Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quranın Surələri
Quran
Xəzər lələyi
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü. Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir.
Dürranilər sülaləsi
Dürranilər sülaləsi (puşt. دراني) — müasir Əfqanıstan, Pakistan, şimalı-şərqi İran və qərbi Hindistanın ərazilərdə yerləşən tarixi dövləti (1747-1822) idarə edən xanədan. == Tarixi == 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfdən əsası qoyulmuşdu. O, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi idi. Qonşu dövlətlərlə apardığı mübarizə nəticəsində Dürranilər dövlətinin sərhəddi xeyli genişlənir. Amudəryanın sol sahilində yaşayanlarla yanaşı Sistan, Xorasan, Sind, Bəlucistan, Kəşmir və Pəncab bölgələrində yaşayanlar da daxil edilir.
Elxanilər sülaləsi
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış Azərbaycan mənşəli dövlət. == Titul == Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. == Tarixi == === Canişinlər dövrü === 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. ==== Canişinlər ==== Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) === Elxanlar dövrü === 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Elxanlılar sülaləsi

Erik sülaləsi
Erik sülaləsi — İsveçi idarə etmiş tarixi sülalədir. Sülalənin üzvləri əslən Qərbi Qotlandiyadan idilər. Sülalənin ilk üzvü olan IX Erik I Sverkeri öldürərək kral oldu. Onun ölümündən sonra oğulları və nəvələri taxt-tacı dəfələrlə itirdilər və qazandılar. Sülalənin son hökmdarı XI Erikin ölümü ilə hakimiyyət Byelbo sülaləsinin əlinə keçdi.
Faruqilər sülaləsi
Faruqilər sülaləsi — Xandəşdə (Hindistan) 1370–1601-ci illər arasında hökm sürən bir İslam xanədanı. == Tarixi == Hindistanın qərbində, Bharuc və Surətdə Hind okeanına tökülən Narmada ilə Tapti çayları arasındakı torpaqlar XIV əsrdən etibarən Xandəş deyə tanınmışdır. Dəkkən və Malva yaylasının önəmli keçiş yeri olan Xandəş "xan ölkəsi" anlamına gəlir. Dehli sultanlıqlarından Xələcilər və Tuğluqlular Xandəşi ələ kəçirərək Hindli əhalisini ortadan qaldırmışlar və xan ünvanlı valilərlə ölkəni idarə etmişdilər. Bu valilərdən biri də Xani Cahan olub, oğlu Məlik Racə (Məlik Əhməd), Tuğluqlu hökmdarı III Firuz şah (1351–1388) adına Xandəşi idarə etmişdir. Məlik Əhməd daha sonra mərkəzi idarənin zəifləməsinə görə istiqlalini elan edərək Faruqilər xanədanını qurmuşdur (1370). Bu ad, xanədan mənsublarının Ömər əl-Faruqun soyundan gəldiyi iddiasından qaynaqlanmaqdadır. 231 il səltənət sürən Faruqilər hakim, xan və şah ünvanlı on altı sultan tərəfından idarə edilmişlərdir. Paytaxtları Asirgarh və Burxanpurdur. Asirgarh, Satpura dağlarının şərq ucunda Hindli racələrinin və onların əmrindəki Racputların oturduğu müstəhkəm mövqeyi idi.
Feodosi sülaləsi
Feodosi sülaləsi — 378–472-ci illərdə Qərbi Roma imperiyasını, 378–457-ci illərdə fasilələrlə Bizans imperiyasını idarə etmiş doqquz imperatordan ibarət olub, əsası I Valentinianın kürəkəni I Feodosi tərəfindən qoyulmuşdur.
Feodosiya sülaləsi

Flavilər sülaləsi
Flavilər sülaləsi (lat. Flavii) — 69-96-cı illərdə hökmranlıq etmiş Qədim Romada imperator sülaləsi. Əsası Vespasian (69—79) tərəfindən vətəndaş müharibəsindən (68—69) sonra hakimiyyətə gəlməsilə qoyulmuşdur. Ondan sonra oğlanları böyük Tit (79-81) və kiçik Domisian (81-96) hakimiyyətdə olmuşlar. Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra hakimiyyət Nerva-Antonnlərə keçmiş olur.
