Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfiyyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). == Həyatı == Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.
Səfiyyə binti Hüyey
Səfiyyə binti Hüyey (ərəb. صفية بنت حيي‎; təq. 610, Mədinə – 670, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızı. == Bioqrafiyası == Səfiyyə binti Hüyey təxminən 610-cu ildə anadan olmuşdur. Onun atası Huyey ibn Əxtab Məhəmməd peyğəmbərin və müsəlmanların qatı düşməni olduğu üçün ənsarlarla mühacirlər arasında çəkişmə fürsətini əldən verməmiş, Qüreyşlə ittifaqa girmişdir. İlk əri Sallam bin Mişkam əl-Qureyzə qəbiləsinin məşhur şairi idi, lakin onların evliliyi uzun sürməmişdir. Onun ikinci əri Bəni Nadir qəbiləsinin nümayəndələri arasında yüksək mövqeyə malik olan Kənan ibn ər-Rəbi ibn Əbu əl-Hukayk idi. == Xeybər döyüşü == Mədinənin yəhudi qəbilələri (Bəni Kayinuka, Bəi Nadir və Bəni Qureyzə) müsəlmanlarla bağladıqları müqavilələri pozduqdan sonra onlar qovulur və Bənu Nadir Xeybərdə məskunlaşır. Mədinədən qovulduqdan sonra Səfiyyənin atası Məhəmməd peyğəmbərlə düşmənçiliyindən əl çəkmir.
Səfiyyə binti Əbdülmüttalib
Səfiyyə binti Əbdülmüttalib (ərəb. صفية بنت عبدالمطلب‎, 570, Məkkə – 640, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin bibisi, Zübeyr ibn Əvvamın anası. İslamda bütpərəst (İslam ədəbiyyatında müşrik) kişini öldürən ilk qadın səhabə kimi tanınır. == Bioqrafiya == 567-ci ildə Məkkədə anadan olmuşdur. Müsəlman olmadan əvvəl iki dəfə ərə gedir. Zübeyr ibn Əvvam ikinci evliliyindən idi. Məhəmmədin İslama dəvətini eşidən o, oğlu Zübeyrlə birlikdə İslamı qəbul etmişdir. İslamın yayılmasında peyğəmbərə dəstək verməsi ilə bilinir. O, oğlu Zübeyrlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. O, müxtəlif müharibələrdə iştirak edib və müharibəyə gedən ilk müsəlman qadın kimi tanınıb.
Ümmül Safiyyə-yi do
Ümmül Safiyyə-yi do (fars. ام‌الصفایه دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 12 ailədə 33 nəfəri kişilər və 33 nəfəri qadınlar olmaqla cəmi 66 nəfərdir.
Ümmül Safiyyə-yi yek
Ümmül Safiyyə-yi yek (fars. ام‌الصفایه یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 39 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 83 nəfərdir.
Sufiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır.
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. == Gsm kodlama == 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Avstriyada səhiyyə
Avstriyada səhiyyə — Avstriyada qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. İnfeksion xəstəliklərdən vərəm, viruslu hepatit, skarlatin və s. qeydə alınmışdır. Avstriyada xəstələrin əksəriyyəti dövlət hesabına və ya ictimai sığorta ilə müalicə edilirlər.
Başqırdıstanda səhiyyə
Başqırdıstanda səhiyyə — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə. 2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü. Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir. Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir. Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Qazaxıstanda səhiyyə
Qazaxıstanda tibb — hər bir ölkədə olduğu kimi, Qazaxıstan vətəndaşlarının sağlamlığı və rifahını qorumağa çağırılır. Qazaxıstanın səhiyyə sistemi hazırda bazar münasibətlərinə keçid mərhələsindədir. == Qazaxıstanda dövlət səhiyyə sistemi == Qazaxıstan Respublikasında səhiyyə sahəsində dövlət tənzimlənməsi Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin səlahiyyətlərinə daxildir . == Səhiyyə Sistemindəki islahatlar == Son illərdə dövlət səhiyyə sistemində islahatlar və inkişaf etdirməyə yönəlmiş bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. 2002-ci ildə Səhiyyə ili elan edildi, İslahat və Səhiyyə İnkişafı Dövlət Proqramı qəbul edildi, pulsuz tibbi xidmətin siyahısı daim genişlənir. Hal-hazırda, Qazaxıstan Respublikası Hökuməti vərəm, diabet, QİÇS, onkoloji xəstəliklərin müalicəsinə, həmçinin yod çatışmazlığı probleminə ciddi diqqət yetirir. Bütün bu sahələrdə müvafiq dövlət proqramları qəbul edilmişdir. === "Sağlam Qazaxıstan" === 2011-2015-ci illər arasında Qazaxıstanda sağlamlığın inkişafı Dövlət Proqramı "Salamatty Kazakhstan" həyata keçirildi. Bu proqram çərçivəsində ana və körpə ölümünün göstəriciləri azaldı. Kardiologiya və ürək əməliyyatı üçün təkmilləşdirilmiş göstəricilər isə çoxaldı.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur. Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Sufiyan (Urmiya)
Sufiyan (fars. صوفيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 732 nəfər yaşayır (112 ailə).
