Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. == Adı və soyadı == Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
"Stalin" mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940—1954-cı illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : « Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində» — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibəti ilə qərar.. «Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində» — 1 fevral 1940 -cı il tarixli qərar..Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == «Сталинские премии: две стороны одной медали»: Сб. документов и художественно-публицистических материалов / Сост. В. Ф. Свиньин, К. А. Осеев.
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir.İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Stalin mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940—1954-cı illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : « Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində» — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibəti ilə qərar.. «Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində» — 1 fevral 1940 -cı il tarixli qərar..Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == «Сталинские премии: две стороны одной медали»: Сб. документов и художественно-публицистических материалов / Сост. В. Ф. Свиньин, К. А. Осеев.
Stalin repressiyaları
Stalin repressiyaları — SSRİ-də Stalin dövründə (1927–1953) həyata keçirilən kütləvi siyasi repressiyalardır. "Böyük təmizləmə" dövrü adlanan kütləvi repressiyalar, N. İ. Yejovun NKVD rəhbəri vəzifəsinə təyin edilməsi ilə başladı. Yejov tərəfindən 1937-ci ilin iyulunda SSRİ NKVD-nin 00447 nömrəli əmrinin nəşri edildi. Bu müddət 1938-ci ilin sentyabr-noyabr aylarında N. İ. Yejovun himayəsində olan şəxslərin NKVD-də, polisdə və s.-də genişmiqyaslı həbsləri və onun Lavrenti Beriyanın NKVD-nin rəhbəri kimi əvəzlənməsi ilə başa çatdı. SSRİ Xalq Komissarları Sovetinin və Kommunist Partiyası Mərkəzi Komitəsinin 17 noyabr 1938-ci il tarixli qərarı ilə NKVD-nin və prokurorluğun hər hansı kütləvi həbs və köçürmə əməliyyatları həyata keçirməsi qadağan edildi, SSRİ NKVD-nin xüsusi əmrləri ilə yaradılmış məhkəmə üçlükləri ləğv edildi və s. 1991-ci ildə tarixçi V. N. Zemskov "Sotsis" jurnalında diqqətlə öyrənilmiş arxivlərin məlumatlarını dərc etdi: ümumilikdə 1921-ci ildən 1954-cü il fevralın 1-dək 3.777.380 nəfər əks-inqilabi cinayətlərə görə, düşərgələrdə və həbsxanalarda bir müddət saxlanmağa məhkum edilmiş, 642.980 nəfər güllələnmə cəzasına məruz qalmışdır. SSRİ DTK-nın sədri V. A. Kryuçkov siyasi repressiyaların statistikasını göstərirdi: o, 1930–1953-cü illər üçün SSRİ DTK-da qeydiyyat haqqında məlumatlara dəfələrlə istinad etdi. — 3.778.234 siyasi məhbus, onlardan 786.098-i ölüm cəzasına məhkum edilib. == İdeoloji əsaslandırılması == Stalin repressiyalarının rəsmi ideoloji əsası — "sosializm quruculuğu başa çatdıqda sinfi mübarizənin kəskinləşməsi" konsepsiyası 1928-ci ilin iyulunda Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Stalin tərəfindən formalaşdırıldı. 1938-ci ildən 1956-cı ilə qədər yenidən çap edilmiş "Sov.
Stalin repressiyası
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Vasili Stalin
Vasili İosifoviç Stalin (Cuqaşvili) (24 mart 1921, Moskva – 19 mart 1962, Kazan; gürc. ვასილი იოსების სტალინი (ჯუღაშვილი), rus. Василий Иосифович Сталин (Джугашвили)) — Sovet hərbi təyyarəçisi. General-leytenant (1949). İosif Stalinin kiçik oğlu. == Hərbi rütbələri == Polkovnik (1942) General-mayor (1946) General-leytenant (1949) == İstinadlar == == Xarici keçidlər == Василий Сталин на сайте «Авиаторы Второй мировой». Василий Сталин на сайте «Красные соколы». Киевский телеграф. «Она не бросила сына вождя». Фото В.И. Сталина на сайте «Полки и самолёты».
İosif Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. == Adı və soyadı == Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Stalin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. == İdeyanın əsası == 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.