Habsburqlar sülaləsi
Habsburqlar sülaləsi — Avropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438–1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə holland və italyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallar və imperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nikahlarla bu iki qol yenidən birləşdi. Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XII və XIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi. Kral ailələri ilə bağlanan nikahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi.
Han sülaləsi
Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı. == Tarixi == Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi.
Hohenştaufen sülaləsi
Hohenştaufenlər sülaləsi (alm. Hohenstaufen‎) — Müqəddəs Roma İmperiyasını 1138-1254-cü illər aralığında idarə etmiş sülalə. Bu sülalə daha çox özünün İtaliya müharibələri ilə məşhurdur.Sülalə bəzən dövrü mənbələrdə əvvəllər Şvabiya hersoqları olduqları üçün Şvabiya sülaləsi və yaxud da Stauferlər kimi qeyd olunur. Hohenştaufen ( High-Staufen) sülalə adı isə Şvabiyada olan və bu ailəyə məxsus olan bir qaladan yaranmışdır. == Hakimiyyətə gəlməsi == 1125-ci ildə Müqəddəs Roma imperiyasını idarə edən Salian sülaləsinin sonuncu imperatoru V Henrix vəfat etdi.Bundan sonra sülalə daxili mübarizə gücləndi.Bu dövrdə hakimiyyəti müvəqqəti olaraq Saksoniya hersoqu Lotar ələ aldı.Lakin 1138-ci ildə onun ölümündən sonra ara müharibələri yenidən qızışdı.Hakimiyyətə iddia edənlərdən ən güclüsü Hohenştaufen ailəsi idi.Hersoq Lotarın ölümündən sonra onun kürəkəni Velf ailəsindən Məğrur Henrix ilə Hohenştaufenlər arasında imperator taxtı üstündə mübarizə qızışdı.Hohenştaufenlər ailəsinin nümayəndəsi III Konrad idi.O , həm də İmperator IV Henrinin qiz nəvəsi və V Henrixin bacısı oğlu idi.III Konrad buna əsaslanaraq imperator taxtına iddia irəli sürürdü. III Konrad Velflər ailəsini öz mülklərindən qovdu və 1138-ci ildə imperator seçildi,lakin sonralar I Fridrix Barbarossa Velflarlə sülh bağladı və onları geri qaytardı.Bununlada Müqəddəs Roma İmperiyası tarixində Hohenştaufenlər dövrü başlanmış oldu. III Konrad (1138-1154) Hohenştaufenlər sülaləsindən Müqəddəs Roma İmperiyasını idarə edən ilk şəxs oldu. ölümündən sonra hakimiyyətə onun qardaşı oğlu I Fridrix Barbarossa (1155-1190) gəldi. I Fridrix Barbarossa 1152-ci ildən Almaniyanın kralı idi və III Konradın vəfat etməsindən sonra 1155-ci ildə o , imperator olur. == I Fridrixin daxili siyasəti == I Fridrix Barbarossa hakimiyyətə gəldikdən sonra hersoqlara qarşı mübarizə apardı və onların müqavimətin qırmağa nail oldu.O, əsas olaraq imperiyanın hüquq sahəsini qaydaya salmaq istəyirdi.Bu sahədə mühüm adımlar atıldı.
Hulakular sülaləsi
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış Azərbaycan mənşəli dövlət. == Titul == Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. == Tarixi == === Canişinlər dövrü === 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. ==== Canişinlər ==== Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) === Elxanlar dövrü === 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Hülakülər sülaləsi

Hüseyni sülaləsi
Hüseyni sülaləsi — 1705-1881-ci illərdə Tunisi idarə edən türk sülaləsi. Qurucusu Hüseyn bin Əli ət-Türkidir.
