Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stenoqrafiya
Stenoqrafiya (yun. stenos – sıx və grapho – yazıram) — ağızdan çıxan sözləri olduğu kimi xüsusi işarələr və ixtisarlarla cəld yazma üsulu. Yazıların yaxın, kiçik və dar olması səbəbindən bu adı almışdır. Stenoqrafiya ölkələrin parlament iclaslarında, məhkəmə proseslərində və işgüzar görüşlərdə tez-tez istifadə edilir. Bu üsuldan ilk dəfə Qədim Roma dövründə istifadə edildiyi təxmin edilməkdədir. Mark Tulli Siseronun senatda səsləndirdiyi nitq katibi Tullius Tiro tərəfindən stenoqrafik formada yazılmışdır.
Stereoqrafik proyeksiya
Stereoqrafik proyeksiya - kristalın kristalloqrafik və optik istiqamətlərinin müstəvi təsvirini vermək üçün işlədilən proyeksiya. Stereoqrafik proyeksiya kristalın mərkəzi nöqtəsindən ixtiyari radiusla ətrafında çəkilən sferanın köməyi ilə əldə edilir. İki cür stereoqrafik proyeksiya olur: xüsusi stereoqrafik və qnomostereoqrafik. Xüsusi stereoqrafik proyeksiya üz və tillər sferanın səthinədək bilavasitə uzadılır. Bu halda üzlər sferada böyük dairələrin qövslərini, tillər — nöqtələr verir. Qnomostereoqrafik proyeksiyada isə üz və tillər onlara normal (perpendikulyar) surətlərlə əvəz olunur (üzlər — radius — normallarla, tillər — onlara perpendikulyar müstəvilərlə). Bunları sferanın səthi ilə kəsişənədək davam etdirdikdə üzlər sferada nöqtə, tillər isə böyük dairələrin qövslərini verir. Nöqtə və qövslər sferanın ekvatorial (proyeksiya) müstəvisinə proyeksiya edilir. Sferanın baş nöqtə adlanan cənub, ya da şimal qütbü sferadakı nöqtələr şüalarla birləşdirilir. Bu şüaların proyeksiya müstəvisini kəsdiyi yerdə sferadakı nöqtələrin proyeksiyası alınır.
Etnoqrafik etüdlər (film, 1996)
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi — 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksi. Qala kəndi Abşeron yarımadasının mərkəzində, strateji əhəmiyyətli bir təpədə yerləşir. Qala kəndinin qədim hissəsi 1988-ci ildə tarixi-etnoqrafiya qoruğu elan edilmiş və 216 tarixi, arxeoloji və memarlıq abidələrini əhatə etmişdir. Kənddə 5 məscid, qala qalıqları, 3 hamam, 170-dən çox ev, habelə məqbərələr, türbələr və s. yerləşir. Abşeron yarımadasında tapılmış e.ə. 2-3-cü minilliklərdən ortə əsrlərə qədər olan dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları muzey kompleksində cəmlənmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə qazıntı işləri aparmışdır. Qazıntılar zamanı e.ə. 3-2 minilliklərə, həmçinin 14-15-ci əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib.