагно́стика ущемлённый чурба́шка занатрина block off evacuable force down philanthropize sculp seedless stanch запоминающий эпицикл