Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Megan Thee Stallion
Meqan Covon Rut Pit (ing. Megan Jovon Ruth Pete; 15 fevral 1995, San Antonio) — əsasən Megan Thee Stallion ləqəbi ilə tanınan amerikalı müğənni.
Tallison
Tallison Auqusto Tavareş Diaz qısaca Tallison (1 dekabr, 1991, Kampo Aleqre, Alaqoas) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun braziliyalı sol cinah müdafiəçisi.
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Gallion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Stadion
Stadion və ya futbol meydançası - kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu. Stadionun tərkibinə əsas meydança və tamaşaçılar üçün tribunalar, qaçış yolları, yüngül atletika sahələri, idman oyunları və gimnastika yarışları keçirmək üçün xüsusi meydança və salonlar, yardımçı qurğular daxildir. İlk stadionlar Qədim Yunanıstanın Olimpiya, Afina və s. şəhərlərində tikilmişdir. Rio-de-Janeyrodakı Marakana stadionu dünyada ən böyük stadiondur. Örtülü stadionlar da tikilir. 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb. Tikintini Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkəti aparacaq. Olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Riçard Stallman
Riçard Mettyu Stallman (ing. Richard Matthew Stallman, 16 mart 1953, Manhetten, Nyu-York ştatı) — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Mettyu Stollman (Richard Matthew Stallman) 16 mart 1953-cü ildə Amerika Birləşmiş Ştatları, Nyu-York şəhərində anadan olmuşdur. Amerikalı proqramçı, azad proqram təminatı hərəkatının banisi, haker, müəllif hüququnun əksi olan "Copyleft" nəzəriyyəsinin banisi Riçard Mettyu Stollman 1985-ci ilin oktyabr ayında Azad Proqram Təminatı Fondunun (Free Software Foundation) əsasını qoymuşdur. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Silvestr Stallone
Silvestr Qardensio Stallone (ing. Silvestr Stallone; 6 iyul 1946[…], Hells Kitçen[d], Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ aktyoru və filmmeykeri. Rokki və Rembo rollarının ifaçısıdır. O, 1977-ci ildə ekranlara çıxan "Rokki" filmindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib. 2016-cı ildə ekranlaşdırılan "Krid" filmində Robert "Rokki" Balboa obrazını yenidən canlandırıb. Bu ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Silvestr Stallone 1946-cı il iyul ayının 6-sı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən Manhetten borosundakı Hells Kitçen məhəlləsində anadan olub. Onun atası ABŞ-yə köçmüş italiyalı immiqrant Frenk-Stallone-böyük (ing. Frank Stallone, Sr., 1919–2011) bərbər vəzifəsində çalışmış, anası Jaklin Stallone (Jaklin Leybofiş) isə əslən Ukrayna yəhudisi olan astroloq, rəqqas və boks təbliğatçısı olmuşdur. Anasının doğuşu ağır keçmiş və həkimlər yanlışlıqla Stallonenin sinirlərini zədələmişdir.
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Nef Stadion
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Panatinaikos (stadion)
Panatinaikos stadionu— 1896-ci ildə ilk müasir Olimpiya Oyunlarının keçirildiyi Afinada yüngül atletika və bir çox başqa yarışlar üçün istifadə olunan çoxməqsədli stadiondur. Qədim Yunan stadionun qalıqlarından yenidən bərpa olunmuş Panatinaikos dünyada yeganə böyük stadiondur ki, tikilməsində bütünlüklə ağ mərmərdən istifadə olunmuşdur və bu stadion dünyanın ən qədim stadionlarından biridir. Qədim dövrlərdə stadionun yerləşdiyi ərazi İlahə Afinanın şərəfinə Panatinaikos Oyunlarının atletika növünü keçirmək üçün istifadə olunurdu. Həmin vaxtlarda stadionda taxta oturacaqlar var idi. E.ə 329-cu ildə stadion arxont Lycurgus tərəfindən mərmərlə yenidən tikilib, bundan 140 il sonra İrodun Atticus tərəfindən stadion yenidən qurulmuş və genişləndirilmişdir. Nəticədə, stadionda oturacaqların sayı 50000-ə çatmışdır. Olimpiya Oyunlarının yenidən dirçəlməsi üçün Evangelis Zappasın vasaiti hesabına qədim tikilinin qalıqları qazılıb çıxarılaraq təmir olunub. Zappas 1870-1875-ci illərdə baş tutmuş olimpiadalara sponsurluq etmişdir. 1895-ci ildə stadion xeyriyyəçi Corc Averoffun maliyyə yardımı ilə 1896-cı il Olimpiya Oyunlarına görə ikinci dəfə təmir olunub. Giriş qapısında indinin özündə də orda qalan mərmər sütünlar memarlar Anastasios Metaksas və Ernst Zillerin konstruksiyaların əsasında hazırlanmışdır.
