Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Oğuz Boyları
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Qazax boyları
Juz— (Qazaxca: жуз jüz جٷز, həmçinin "ordu" və "yüz (sayı) deməkdir). Dəşt-i Qıpçaq bölgəsindəki üç əsas qazax icmasının nəzarət etdiyi ərazilər adlanır. Bu ərazilərin əksəriyyəti indiki Qazaxıstanın sərhədlərini əhatə edir. Böyük Juz (Qazaxca: Ұлы жүз / Ulı jüz / ۇلى جٷز) və ya Uysun ordası. Cənubi və Cənub-Şərqi Qazaxıstan, şimal-qərb Çin (Sincan) və Özbəkistan hissələrini əhatə edir. Orta Juz (Qazaxca: Орта жүз / Orta jüz / ورتا جٷز) və ya Argın ordası. Mərkəzi və Şərqi Qazaxıstanı əhatə edən 6 qəbilədən ibarətdir. Kiçik Juz (Qazaxca: Кіші жүз / Kişi jüz / كٸشٸ جٷز)) və ya Alşin ordusu Qərbi Qazaxıstanı əhatə edən üç tayfadan ibarətdir. Qazax Juzlarının xatırlandığı ilk mənbə XVII əsrə aiddir. Velyaminov Ezernova (1919) görə, juzun yaranmasının səbəbi Daşkənd, Türküstan və Sayram kimi vacib şəhərlərin ələ keçirilməsi idi.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Ləzgi soylar
Ləzgi soyu yada Sixel (ləzg. сихил — "цӀи хел" yani "eyni qandan gələnlər") bir ulu babadan gələn vəya qan qohumluğu ilə bir-birinə bağlı olan, bir neçə ailədən ibarət olan Ləzgi soyu. Hər Ləzgi soyun dağlarda bütün sixel üzvlərin əslən olduğu bir kəndi var. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba — Axmedov yerinə Kiri, Stal Süleyman — Xasanbekov yerinə Stalari, Ştul Muhamməd — Ramazanov yerinə Ştulari. === Xızan === Xizan, Xzan — ailə, bir evin adamları. Bəzən özlərini "са цІаюн ксар", yəni eyni atəşin adamları adlandırırdılar. Bu, ləzgilərin atəşə zəruri olduğu kifayət qədər soyuq iqlim şəraitində yaşaması və hələ də yaşamağa davam etməsi ilə əlaqədardır. Ləzgi ailəsi üçün "сабур" – dözümlülük, səbirlilik, "иман" – dindarlıq, salehlik, "дуьзвал" – təvazökarlıq, ciddilik, ədalət kimi keyfiyyətlər önəmlidir.
Azərbaycan xəbər saytları
Azərbaycan xəbər saytlarının siyahısı — Azərbaycanda və ya həm də Azərbaycanca fəaliyyət göstərən xəbər saytlarının siyahısı.
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Soyadı Qanunu (Türkiyə)
Soyad Qanunu (türk. Soyadı Kanunu) — hər bir Türk vətəndaşı üçün soyad daşımaq məcburiyyətini qoyan 2525 saylı qanundur. İsveçrədən alınaraq hazırlanan qanun 21 iyun 1934-cü ildə qəbul edilərək, 2 iyul 1934-cü ildə rəsmi qəzetdə dərc edilmişdir. Qanun 2 yanvar 1935-ci ildə qüvvəyə minib. Bu qanun qəbul edildikdən sonra soyadları, Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsinin ayrılmaz hissəsinə çevrilib. Soyadı Qanununun qəbulu sosial sahədə gerçəkləşdirilmiş Atatürk islahatlarından biridir. Qanunun məqsədi, bu vaxta qədər soyad əvəzinə dini, sosial və ailə adlarının yaratdığı müsbət və ya mənfi ayrı-seçkiliyi, məktəb qeydiyyatı, işə qəbul, əgər xidmət, alqı-satqı işlərindəki qarışıqlığı aradan qaldırmaq idi. Bu qanunun davamı olaraq 26 noyabr çıxarılan 2590 saylı qanunla "ağa", "hacı", "hafiz", "hoca", "usta", "bəy əfəndi", "xanım", "paşa" "həzrət" kimi ad və ləqəblərin istifadəsi qadağan edildi. Qanuna görə deyərkən və yazarkən ad öndə soyad sonda istifadə edilməlidir. Ədəbə zidd və gülünc soyadların, qəbilələrin, yad irqlərin və millətlərin adlarını, rütbə və vəzifəni göstərən soyadları soyad kimi götürməyə icazə verilmir.
