Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suliddin Həsənov
Natrium sulfid
Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir. Kimyəvi formulu- Na2S. Natrium sulfid-oksigensiz duzdur. Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır. Na2SO4+4H2→Na2S+4H2O Na2SO4+4C→Na2S+4CO Na2SO4+4CO→ Na2S+4CO2 Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir.
Suliddin Həsənov (Şəhid)
Suliddin Abbas oğlu Həsənov (1 yanvar 1972, Qoşabulaq, Gədəbəy rayonu – 17 oktyabr 1993, Yusifcanlı, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi. Həsənov Suliddin Abbas oğlu 1972-ci il yanvar ayının 1-də Gədəbəy rayonun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olub. 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1990–1991-ci illərdə Rusiyaya hərbi xidmətə gedib. Qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq Qarabağ hərbi hissəsinə döyüş bölgəsinə gəlib. 1993-cü il 17 oktyabrda Ağdamın Yusifcanlı kəndində şəhid olub. Qoşabulaq kənd 2 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yollanan Suliddin məqsədinə nail ola bilmir. 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. == Həmçinin bax == Hava Təbii qaz Fumarollar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Qurğuşun(II) sulfid
Qurğuşun(II) sulfid PbS formullu mürəkkəb qeyri-üzvi maddədir.O, elektron qurğularda az istifadə olunur.PbS həmçinin qalenit də adlanır. Qurğuşun ionlarını həll etmək üçün sulfid duzları və ya hidrogen-sulfid alavə olunur.