Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Squeak
Squeak — Smalltalk-80 proqramlaşdırma dilinin ən dinamik inkişaf edən, çarpaz-paltformalı (Windows, Linux, Macintosh), obyekt-yönlü reallaşmalarından biri. 1996-cı ildə Den İnqalls və Alan Key tərəfindən işlənib hazırlanıb. Hazırda istənilən istifadə üçün tamamilə ödənişsiz yayımlanır. Bundan başqa, Squeak dilinin ilkin kodu da tamamilə açıqdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 808 s.
Squeaky Wheel
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Suzak
Suzak ( qırğ. Сузак ; özb. Suzoq / Сузоқ ) — Qırğızıstanın Cəlal-Abad vilayətində kənd. 2021-ci ildə onun əhalisi 30,534 nəfər olmuşdur Suzak rayonunun Suzak rayonunun inzibati mərkəzidir. Suzak kəndinin ilk adı Yevgeni Şuylerin 1875-ci il tarixli“ Buxara, Xivə, Kokand xanlıqlarının və Rusiya Türküstanının bir hissəsinin xəritəsi” xəritəsindən məlumdur.Bundan əlavə, Suzakda “Hamıya qarşı” seçici fəallığı anormal dərəcədə yüksəkdir. Bununla belə, ən anormalı həm Kara-Suu, həm də Suzakın nəticələridir. Bu rayonlar şəhər deyil, əksər kənd yerləri olmaqla Qırğızıstan-Özbəkistan sərhədində yerləşir. Bu ərazilərdə əhəmiyyətli əhali, geniş yayılmış ali təhsil və ya hər hansı görkəmli rus əhalisi olmadığından belə görünür ki, “müəyyən edilmiş izahedici model bu iki sahədə baş verənləri tam izah edə bilmir. Demoqrafik xüsusiyyətlər əvəzinə, Kara-Suu və Suzakdakı insanların niyə belə yüksək sayda “hamıya qarşı” səs verdiyini anlamaq üçün yaxın siyasi tarixi nəzərə almalıyıq”.
Callista aquea
Dendrobium aqueum (lat. Dendrobium aqueum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Rişi Sunak
Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı[d]) — Britaniya dövlət və siyasət xadimi. 25 oktyabr 2022-ci ildən Birləşmiş Krallığın baş naziri, 24 oktyabr 2022-ci ildən Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri. Britaniya tarixində Hindistan əsilli ilk baş nazir olmuşdur. Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər. Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır. O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.
Sudak (şəhər)
Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər. Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir. Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır. Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar. Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir.
Sulak çayı
Sulak (türk. "bataqlıq"; 20-ci əsrə qədər Göysu) — Dağıstanda çay. Sulak çayı aşağı axarında dəniz səviyəsindən - 28 metr aşağı olduğuna görə bura bataqlıqlar və qamışlıqlardan ibarətdir. Əksər türk dillərində isə bataqlıqla yanaşı sulak sözü də işlənir. Uzunluğu 169 km.(336 km Andi Göysu ilə), hövzəsinin sahəsi 15 200 kv.km. Avar Göysu ilə Andi Göysunun qarışmasından yaranır. Əvvəlcə, dərinliyi 700–1500 m. olan, baş Sulak kanyonuyla, sonra Axetli dərəsində, Çirkey genişlənməsində və Kiçik Sulak kanyonunda, sonra gehiş vadiylə axır və Xəzər dənizinə axdığı yerdə delta yaradır. Qidalanması, buzlaq suyu üstünlüyü ilə, qarışıqdır. Maksimumu iyun -iyulda olmaqla apreldən sentyabra qədər daşqınlar üstünlük təşkil edir.
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
Speak Now
Speak Now — amerikalı müğənni Teylor Sviftin üçüncü studiya albomu. 25 oktyabr 2010-cu ildə Big Machine Records tərəfindən buraxılıb.
Squat (idman hərəkəti)
Squat (çöməlmə) — əsasən ayaq və obma əzələlərini inkişaf etdirən idman hərəkəti. Squatı doğru şəkildə etmək üçün aşağıdakılara fikir vermək lazımdır: Topuqlar çiyin genişliyində saxlanılmalı, dizlər qarşıya baxmalıdır.
Suğdak yürüşü
Suğdak yürüşü — Anadolu Səlcuqlu qüvvətləri tərəfindən Qara dənizin şimal sahillərinə təşkil edilən dəniz və quru yürüşüdür. Monqolların Qıpçak ölkəsini işğal etmələrindən (1223) sonra, Qara dəniz ticarət yolunun təhlükəsizliyi sarsıldı. Digər tərəfdən, Trabzon Rum imperiyasının hakimiyyəti altındakı Suğdakın rum hakimləri də cənubdan gələn tacirlərin hücumlara məruz qalmasına göz yumduqlarında, Anadolu ilə Krım arasında ticarətin həcmi xeyli dərəcədə azaldı. Ticarət əlaqələri baxımından Qara dəniz yolunun açıq tutulmasına önəm verən Anadolu Səlcuqlu hökmdarı I Əlaəddin Keyqubad Sinopda qurdurduğu tərzanədə güclü donanma hazırlatdıqdan sonra Kastamonu uc bəyi əmir Hüsamətdin Çobana Sudak yürüşünə çıxmağı əmr etdi (1224) 20 min əsgər və yeni yaradılmış ilk Səlcuqlu donanması iilə Qara dənizə çıxan Hüsamətdin Çoban Krım sahillərinə çıxaraq, mühasirəyə aldığı Suğdakı rumlardan aldı. Rus-Qıpçaq birləşmiş ordusunun etdiyi hücumları da dəf edib, bütün bölgəni Anadolu Səlcuqlu dövlətinə birləşdirdi. Sudakı bölgənin mərkəzi edən Çoban şəhərə əsgərlər yerləşdirdikdən sonra geri döndü. Səlcuqluların bölgədəki hakimiyyəti buraların 1239-cu ildə monqollar ətərfindən ələ keçirilməsinə qədər davam etdi. Monqollar, qıpçaqları dilləri və mədəniyyətləri ilə oxşarlıqlarına işarə edərək onları tərk etməyə inandırdıqdan sonra Alanları məğlub etdilər. Buna baxmayaraq, qıpçaqlar sonradan məğlub oldular. Xan Kötenin rəhbərliyi altında qıpçaqlar Kiyevin Böyük Knyazlığına (Ruteniyalılar) qaçdılar, burada qıpçaqların bir neçə evlilik əlaqəsi oldu, bunlardan biri də Qalisiyanın Köten'in kürəkəni Mstislav Mstislaviç idi.Rutenlilər və qıpçaqlar monqollara qarşı ittifaq qurdular və onları tapmaq üçün Dneprdə görüşdülər.
Şuyak adası
Suyak adası (ing. Shuyak Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Afoqnak adasının şimalında (ondan ensiz Şuyak boğazı ilə ayrılır) yerləşir. Kuk körfəzi Stivenson keçidi Şuyakı Barren adalarını şimaldan ayırır. Adaya ilk dəfə 1785-ci ildə rus səyyahı Qriqori Şelixov tərəfindən ad verilmişdir. Adanın sahəsi 168,3 km²-dir. 2000-ci il siyahıyaalınmasına əsasən, əhalisi 4 nəfərdir. Ərazinin böyük hissəsini Şuyak adası Dövlət Parkı tutur. Adanın iqtisadiyyatı turizmə əsaslanır.