Aleksandra Stan
Alexandra Stan (10 iyun 1989, Konstansa) — rumın müğənni. == Həyatı == Alexandra Ioana Stan ( İyun 1989 10 il təvəllüdlü) Rumın ifaçısı , model və bəstəkardır. O, debüt tək buraxmışdır , yalnız , Rumıniya sayı on səkkiz çatmışdır olan mərhum 2009-cu ildə "Lollipop ( Param Pam Pam )" , . Onun ikinci bir azad , "Mr.Saxobeat " , az bir il daha 10,000,000 nüsxə satış və otuz Yeni Zelandiya və Birləşmiş Krallıq kimi ölkələrdə , və üst 10 ildə ilk beşliyə çatan , onun dünyada sıçrayış hit oldu Avstraliya, plus Kanada və Amerika Birləşmiş Ştatları top 30 . Avqust 2011-ci ildə onun debüt albomu azad , Saxobeats başlıqlı . Rapper Carlprit featuring, " 1,000,000 " "Geri Al" və : albom daha iki single spawned . Iyun 2012-ci 4-də o, onun debüt albomu Saxobeats yenidən azad aparıcı vahid kimi " Limonade " azad . Mahnı əsas nizamnamə İtaliya və Çin Gold Certified idi . Stan sonra 27 sentyabr 2012 " Limonade " üçün təqib kimi , və yenidən azad olan ikinci sinql kimi " Cliche ( Hush Hush )" buraxmışdır. Mahnı chart bilmədi.
Sain (Nir)
Sain (fars. سايين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (50 ailə).
Azərbaycanda Stalin repressiyaları
Azərbaycanda Stalin repressiyaları — 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən ad. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi. Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq XDİK tərəfindən həyata keçirilən 1937–1938-ci illərdə baş tutmuş Böyük təmizləmə və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mircəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi. Onun adı sovet ədəbiyyatında adətən 1930-cu illərdə baş vermiş kütləvi repressiyalarla bağlı mövzularda çəkilirdi, çünki bir qayda olaraq 1937–1938-ci illərdə respublikada baş vermiş repressiyaların aparıcı təşəbbüskarı məhz o özü idi. Yenidənqurma dövrü və ondan sonra yazılan ədəbiyyatlarda Bağırovun olmuş hadisələrdə nə dərəcədə məsuliyyət daşıması ilə bağlı aydın fikirlər hələ də öz əksini tapmayıb. İsveçli politoloq Svante Kornel onu "azərbaycanlı Stalin", sovet-rus filosofu və tarixçi Dmitri Furmanov isə onu "azərbaycanlı Beriya" adlandırırdı. == Repressiyalara qədər baş verən hadisələr == Repressiyaların kökü Stalinin hakimiyyətə keçərək ölkəni təkbaşına idarə etməyə başlaması dövrünə gedir. İnsanları trotskiçiliklə, millətçiliklə, ziyankarlıqla, casusluqla və digər ittihamlarla günahlandırmaqlarının səbəbi mürəkkəb partiya mühiti və XX əsrin birinci yarısında baş verən siyasi, sosial, iqtisadi çətinliklər idi.
Batumi Stalin Muzeyi
Batumi Stalin Muzeyi Gürcüstanın Batumi şəhərində yerləşir. Muzey İosif Stalinin 1901-1902-ci illərdə Batumi şəhərində apardığı təbliğat işlərinin xatirəsini anmaq məqsədilə fəaliyyət göstərirdi. 2013-cü ildə az saylı ziyarət üzündən bağlanmışdır.
Stalin (Trotskinin kitabı)
Stalin (rus. Сталин) — 1938-1940-cı illərdə Lev Trotski tərəfindən yazılmış İosif Stalinin ikicildlik tərcümeyi-halı. İkinci cild müəllifin qətlinə görə tamamlanmadı. Nəşr ABŞ-nin İkinci Dünya Müharibəsinə daxil olması səbəbindən nəşriyyat tərəfindən təxirə salındı, kitab Soyuq müharibə başlayandan sonra işıq üzü gördü. Kitabda açıq-aşkar antistalinist yönüm var: sovet lideri bir sıra cinayətlər, o cümlədən Vladimir Leninin zəhərlənməsini törətməkdə ittiham olunur. Kitab bir çox dillərə tərcümə edilmişdir; ilk dəfə 1990-cı ildə SSRİ-də nəşr olunmuş və bestsellerə çevrilmişdir. == Yaranma tarixi == Ömrünün Meksikada keçirdiyi son bir neçə ilində Lev Trotski əsasən Sovet lideri İosif Stalin haqqında böyük əsər hazırlamaqla məşğul idi. Keçmiş Xalq Komissarının bu tərcümeyi-halının yaradılmasına 15 ildən çox vaxt həsr edilib. O, “xırda əyalət bolşevik funksionerinin” Sovet Rusiyasının “totalitar diktatoru”na çevrilməsi və “özünün həqiqətən də qeyri-məhdud hakimiyyəti təmin etməsi” haqqında sənədlər və materiallar toplamışdır. Sovet Rusiyası və "özünü həqiqətən qeyri-məhdud bir güc təmin edir".