Sufiyan (dəqiqləşdirmə)
Sufiyan — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər.
Sufiyan (Üşnəviyyə)
Sufiyan (fars. صوفيان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 975 nəfər yaşayır (159 ailə).
Sufiyan Povarisov
Sufiyan Şəmsətdin oğlu Povarisov (rus. Суфиян Шамсутдинович Поварисов, başq. Суфиян Шәмсетдин улы Поварисов; 29 avqust 1924, İleş rayonu – 3 iyul 2016, Ufa) — sovet və rus tatar yazıçısı, filologiya elmləri doktoru, professor, Başqırdıstan xalq yazıçısı (2011). Başqırdıstan Respublikası (1992) və Tatarıstan Respublikası (2004) əməkdar elm xadimi, Rusiya ali təhsili fəxri işçisi (1997). Böyük Vətən Müharibəsi iştirakçısı. Başqırdıstan və Rusiya Yazıçılar birliklərinin üzvü. == Həyatı == O, İleş rayonunun Tupeyevo kəndində anadan olmuşdur. Məktəbdə yeddi sinfi bitirdikdən sonra kolxozda işləməyə başlamışdır. 1942-ci ilin avqust ayında Qırmızı Ordu sıralarına çağrılaraq 469-cu minaatan alayının hesablama komandiri kimi xidmət etmişdir. Alay ilə Ukrayna, Belarusiya, Rumıniya, Macarıstan, Çexoslovakiya, Almaniya ərazilərində döyüşlər aparmışdır.
Sufiyan döyüşü
Sufiyan döyüşü — Səfəvilər və Osmanlılar arasında Dekabrın 1605-ci ildə Təbriz Ətrafında Sufiyan Adlı Yerdə baş verən döyüş. == Zəmin == I Abbas taxta çıxdıqdan sonra fəaliyyətinin əsas planını Osmanlı ilə müharibəyə həsr etmişdi. Orduda və dövlətin digər yerlərində islahaltarı etdikdən, özbəkləri məğlubiyyətə uğratdıqdan sonra o, Osmanlı ilə müharibəyə başladı. Müharibənin başlamasında Osmanlı sarayındakı qarışıqlıqlar, üsyanla və birbaşa Cənubi Azəraycan bölgəsindəki Osmanlı ordusu daxilindəki qarışıqlıqlar mühüm rol oynamışdı. Bu müharibənin birinci mərhələsinin həlledici döyüşü isə Sufiyan döyüşü oldu. == Döyüş == Güclü formada dəstək aldıqdan sonra Sinan paşa yenidən hücuma keçdi və Azərbaycana yürüş etdi. Nəhayət iki ordu Təbriz yaxınlığında Sufiyan adlı yerdə üz-üzə gəldilər. Osmanlı ordusunun sayı 100 min nəfər, qızılbaş ordusunun sayı isə 60 mindən bir az artıq idi. Bu say fərqini nəzərə alan məğlub olacağı halda qazandığı hər şeyi itirəcəyini bilirdi və buna görə döyüşə girməkdən çəkinir, Təbrizə çəkilmək istəyirdi. O, özünün ən yaxın sərkərdələri ilə birlikdə Osmanlı əsgərlərinin həqiqi sayını müəyyənləşdirmək üçün təpəyə çıxdı və bəlli oldu ki, kəşfiyyatçıların dediyi rəqəm doğrudur.
