Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suqala
Suqala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 12 iyul, 1949-cu ilədək rəsmən Mahmudlu adlanırdı, həmin tarixdən etibarən adı dəyişdirilərək rəsmi olaraq Kariani adlanır.
Quahl
Quahl — yeni nəsil ödəniş sistemi və rəqəmsal pul yaratmaq üçün vasitə. İsrailli sahibkar Saar Uilf tərəfindən təsis edilmişdir. Quahl-ın qurulmasındakı məqsəd kağız pulları əvəz etmək yox, yeni ödəniş sistemi yaratmaqdır. Quahl kriptovalyuta olmamasına baxmayaraq, mərkəzdən asılı olmayan pul komissiyası tərəfindən idarə olunur.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Portsmouth Square
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Squalus cuvier
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Squalus longimanus
Carcharhinus longimanus (lat. Carcharhinus longimanus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinin karxarin cinsinə aid heyvan növü.
Squalus maou

Square Enix
Square Enix — bir Yapon videooyun firmasıdır. Şirkət Dragon Quest, Final Fantasy kimi məşhur RPG janrlı oyunları ilə tanınınır. Baş ofis binası Tokiodadır. Adını iki ayrı şirkət olan Square Co. və Enix Co. dan aldı. 1 aprel 2003 tarixində iki şirkət birləşərək Square Enix'i meydana gətirdi. Square Enix şirkətinin 80% hissəsi köhnə adıyla Square şirkətinə məxsusdur. Şirkətin ən uğurlu addımı Eidos şirkətini alaraq etdi. Aralarında Hitman və Tomb Raider kimi məşhur oyunların olduğu bir çox oyunun prodüser firması Eidos adını dəyişdirərək Square Enix Avropa oldu.
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Skull & Bones
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Small Basic
Small Basic – BASIC proqramlaşdırma dilinin Microsoft şirkəti tərəfindən sadələşdirilmiş variantı. Proqramlaşdırmanı yeni öyrənməyə başlayanlar, ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. İlk versiyası 2008-ci ilin oktyabrında təqdim olunub. Dilinin özünün yalnız 14 açar sözü var və çox sadə istifadəçi interfeysinə malikdir. Microsoft Small Basic öz ideyasını Loqo dilindən götürmüş Turtle qrafik kitabxanası ilə təchiz edilib. Məsələn, İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 787 s.
Şandun sualı
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir. Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.
Erməni sualı
Erməni məsələsi — 1878-ci ildə Berlin konqresindən sonra Osmanlı imperiyasında ermənilərə necə münasibət göstərilməsi ilə bağlı müzakirələr. Bu termin diplomatik dairələr arasında və populyar mətbuatda adi hala çevrilmişdir. Konkret olaraq, erməni məsələsi ermənilərin qonşu icmalardan müdafiəsi və azadlıqlarına aid edilir. Erməni məsələsi 40 illik erməni–Osmanlı tarixini 1877–1914-cü illər arasında Britaniya, Almaniya və Rusiyanın siyasəti kontekstində izah edir. 1915-ci ildə Osmanlı hökumətinə nəzarət edən İttihad və Tərəqqi Komitəsinin rəhbərliyi Erməni soyqırımında əksər erməniləri qətlə yetirərək və imperiyadan qovaraq erməni məsələsinə həmişəlik son qoymaq qərarına gəlmişdir. == Zəmin == Fransa inqilabından sonra XIX əsrdən etibarən Osmanlı imperiyasında da qlobal miqyasda milliyətçilik hərəkatları meydana çıxmış və regionda sabitliyi pozmuşdur. Əvvəlcə yunanlar, ardınca albanlar və ərəblər böyük dövlətlərin köməyi ilə üsyana qalxmış, hər biri öz milli dövlətlərini qurmağı hədəfləmişdilər. Bu dövrdə yunanlar, serblər, bolqarlar və digər qeyri-müsəlman qruplar müstəqillik əldə etmişdilər. Orada Avropanın böyük dövlətləri ən azı 1870-ci illərdən bəri Osmanlı erməniləri kimi etnik qrupların manipulyasiyası da daxil olmaqla, qənimətləri istismar etmək üçün strategiya qurmuşdular. Buna baxmayaraq, xristian əhali arasında ermənilər heç bir regionda çoxluq təşkil etmədikləri üçün müstəqillik əldə edə bilməmişdilər.