Stalin (film, 2006)
"Stalin" filmi — 2006-cı ildə çəkilmiş Teluqu filmidir. == Məzmun == Stalinin həyatda yeganə missiyası hamıya kömək etməkdir. O, Hindistan Ordusunda mayordur. Lakin, sonra yerini polkovnik-leytenant İqbal Kakara təslim etdi. Stalin Sumati adlı fiziki qüsurlu bir qıza yardım edir. Lakin, Sumatiyə yuxarıdan aşağı baxdıqlarına görə o, intihar edir. Stalin bundan çox təsirlənir. Elə macəralar da bundan sonra başlayır. Mövzu, hər kəsin başqalarına kömək etməsi lazım olduğunu və bunun müqabilində sadəcə bir şükür axtarmamalı, kömək alanlara daha üç nəfər kömək etmələrini söyləmələri lazım olan bir şərtlə, onlardan kömək alanların da eyni şeyi tələb etməsi prinsipi ilə işləyir. . Stalin bu zəncirin insanlar arasında köməkçi davranış inkişaf etdirəcəyini düşünür, lakin təəssüf ki, zəncirin işə yaramadığını görür.
Stalin rayonu (Bakı)
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
İosif Stalin Muzeyi
İosif Stalin Muzeyi — Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin anadan olduğu Qori şəhərində onun xatirəsinə tikilən tarixi muzeydir. Muzey Sovet dövründəki xüsusiyyətlərini hələ də qoruyub saxlayır. == Haqqında == Muzey şəhərin mərkəzi meydanında yerləşir və üç hissədən ibarətdir. Muzeyin açılışı 1957-ci ildə baş tutmuşdur. Sovet İttifaqının dağılması ərəfəsində, 1989-cu ildə muzey bağlansa da, sonra yenidən açılmışdır. Muzey Gürcüstanın populyar turizm məkanlarındandır. 2010-cu ilin iyun ayında Qori Mərkəzi Meydanında yerləşən Stalinin heykəli də muzeyə köçürülmüşdür. === Stalinin evi === Stalinin anadan olduğu və ilk dörd ilini keçirdiyi kiçik taxta daxma da muzeydə qorunur. Daxmanın birinci mərtəbəsində iki otaq yerləşir. Stalinin ayaqqabı ustası olan atası Vissarion Cuqaşvili binanın sol tərəfində yerləşən otağı icarəyə götürmüş və zirzəmisini emalatxanaya çevirmişdir.
İosif Stalin tankı
İosif Stalin Tankı (IS tank)- SSRİ dövründə buraxılan tank. İosif Stalin tankı (və ya IS olaraq da bilinən Joseph Stalin tankı), II Dünya müharibəsi dövründə SSRİ tərəfindən 1943-cü ilin sentyabr ayından istifadə edilmiş ağır sinifli tank olaraq yaradılmışdır və ilk dəfə olaraq Kursk müharibəsində istifadə edilmişdir. Ayrıca olaraq JS və ya ИС tankları kimi də tanınırlar. Almanların 88 mm-lik ağır toplarının atəşinə dözə biləcək və almanların Tiger və Panther tanklarını məhv edə biləcək şəkildə yaradılmışdır. Bu tanka ümumilikdə ən ön cəbhələrdə almanlar ilə mübarizə aparmaq və almanların möhkəmləndirilmiş səngərlərini yarmaq və almanların müdafiəsinin daxillərinə girmək vəzifəsi verilmişdir. 1944-cü ilin aprel ayından xidmətə qəbul edilmiş olan IS-2 tankları da, Qızıl Ordu tərəfindən Berlin müharibəsində qoçbaşı kimi (yəni ki, öndə) istifadə edilmişdir. Zireh qalınlığı: IS-2 Model 1944: Gövdə öndə: 100 mm 60° bucaq altında Aşağı səth: 30° bucaq altında 100 mm Tank qülləsi ön: 100 mm (yuvarlatılmış) Mantle: 155 mm (yuvarlatılmış) Kort: 90–130 mm 9-25 ° Tank qülləsi tərəfi: 20° bucaq altında 90 mm. Zirehi: 30–120 mm Əsas silahı:122 mm-lik çapa malik olan D25-T topları (IS-7 tanklarında: 130mm-lik çapa malik olan C-70 topları) Digər silahları: 2 x DT , 1x DShK pulemyotları Motor: 12-silindir dizel model V-2 600 hp (at gücü) (450 kW (kilowatt)) == Dizaynı və istehsalı == KV və IS-1 KV seriyalı tankların həddindən artıq çox ləng olması və T-34 tankları ilə eyni topa sahib olmalarına baxmayaraq T-34 tanklarına rəğmən daha zəif olmaları SSRİ rəhbərliyini narahat edirdi. 1942-ci ildə bu problemi həll etmək məqsədi ilə qismən daha yüngül və daha sürətli olan KV-1S tankları yaradıldı. KV seriyalı tanklar müharibə meydanlarında çox da böyük uğurlara nail ola bilmirdilər və T-34 tankları ilə müqayisədə daha bahalı tanklar idilər.