Səhiyyə TV
Səhiyyə TV — 1 aprel 2022-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Səhiyyə Televiziyası Azərbaycan Respublikasının tibb üzrə ixtisaslaşmış ilk televiziya kanalıdır. Səhiyyə TV 01.04.2022-ci il tarixindən Azərspace peyki vasitəsi ilə 11024 H 16500 tezliyində HD keyfiyyətdə yayımlanırdı. Hal-hazırda telekanalın peyk yayımı yoxdur. Səhiyyə TV-nin təsisçisi Azər Xudiyevdir. Səhiyyə TV ixtisaslaşmış tibbi informasiya resursudur. Tibbi informasiyanın daşınması və yayılması tarixində yeni mərhələdir. Kanalın bazasında 50 ixtisaslaşmış tibbi proqram istehsal olunur. Səhiyyə TV eksklüziv xəbər şəbəkəsinə malik ilk ixtisaslaşmış media olaraq öz partnyorlarını hər gün ölkədə və dünyada baş verən tibbi yeniliklərlə təmin edir. Səhiyyə tariximizdə ilk dəfə Azərbaycan həkimi bir televizyayla əməkdaşlıq sayəsində özünün imkanlarını təqdimetmə fürsəti qazanır, global tibbi şəbəkəyə çıxış əldə edir.
Səhiyyə iqtisadiyyatı
Səhiyyə iqtisadiyyatı — səhiyyə və sağlamlıq xidmətlərinin istehsalında və istehlakında səmərəlilik, effektivlik, dəyər və davranış ilə əlaqəli məsələləri öyrənən iqtisadiyyatın alt sahəsidir. Ümumi mənada, səhiyyə iqtisadçıları səhiyyə xidmət sistemlərinin necə işləməsini və siqaret çəkmək kimi sağlamlığa təsir edən davranışları öyrənir. Kennet Errounun səhiyyə iqtisadiyyatını ayrı bir təlim kimi təsnifləndirən, 1963-cü ildə yazdığı məqaləsi sağlamlıq və digər mallar arasındaki məna fərqlərini dərk etməyimizə kömək edəcək böyük fərqlilikləri işıqlandırdı. Səhiyyə iqtisadiyyatını digər iqtisadiyyat sahələrindən ayıran xüsusiyyətlərə böyük miqyasda dövlət müdaxiləsi, müxtəlif dərəcələrdə müşahidə oluna bilən qeyri-müəyyənlik, asimmetrik informasiya, giriş əngəlləri, xarici təsir və mübadilə prosesinə təsir edən 3-cü bir qurumun olması göstərilə bilər. Səhiyyə xidmətindəki bu 3-cü qurum mal və ya xidmətin qiymətindən kənarda qalıb, alım qərarlarını verən (labaratoriya testindən keçmək, dərman resepti yazmaq, əməliyyat etmək və s.) həkimdir. Səhiyyə iqtisadiyyatçıları xərclər, ödənişlər və sərfiyyat kimi bir sıra maliyyə bilgilərini dəyərləndirərək qərarlar verir. Qeyri-müəyyənlik həm xəstə nəticələrində həm də iqtisadi qayğılarda səhiyyəyə daxildir. Həkim və xəstə arasında meydana gələn məlumat boşluğu asimmetrik informasiya olaraq adlandırılan, həkim üçün ayrı bir üstünlük yaradır. Səhiyyə və sağlamlıq nəzərdə tutulursa xarici təsirlər, xüsusilə, yoluxucu xəstəlik kontekstində olanlar tez-tez meydana gəlir. Misal üçün, soyuqlamamaq üçün göstərilən səylər qərarı verən xaricində, digər insanlara da təsir edir.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. == Qətli == Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər. Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." == Xatirəsi == Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.
Səudiyyə şahinləri
Səudiyyə şahinləri (ərəb. الصقور السعودية‎) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou zamanı 7 Hawker Siddeley Hawk təyyarəsi istifadə olunur. == Tarixi == Komanda 1998-ci ildə yaradılmışdır. İlk ictimai debüt 1999-cu ildə Səudiyyə Ərəbistanının 100 illiyi yubileyində olmuşdur. Komanda eyni təyyarələrdən istifadə olunduğuna görə Birləşmiş Krallığa məxsus Qırmızı Oxlar aerobatika komandası ilə müqayisə olunur. Xəbərlərdə keçmiş Qırmızı Oxlar pilotlarının Səudiyyə Şahinlərinin təliminə cəlb olunduğu barədə məlumatlar var.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aşıq Zülfiyyə
Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. == Aşıqlıq fəaliyyəti == On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur. "Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir. == Təltifləri == 1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.
Düriyyə Rəhimova
Düriyyə Rəhimova (15 mart 1929, Qımıl, Quba rayonu – 29 mart 2014, Dərbənd, Dağıstan) — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.