Station F
Station F Parisin 13-cü rayonunda yerləşən startaplar üçün biznes inkubatordur. Dünyanın ən böyük startap obyekti kimi tanınır. Əvvəllər la Halle Freyssinet kimi tanınan keçmiş dəmir yolu malları anbarında yerləşir (buna görə də F stansiyasında "F"). 34,000 m2 (370,000 kv fut) obyekt 2017-ci ilin iyun ayında Prezident Emmanuel Makron tərəfindən rəsmi olaraq açılıb və 1000-ə qədər başlanğıc və ilkin mərhələdə şirkətlər, həmçinin Facebook, Microsoft və Naver kimi korporativ tərəfdaşlar üçün ofis yaşayış yeri təmin edir. Stansiya F sahibkarlara yönəlmiş startap proqramları üçün bir sıra tərəfdaşlıqlara malikdir. Partnyorlara Google, Ubisoft və Zendesk daxildir. Kampus Avropanın ən yaxşı biznes məktəbi olan HEC Paris kimi müxtəlif məktəblərin tərəfdaşıdır.
Stalin mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində" — 1 fevral 1940 -cı il tarixli qərar.. Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. SSRİ İosif Stalin Mükafat "Сталинские премии: две стороны одной медали": Сб. документов и художественно-публицистических материалов / Сост.
Stalin repressiyaları
Stalin repressiyaları — SSRİ-də Stalin dövründə (1927–1953) həyata keçirilən kütləvi siyasi repressiyalardır. "Böyük təmizləmə" dövrü adlanan kütləvi repressiyalar, N. İ. Yejovun NKVD rəhbəri vəzifəsinə təyin edilməsi ilə başladı. Yejov tərəfindən 1937-ci ilin iyulunda SSRİ NKVD-nin 00447 nömrəli əmrinin nəşri edildi. Bu müddət 1938-ci ilin sentyabr-noyabr aylarında N. İ. Yejovun himayəsində olan şəxslərin NKVD-də, polisdə və s.-də genişmiqyaslı həbsləri və onun Lavrenti Beriyanın NKVD-nin rəhbəri kimi əvəzlənməsi ilə başa çatdı. SSRİ Xalq Komissarları Sovetinin və Kommunist Partiyası Mərkəzi Komitəsinin 17 noyabr 1938-ci il tarixli qərarı ilə NKVD-nin və prokurorluğun hər hansı kütləvi həbs və köçürmə əməliyyatları həyata keçirməsi qadağan edildi, SSRİ NKVD-nin xüsusi əmrləri ilə yaradılmış məhkəmə üçlükləri ləğv edildi və s. 1991-ci ildə tarixçi V. N. Zemskov "Sotsis" jurnalında diqqətlə öyrənilmiş arxivlərin məlumatlarını dərc etdi: ümumilikdə 1921-ci ildən 1954-cü il fevralın 1-dək 3.777.380 nəfər əks-inqilabi cinayətlərə görə, düşərgələrdə və həbsxanalarda bir müddət saxlanmağa məhkum edilmiş, 642.980 nəfər güllələnmə cəzasına məruz qalmışdır. SSRİ DTK-nın sədri V. A. Kryuçkov siyasi repressiyaların statistikasını göstərirdi: o, 1930–1953-cü illər üçün SSRİ DTK-da qeydiyyat haqqında məlumatlara dəfələrlə istinad etdi. — 3.778.234 siyasi məhbus, onlardan 786.098-i ölüm cəzasına məhkum edilib. Stalin repressiyalarının rəsmi ideoloji əsası — "sosializm quruculuğu başa çatdıqda sinfi mübarizənin kəskinləşməsi" konsepsiyası 1928-ci ilin iyulunda Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Stalin tərəfindən formalaşdırıldı. 1938-ci ildən 1956-cı ilə qədər yenidən çap edilmiş "Sov.