İosif Vessarianoviç Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. == Adı və soyadı == Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
İosif Vissarionoviç Stalin

Stalin abidəsi (Şovi)
Stalin abidəsi — Gürcüstanın Şovi kəndində Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinə həsr olunmuş gümüş heykəl. Əsərdə kresloda oturan Stalin fiquru Odessada tikilmiş digər Stalin heykəlinə bənzəyir. Bu gün Gürcüstanda Stalinin nadir heykəllərindən biridir.
Generalissimus SSSR Stalin ordeni
SSRİ Generalissimusu Stalin ordeni (rus. Орден Генералиссимус СССР Сталин) — 1953-cü ildə Stalinin vəfatından dərhal sonra onun şərəfinə yaradılması nəzərdə tutulan, lakin SSRİ-nin yeni rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi yeni siyasət və şəxsiyyətə pərəstiş kultunu tənqidə məruz qoymasından sonra layihələndirilməsi dayandırılan orden. Cəmi 4 nümunəsi hazırlanmışdır ki, onlarda da qiymətli metallardan istifadə edilməmişdir. Layihəyə görə ordenin qızıl və platindən hazırlanması nəzərdə tutulmuşdu. Ordenin bir nümunəsi 2007-ci ildə Nyu-Yorkda təşkil olunan hərracda 67,5 min dollara satılmışdır.
SSRİ Generalissimusu Stalin (orden)

Çeçeni̇stan Milli Kitabxanası
Çeçeni̇stan Milli Kitabxanası — 1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir. 1939-cu ildən respublika ərazisində çap olunan nəşrlərdən (2 nüsxə) məcburi nüsxələr almağa başlayır. Müharibə illərində kitabxana 35 min nüsxə ədəbiyyatı hərbi hissələr vermişdir. 1944-cü ildə Muxtar Respublika ləğv edildikdən sonra kitabxana A.P.Çexov adına Qroznı vilayət kitabxanasına çevrilir. 1990-cı illərin əvvələrində kitabxananın fondu 2,6 milyon nüsxədən çox olmuşdur.Respublikada gedən hərbi əməliyyatlar zamanı kitabxananın binası və fondu məhv edilmişdir. 2000-ci ildə kitabxana bərpa olunur və 2003-cü ildə fondu 15 min nüsxəyə çatmişdır.
1-ci dərəcəli "Stalin" mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940—1954-cı illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : « Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində» — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibəti ilə qərar.. «Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində» — 1 fevral 1940 -cı il tarixli qərar..Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == «Сталинские премии: две стороны одной медали»: Сб. документов и художественно-публицистических материалов / Сост. В. Ф. Свиньин, К. А. Осеев.
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alyaskanın satın alışı

Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) - Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Rinqo Starın diskoqrafiyası
Bu məqalədə 1960-cı illərin Britaniya rok-qrupu olan "The Beatles"ın barabançısı Rinqo Starın diskoqrafiyası təqdim olunub. 1970-ci ilin yazında qrup dağılıb və Rinqo Star özünün solo karyerasına başlayıb.
Ostan
Ostin
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur.Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018). 1920-ci ilə qədər şəhərin Polşa və Çex hissələri birlikdə Teşin şəhərini təşkil edirdi.
Sitrin
Sitrin — sarı rəngli kvars, qiymətli daş. == Sitrinin min bir sirri == Sitrin termini mineral aləmə 1747-ci ildə Valerius tərəfindən daxil edilib. Sitrin limon rəngli mineraldır. Sitrin-işıq rəmzi, əhval ruhiyyənin simvoludur. Bu şəffaf daş sizə çox eleqant görkəm verər və hər geyim növü ilə sizi iştirak etdiyiniz hər hansı bir ziyafətin şahanəsi edər. Sitrin soyuq brilliantdan fərqli olaraq insana bir sakitlik və əminlik bəxş edir. Sitrin daşın bir çox qəribə xüsusiyyətləri, möcüzələri də var: Gəlin ən əsasını xatırladaq. Qədim Romada natiqlər ən hörmətli, izzətli insanlar sayılırdı. Onlara orator deyirdilər. Nitqində defekt olan insanlar ağızlarına xırdaca daşı götürüb uzun müddət dəniz kənarında məşq edərdilər.
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı.DigərSayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.