Hüseynşahilər sülaləsi
Hüseynşahilər sülaləsi — 1494-1538-ci illər arasında Benqalda hökm sürən müsəlman xanədanı. == Tarixi == Xanədanın qurucusu Seyidüs-sadat Əbül-Müzəffər Əlaəddin Hüseyn Şahdır. Atası Seyid Əşrəf Hüseyni və Məkki nisbələriylə anılır. Hüseyn şahın Benqalda yərləşmiş Hüseynin soyundan gələn bir ailəyə mənsub olduğu irəli sürülməktə və bundan dolayı qurduğu xanədana Seyidilər də deyilməktədir. Məhəlli rəvayətlərə görə isə ailəsinin aslı Şimali Benqalın Ranqpur bölgəsindəndir. Çandpur əyalətinin küçük Radh qəsabasına yerləşən atasının Termezdən gəldiyi də söylənir. Hüseyn şah ilk təhsilini Radh qazısından aldı və daha sonra onun qızıyla evləndi. Ardından Benqalda hökm sürən Habəşilərdən Şəmsəddin Müzəffər Şahın xidmətinə girərək üstün kabiliyət və məziyətləri sayəsində vəzirliğə qədər yüksəldi. Ancak daha sonra ordunun başına keçərək hökmdarın baskıcı tutumu karşısında ayaklanan halkın yanında yər aldı və sarayı zaptedib öldürttüğü Şəmsəddin Muzaffər Şahın taxtına oturdu. Adına basılmış 900 (1494) tarihli bir altın sikkəyə dayanarak taxtı bu tarihtə vəya biraz öncə ələ keçirdiği söylənəbilir.
Həmmadilər sülaləsi
Həmmadilər sülaləsi— 1015–1152-ci illərdə hökmranlıq edən bərbəri əsilli süalalə. == Tarixi == Sülalə adını qurucusu Həmmad ibn Buluqqin bin Ziridən alır. Fatımilərin 972-ci ildə geri çəkilməsindən sonra Məğribin idarəsi, yenə bu dövlətin himayəsində olmaq üzrə Bərbəri əsilli Sanhacə qəbiləsinə mənsub Ziri sülaləsinin əlinə keçdi. Ziriləri təhdid edən ilk təhlükə, Əndülüs əməvilərinə tabe olan zənatəlilərin başladığı üsyan oldu. Zirilər üsyanı yatırmaq üçün hərəkətə keçdilər; ancaq bu ilk zamanlarda gözlənən nəticəni verdisə də, bir müddət sonra hadisələr əks istiqamətdə cərəyan etməyə başladı və Ziri torpaqları parçalandı. Bu parçalanan torpaqların bir qismində zirilərin əqrabaları olan həmmadilər öz müstəqilliklərini elan etdilər. Zənatəlilərə qarşı verilən mücadələdə üst üstə qazandığı uğurlarla özünü göstərən Həmmad ibn Buluqqin ibn Ziri, Sultan Badis b. Muiz tərəfindən Zab və Məsiləni içinə alan bölgənin valiliyinə gətirildi; ayrıca müstahkəm bir idarə mərkəzi qurma istəyi də qəbul edildi. Bunun üzərinə Həmmad, Məsilənin şimal-şərqində Kalatü-Bəni Həmmad deyilən bir qala-şəhər qurdu və ardından da bir bahanəylə əsl niyətini açığa vuraraq müstəqilliyini elan etdi. Həmmadilərin tarixini, biri mərkəzin Kalatü-Bəni Həmmad olduğu 1015–1067, digəri Bicayəyə köçürüldüyü 1067–1152-ci illər arası olmaq üzrə iki dönəmdə incələmək mümkündür.