Square Enix Avropa
Eidos Interactive (deyilişi /ˈaɪdɒs/, eye-dos) – mərkəzi ofisi İngiltərədə yerləşən, oyun yaradan və nəşr edən şirkət. Hal-hazırda Square Enix şirkətinin tərkib hissəsidir. Eidos – həmçinin həyat bloklarının genetik koduna, Aristotel tərəfindən qoyulan addır. Eidos Interactive – in ABŞ, Kanada, Almaniya, Fransa, Avstraliya və Yaponiya da filialları vardır. Eidos 22 aprel 2009-cu ildə rəsmən Square Enix şirkətinin bir hissəsi olub. Square Enix Avropa filialının yenidən təşkilatlanmasından sonra Eidos Interactive yeni yaradılacaq Square Enix Europe adı altında birləşdiriləcəkdir. Sonradan Eidos-un ana şirkətinə çevrilən Eidos plc 1990-cı ildə təsis edilmişdir və Acorn Archimedes kompyuterləri üçün video sıxılması və nizamsız montaj üzrə ixtisaslanmışdır. Şirkət London fond birjasında dövr edirdi. Səhmlərin kəskin yüksəlişindən və hüquqlara dair suallardan sonra şirkət oyun sektorunda bir sıra böyük udmalar etdi. Nəticədə 1995-ci ildə Domark Group Limited (Domark), Simis və Big Red Software kimi videooyun şirkətləri Eidos tərkibinə salındı.
Square Enix Europe

Skull and Bones
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Small Planet Airlines
«Small Planet Airlines» — Litvaya məsxus olan çarter reysləri həyata keçirən avia şirkət. Şirkətin mənzil qərargahı Litvanın Vilnüs şəhərində yerləşir. Şirkət Litva, Polşa və İtaliyada fəaliyyət göstərmək üçün sertifikatlaa sahibdir. Onun müştəriləri arasında Nova Turas, Horizon Travel, Viking Hellas, Aeroservizi, TUI AG, Orbis Travel, Tez Tour, Chapman Freeborn, Newmarket Holidays və digər şirkətlər vardır.. Şirkət 2008-ci ildə təsis edilmişdir. Şirkətin 2017-ci ilə olan məlumata görə donanmasına 21 təyyarə daxildir. Small Planet Airines şirkətinin təyyarələri Vilnüs, Varşava, Kotavise və Milanın (Malpensa) hava limanlarında təyyarələri vardır. 2011-ci ilin aprel ayında Small Planet Airlines şirkəti iki A320 əldə etdi və beləliklə Polşada A320 əldə edən ilk qeydiyyatdan keçmiş ilk hava yolu şirkəti oldu. Aparıcı tur operatorları üçün tam bir nizam proqramı (AOC, yerli ekipaj, təyyarədə fərdi sərnişin xidməti); Təyyarə ilə fərdi rənglənmə imkanı olan aviaşirkətlər üçün ekipajlı (ACMI) təyyarə icarəsi; Müştərinin sifarişi ilə qısa müddətli çarter uçuşları Bu günə qədər şirkətin Litva (Small Planet Airlines UAB), Polşa (Small Planet Airlines Sp. z o.o.) və İtaliya (Small Planet Airlines s.r.l.) ərazisində fəaliyyət göstərən hava daşıyıcısı sertifikatları var.
Squat (idman hərəkəti)
Squat (çöməlmə) — əsasən ayaq və obma əzələlərini inkişaf etdirən idman hərəkəti. Squatı doğru şəkildə etmək üçün aşağıdakılara fikir vermək lazımdır: Topuqlar çiyin genişliyində saxlanılmalı, dizlər qarşıya baxmalıdır.
Qall turşusu
Qall turşusu (lat. galla — mürəkkəb fındığı) – 3, 4, 5-trioksibenzoy turşusu, C7H6O5—üzvi birləşmə. Adi şəraitdə bir molekul su ilə kristalhidrat əmələ gətirir. Rəngsiz, havada saxlandıqda isə rəngi get-gedə qonurlaşan, iynəvarı kristal maddədir. Spirtdə və qaynar suda yaxşı, soyuq suda pis həll olur, xloroformda və benzolda həll olmur. 240°S-də parçalanmaqla əriyir, dəmir 3-xloridlə göy-qara mürəkkəb əmələ gatirir . Çay yarpağında, palıd qabığında, aşı maddəli ekstraktlarda var. Tannin maddəsinin qələvi ilə və ya fermentativ hidrolizindən alınır. Qall turşusu analitik kimyada (Sb, Bi, Pb, Cu, Mo, Ag və bir çox başqa elementin, habelə NO2-nin təyin edilməsində), bəzi boya maddələrinin (antraqallol, qallosianin və s.) sintezində, mikroskopiyada, elektrokimyəvi analiz üsullarından istifadə etdikdə (depolyarizator kimi) işlədilir.
