Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb.
Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.