Həştərxanilər sülaləsi
Həştərxanilər sülaləsi (özb. Ashtarxoniylar sulolasi; bu sülaləyə bəzən Canilər və ya Canoğulları və ya Cani xanədanı da deyilir) — Buxara xanlığını idarə edən özbək sülaləsi. 1598-1785 illər arasında bugünkü Özbəkistan və Türkmənistan torpaqlarına yayılan Buxara xanlığını idarə edən xanədanlardan biri. == Tarixi == Xanədanın adını aldığı Cani Məhəmməd (Canibek), Yar Məhəmmədin oğullarından olub Çingiz xanın oğullarından Cuçi xanin onüçüncü oğlu Toğa Teymur xanın soyundandır. Həştərxan xanlığından gəlen Din Məhəmməd (Canibekin oğlu), Şeybani xanlığından ələ keçirdikləri xanlığın mərkəzini sələfləri kimi Buxara şəhərini etdilər. Əsasən xanlıq 30 iyul 1598-ci ildə Məşhədi, 12 avqust 1598-ci ildə də Heratı Səfəvilər dövlətinə uduzmuşdu. 1602-ci ildə Baki xan Səfəvi şahı I Şah Abbasın olduğu İran ordusunu böyük bir məğlubiyyətə uğradaraq Qızılbaş ordusunun irəliləyişini durdurmuşdur. 1644-cü ildə Nəzir xan taxtda görə oğlu Əbdüləziz ilə ixtilaf yaşamış ve Osmanlı dövlətinin o dönəmdəki padişahı İbrahim (1640-48) həkəm seçilmiş ve padişahın hükmü ilə saltanat 1645-ci ildə Əbdüləzizə keçmişdir. Canoğullarının bir müddət sonra qüdrətlərini itirmələriylə xanlıq 1700-cü ildə Fərqanə və 1752-ci ildə Cənubi Türkistanı kayb etmiş ve toprakları epey daralmıştır. Hatta Nadir şah Özbək paytaxtı Buxaranı da 22 sentyabr 1740-20 iyun 1747 arasında İran işğalinda tutmuş, Canoğulları her nə qədər başkentlerini istirdad ettilərsə də, əski güclərinə heç bir zaman ulaşamamışlar və yerlərini Manqıtlar xanədanına buraxmışdılar.
Kakaveyhilər sülaləsi
Kakaveyhilər sülaləsi — 1008–1274-cü illər arasında İranın Yəzd, İsfahan, Həmədan və Rey əyalətlərində hökm sürən deyləmi xanədan. == Tarixi == Sülalənin əsasını Düşmənziyar qoyub. Mənşəcə deyləmlidir. O, Buveyhilərdən Rey, Cəbəl və Şəhriyar şəhərlərini almışdı. Onun oğlu Əbu Cəfər Məhəmməd ibn Kakaveyh kimi tanınırdı. Kaka deyləm ləhcəsində dayı deməkdir. Sırasıyla Buveyhilər sülaləsi, Qəznəlilər dövlətinə və Böyük Səlcuq İmperiyasına bağlanan Kakaveyhilər sülaləsi 1051-ci ildə İsfahanın səlcuqlulara ilhaq edilməsiylə ortadan qalxmışdır. Səlcuqlular bu sülalə nümayəndələrini Yəzd valiləri təyin edirdilər. XIII əsrdə İrana hakim olan Elxanlılar sülaləsi tərəfindən 1274-cü ildə tam olaraq ortadan qaldırılmışdır. == Kakaveyhilər və oğuzlar == Deyləmilər Deyləmdə Kakaveyhilər sülaləsini qurmuşdular.
Kapetinqlər sülaləsi
Kapetinqlər sülaləsi — frank mənşəli sülalə və Robertianların bir qolu. Bu sülalə Avropanın və dünyanın ən böyük və ən qədim kral evləri arasındadır. Sülalə, onun qurucusu Huqo Kapet və onun 987-ci ildən 1792-ci ilə və yenidən 1814-cü ildən 1848-ci ilə qədər fasiləsiz olaraq Fransada hökmranlıq edən nəslindən ibarətdir. 1848. Böyük cərgə Fransada 987-ci ildə Huqo Kapetin seçilməsindən 1328-ci ildə IV Karlın ölümünə qədər Kapetinqlər kimi hökm sürürdü. Bu xətti fasiləsiz hökmranlıq edən kadet şöbələri, Valua və 1792-ci ildə Böyük Fransa inqilabı monarxiyanı ləğv edənə qədər Burbonlar əvəz etdi. Burbonlar 1814-cü ildə Napoleonun məğlubiyyətindən sonra bərpa olundular, lakin 1830-cu ildə Fransanın sonuncu Kapetinq monarxı Orleanlı I Lui Filippin lehinə taxt-tacı yenidən tərk etməli oldular. Fransa dövlətinin formalaşmasında sülalə həlledici rola malik olmuşdur. Başlanğıcda yalnız öz şəxsi torpağı olan İle-de-Fransanı idarə edən Kapetinq kralları yavaş-yavaş, lakin davamlı olaraq hakimiyyətlərini və təsirlərini bütün səltənətlərini əhatə edənə qədər artırdılar. Sülalənin üzvləri ənənəvi olaraq katolik idilər və ilk kapetinqlərin kilsə ilə ittifaqı var idi.