Sual-cavab
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir. Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn: - Kimsiniz, hara gedirsiniz? - Elçiyik, Sultanın yanına gedirik. - Bu zənən xaylağı da elçidir? - O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə) Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur. İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
Trebonian Qall
Qay Vibi Trebonian Qall (lat. Gaius Vibius Trebonianus Gallus), Roma tarixşünaslığında daha çox Trebonian Qall kimi tanınır (206, Peruca – avqust 253, Terni, Umbriya) — 251–253-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Trebonian Qall qədim etrusk ailəsindən gəlirdi. O, mperator Desi Trayanın hakimiyyətinin sonunda Myoziya vilayətlərindən birinin mirasçısı kimi xidmət etmişdir. Qall bu vəzifədə ikən qotlara qarşı müharibədə iştirak etmişdir. Desi Abritt döyüşündə həlak olduqdan sonra Trebonian ordu tərəfindən imperator elan edilmişdir. O, qotlarla sülh bağlamış, lakin onlar tezliklə bunu pozmuşdular. Bundan əlavə, onun hakimiyyəti şərqdə Sasani dövləti ilə müharibə ilə yadda qalmışdır. 253-cü ildə qotları məğlub edən sərkərdə Mark Emili Emilian özünü imperator elan edərək üsyan qaldırmış, qoşunları ilə birlikdə İnteramnaya çatmışdır. Qallın döyüş üçün böyük bir ordu toplamağa vaxtı yox idi.
Qall müharibələri
Qall müharibələri (lat. Bellum Gallicum) — Roma Respublikasının qall tayfaları ilə e.ə. 58–50-ci illərdə bir neçə mərhələdə davam edən qarşıdurması. Müharibələr sonuncuların fəthi ilə başa çatdırmışdır. Yerli tayfaların dəvəti ilə Qalliyaya daxil olan Qay Yuli Sezar onların bütün torpaqlarını tədricən özünə tabe etmiş, bir sıra azadlıq üsyanlarını, o cümlədən e.ə. 52-ci ildə qalların ümumi üsynanı yatırtmışdır. Bundan başqa, o, cəza, fəth və nümayiş məqsədləri ilə iki dəfə Germaniya və Britaniyaya yürüşlər etmişdir. Daim qalların üstün qüvvələri ilə qarşılaşan Sezar dəfələrlə taktiki fəndlərdən və hiylələrdən, mürəkkəb mühəndis quruluşlarından istifadə etmiş, müharibənin kulminasiya əməliyyatında – Aleziyanın mühasirəsində şəhərin müdafiəçilərini və onların köməyinə gələn əlavə qüvvələri eyni zamanda məğlub etmişdir. Müharibə nəticəsində bir neçə milyon insanın yaşadığı 500 min kvadrat kilometr ərazi Roma Respublikasına birləşdirilmişdir. Qələbələri sayəsində Sezar Romada populyarlıq qazanmış və böyük sərvət toplayaraq e.ə.
Qall dili
Qall dili — Kelt dillərinə daxil dillərdən biri olub, əsasən Qalliya ərazisində işlədilmişdir. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisinin romalı köçkünlərlə qaynayıb-qarışması nəticəsində müvafiq olaraq qall-Roma və qall-ispan xalqları əmələ gəlmişdir.
Şüalı sovka
Şüalı şam
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Şüalə (1994)
Uşaqlar üçün nəzərdə tutulmuş nağılabənzər rəvayət filmi zülməti dağıdan günəş şüaları haqqındadır. Burada xeyrin şər üzərində qələbəsi, gözəllik, təmiz duyğu və səmimi insan münasibətləri tərənnüm olunur. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Applikasiya filmidir. Ssenari müəllifi : Tahir Piriyev Quruluşçu rejissor : Tahir Piriyev Quruluşçu rəssam : Tahir Piriyev Fon rəssamı : Hüseyn Cavid İsmayılov Quruluşçu Animator : Rauf Dadaşov Quruluşçu operator : Antonina Korotnitskaya Bəstəkar : Aydın Əzim Kərimoğlu Film müdiri : Aydın Abdullayev Multiplikasiya rəssamı : Firəngiz Quliyeva, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Dilarə Balaxanova, Ruhsanə Topçuyeva (Ruhsanə Topçiyeva kimi), Solmaz Hüseynova, Tamilla Əsgərova, Lalə Məmmədova, Əli Əliyev, Qalina Moldavantseva, Alyona Dontsova, Cəvahir Quliyeva Assistent və Köməkçi : Ruziyyə Şabanova, Antonina Korotnitskaya, İlhamə Muxtarova, Səbinə Əliyeva, Lalə Əsgərova, Gülsənəm Teymurova, Gülşən Qocayeva, Şəlalə Musayeva Musiqi tərtibatçısı : İsmayıl Dadaşov Səs operatoru : Teymur Abdullayev Çalır : Rafiq Babayevin Ansamblı İnzibatçı : Çingiz Əliyev Rəng quraşdırıcısı : Əminə Cəfərova Montaj edən : Nisə Hacıyeva Redaktor : Svetlana İsmayılova "Azərkinovideo" İB Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Şüalə (film, 1994)