Azərbaycanda bloklanan xəbər saytları
Azərbaycan xəbər saytlarının siyahısı — Azərbaycanda və ya həm də Azərbaycanca fəaliyyət göstərən xəbər saytlarının siyahısı.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Darvinin şeytanı
Darvinin şeytanı - əgər təkamül heç nə ilə məhdudlaşmasaydı, uyğunlaşmanın bütün aspektlərini maksimum istifadə edən və eyni vaxtda mövcud olan hipotetik orqanizm haqqında fikir eksperimentidir. Belə orqanizmlər doğuşdan dərhal sonra istənilən yerdə və istənilən zaman cütləşmək üçün yoldaş tapa və nəsillərini sonsuz dəfə artıra bilərdilər. “Bizə sadəcə mutasiyalar arasında birini ötürərək və digərlərinin yolunu bağlayaraq seçim edə bilən şeytanı çağırmaq qalır. (Maksvell etdiyi kimi)”. Bu cür orqanizmlərin mövcud olmamasına baxmayaraq bioloqlar, müxtəlif növlərin inkişaf tarixindəki həyat strategiyalarını anlamaq üçün, orqanizmlərin ətraf mühitə adaptasiya olması üçün kompromisslərə getdiklərini göstərmək üçün Darvinin şeytanından fikir eksperimentlərində istifadə edirlər... Darvinin şeytanı təkamül nəzəriyyəsinin banisi olan ingilis təbiətşünas Çarlz Darvinin şərəfinə adlandırılıb. Fikir eksperimenti və Darvin şeytanının konsepsiyası 1963-cü ildə amerikalı biokimyaçı, elm populyarlaşdırıcısı və fantastik yazıçı Ayzek Azimov tərəfindən - “Yüksəklikdən görüntü” əsərində təklif edilmişdi. Eksperiment üçün ad məşhur Maksvell iblisinə bənzətmə yolu ilə seçilmişdi.: “Belə şeytan həqiqətən də mövcuddur, amma mən bildiyim qədər, ona bu adı təkcə mən vermişəm və Maksvell şeytanına bənzətmişəm. Onu kəşf edən isə ingilis təbiətşünas Çarlz Robert Darvindir və buna görə də biz onu “Darvinin şeytanı” adlandıracayıq. Darvin özü isə ona təbii seçim adı vermişdi”.
Dəniz şeytanı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Laplasın şeytanı
Laplas şeytanı — Pyer Simon Laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. Laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir: "Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik.
Maksvell şeytanı
Maksvellin Cini (ya da Maksvellin Şeytanı), İsveç fizii James Clerk Maxwellin termodinamikanın ikinci qanununun həqiqiliyini yoxlamaq üçün 1867-ci ildə ortaya atmış olduğu "nəzəri eksperiment"dir == Sınaq == Maxwell bu qanunu sınamaq üçün, aralarındakı qapı istisna olmaq şərti ilə, bir-birindən tamamilə təcrid olunmuş olan A və B otaqlarını fərz edir. Bu otaqların hər ikisi eyni növ qaz ilə doldurulmuşdur və qazın istiliyi hər iki otaqda da, eyni dərəcədədir. Termodinamikanın ikinci qanununa görə, aradakı qapını istədiyiniz qədər açıq-bağlasaq da, eyni istilikdə olan otaqların arasında bir istilik axını olmayacaqdır. Maxwell, qapının başında duran ağıllı bir "cin" fərz edir. Bu cin, hər iki tərəfdəki qaz molekullarına da nəzarət etməyi bacarır. A otağından qapı istiqamətində orta sürətdən daha yüksək bir sürət ilə gələn molekul görəndə, qapını açır və molekulun B otağına keçməsinə şərait yaradır. Oxşar şəkildə, B otağından da, orta sürətdən aşağı sürətdə hərəkət edən bir molekul görəndə həmin molekulun da, A otağına keçməsinə şərait yaradır. Beləliklə, bir müddət sonra B otağındakı molekulların orta sürəti artanda, A otağında olan molekulların orta sürəti azalır. Orta sürət də, istilik deməkdir. Beləliklə də, A otağının istiliyi aşağı düşür və bu da termodinamikanın ikinci qanunu ilə tərs mütənasibdir.
Typhlodromus povtari
Typhlodromus povtari (lat. Typhlodromus povtari) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus povtari Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şuştari (Bicar)
Şuştari (fars. شوشتري‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Karlos Salinas de Qortari
Karlos Salinas de Qortari (isp. Carlos Salinas de Gortari; 3 aprel 1948, Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1988-ci ildən 30 noyabr 1994-cü ilə qədər Meksika Prezidenti. == Həyatı == Karlos Salinas 3 aprel 1948-ci ildə Mexikoda anadan olmuşdur. O, 1969-cu ildə Meksika Milli Muxtar Universitetini iqtisadiyyat ixtisası üzrə bitirmişdir. O, Harvard Con F. Kennedi Dövlət İdarəçilik İnstitutu və Harvard İncəsənət və Elmlər İnstitutunda 1973-cü ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi, 1976-cı ildə magistr dərəcəsi və 1978-ci ildə siyasi iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Meksikaya qayıtdıqdan sonra alma-materində professor olmuşdur. Tələbəlik illərindən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmasına baxmayaraq, Migel de la Madridin prezidentliyi dövründə 1982–1987-ci illərdə xidmət etdiyi Planlaşdırma və Büdcə Bürosunun katibi təyin olunana qədər rəsmi olaraq İPP təmsilçisi deyildi. 6 iyul 1988-ci ildə keçirilən prezident seçkilərində 50,7 səs toplayaraq qalib gəlmişdir. Rəsmi nəticələrin açıqlanması etirazlara səbəb olmuşdur. O, prezidenliyi dövründə neoliberal islahatlar həyata keçirmişdir.