Stalin repressiyası
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Stalin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.
Sanciv Stalin
Sanciv Stalin (ing. Sanjeev Stalin; 17 yanvar 2001, Karnataka) — Hindistan futbolçusu, Hindistan Super Liqasında çıxış edən "Mumbay-Siti" FK-nin müdafiəçisi.O , 2017 FIFA U-17 Dünya Kuboku da daxil olmaqla müxtəlif beynəlxalq səviyyədə Hindistanı təmsil etmişdir. Sanciv Stalinin Stalin və anası Parameşvaridir. O, Banqalorun Karnataka şəhərində anadan olmuşdur. Valideynləri kiçik bir geyim mağazası işlədir. 10 yaşında Stalini hind-iranlı məşqçi Cəmşid Nəssiri görmüş və ona futbol akademiyasına daxil olmağı tövsiyə etmişdir.
Stalin (dəqiqləşdirmə)
Stalin
Stalin (soyad)
Stalin — soyad. Stalin — sovet siyasi, dövlət, hərbi və partiya xadimi. Sanciv Stalin — Hindistan futbolçusu. Rzauddin Stalin — Banqladeş şairi və televiziya xadimi. Cozef Stalin (həmkarlar ittifaqı üzvü) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. Muthuvel Karunanidhi Stalin — Hindistan siyasətçisi.
Stalin Qonsales
İvan Stalin Qonsales Montanyo (isp. Iván Stalin González Montaño; 13 noyabr 1980, Karakas) — Venesuela hüquqşünası və siyasətçisi. 26 sentyabr 2010-cu ildə Karakasın beşinci seçki dairəsi üzrə Milli Assambleyanın deputatı seçilmiş, İnzibati və Xidmətlər Parlament Komissiyasına sədrlik etmiş və 2016–2017-ci illərdə MUD müxalifət fraksiyasının lideri seçilmişdir. 2019-cu ildə Assambleyanın ikinci vitse-prezidenti seçilmişdir. 2019-cu ildə Venesuelada prezidentlik böhranı zamanı Xuan Quaydonun köməkçisi kimi çalışırdı.
Stalin Rivas
Stalin Xose Rivas (isp. Stalin José Rivas; 5 avqust 1971) — yarımmüdafiəçi kimi çıxış etmişVenesuela futbolçusu. O, "bütün zamanların ən təbii istedadlı venesuelalı futbolçusu" kimi təsvir edilmişdir. Rivas 1989–1996-cı illər arasında Venesuela milli futbol komandasının heyətində 34 oyun keçirmiş və 3 qol vurmuşdur.
Stalin Valensiya
Stalin Evander Valensiya Kortes (isp. Stalin Evander Valencia Cortéz; 10 oktyabr 2003) — Ekvador futbolçusu, "Onse Kaldas" FK-nin müdafiəçisi.
Stalin tunikası
Stalin tunikası və ya Stalinka — İosif Stalinlə əlaqəli tunika və ya gödəkçə növü. 1920-ci illərdən 1950-ci illərə və sonralar Sovet İttifaqında hökumət rəsmiləri (və İkinci Dünya Müharibəsindən sonra Sovet peyk dövlətlərinin rəsmiləri) tərəfindən tez-tez siyasi forma kimi geyilirdi. Birinci Dünya Müharibəsində meydana çıxan İmperator Rusiya Ordusunun "Fransız tunikası"ndan təkamül edib. Fərq onda idi ki, Stalinkanın yumşaq yaxası var idi. Onun sadə üslubu Stalinin daha mürəkkəb quruluşlu paltarları geyinməkdən imtina etməsi və lider üçün obraz yaratmağa çalışan sovet modelyerləri tərəfindən edilən son dəyişikliklər nəticəsində yaranıb.