Karolinqlər sülaləsi
Karolinq Frank dövləti — VII əsrin sonunda Merovinq dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər (majordomus – evin böyüyü (məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi.) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687-ci il də frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751-ci ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi. 8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi Qalliya-Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına (allod) şərtsiz sahib idilər.
Komnenos sülaləsi
Komnenos (yun. Κομνηνός) və ya Komninlər (yun. Κομνηνοί) sülaləsi — Bizans imperiyası və onun davamçısı Trabzon imperiyasını idarə etmiş sülalə. Bilinən ilk nümayəndəsi Manuel Erotikos Komnenosdur.
Komninlər sülaləsi
Komnenos (yun. Κομνηνός) və ya Komninlər (yun. Κομνηνοί) sülaləsi — Bizans imperiyası və onun davamçısı Trabzon imperiyasını idarə etmiş sülalə. Bilinən ilk nümayəndəsi Manuel Erotikos Komnenosdur.
Konstantin sülaləsi
Konstantin sülaləsi — Roma imperatoru I Konstansi Xlordan başlamış (305) Mürtəd Yuliana qədərki (363) hökmdarlar ailəsinin qeyri-rəsmi adı. Sülalənin adı I Konstantinin 324-cü ildə təkbaşına mütləq hökmranlığı dövründən məşhurlaşmışdır. Sülalə həm də Yeni (İkinci) Flavilər də adlandırılırdı. Belə ki, sülalənin hər bir üzvü öz adına I əsr Flavilərinə müvafiq Flavilər soy kökünü də əlavə edirmişlər. == Nəsil ağacı == == Konstantin sülaləsi – cədvəl == == Konstantin sülaləsinin zaman xətti == == Mənbələr == Pedro Barceló: Roms auswärtige Beziehungen unter der Constantinischen Dynastie (306–363). Pustet, Regensburg 1981. Hartwin Brandt: Geschichte der römischen Kaiserzeit. Von Diokletian und Konstantin bis zum Ende der konstantinischen Dynastie (284–363). Akademie Verlag, Berlin 1998. Hartwin Brandt: Die konstantinische Dynastie.
Konstantinlər sülaləsi

Lankaster sülaləsi
Lankaster sülaləsi (ing. House of Lancaster) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin 2 alt qolunun adı. Bunlardan ilkinin təməli İngiltərə kralı III Henrinin oğlu Edmondun şərəfinə 1267-ci ildə Lankaster qraflığını yaratması ilə qoyulmuşdur. Sülalənin adı da məhz bu qoldan gəlməkdədir. Bundan başqa Edmond 1265-ci ildə Lester qrafı təyin edilmişdi və özündən öncəki qrafın edamı ilə ona aid mülk və torpaqları ələ keçirmişdi. Edmondun oğlu Tomas isə qaynatasından miras aldığı Linkoln qraflığı ilə İngiltərədə ən böyük mülkədara çevrildi. Bu hal isə onu və kiçik qardaşı Henrini İngiltərə kralı olan əmisi oğlu II Eduardla rəqabətə sürüklədi və bu rəqabət Tomasın edamı ilə nəticələndi. Edamın ardından qardaşının mülklərini və ünvanlarını miras alan Henri və ardından oğlu, krala və onun oğlu III Eduarda səltənətləri boyunca xidmət göstərdilər. Lankaster sülaləsinin ikinci qolu isə ilk soyun varisi ilə (Lankasterli Blanş) evlənən Gentli Conun şəcərəsindən gəlməkdədir. Belə ki, İngiltərə kralı III Eduard sələflərindən fərqli olaraq övladlarını zəngin ingilis əsilzadələriylə evləndirdi.