Stronsium
Stronsium (Sr) – Stronsium öz adını Şotlandiyanın Stronşian kəndinin (latın sözü "Strontion" – Şotlandiya deməkdir) adından götürülüb. 1787-ci ildə bu kəndin yaxınlığında mineral aşkar olunmuşdur ki, 1790-cı ildə şotlandiya həkimi A. Krouford əvvəllər məlum olmayan "torpağı" ayırmışdır. Metallik stronsium ilk dəfə olaraq ingilis kimyaçısı Q. Devi tərəfindən 1808-ci ildə alınmışdır.
D. İ. Mendeleyevin elementlərin dövri sistemində 38-ci element. Rəngli televiziyalar üçün görüntü balonlarının və dəmir əsaslı maqnitlərin istehsalında, sinkin saflaşdırılmasında, işıqfor gilizlərində və fişənglərdə qırmızı rəngin əldə edilməsində istifadə edilir. Nüvə batareyaları və fosforlu boyaların hazırlanmasında da bu elementdən istifadə edirlər. Stronsium titanat, yüksək bir qırılma indisinə və almazdan daha geniş bir optik dağılıma sahib olması səbəbiylə, cəlb edici bir optik maddədir. Stronsium mikroorqanizmlərin, bitkilərin və heyvanların tərkib hissəsidir. Dəniz yosunlarının quru maddəyə görə qramında 26–140 mq, yerüstü bitkilərdə 2,6 mq-a yaxın olur. Müxtəlif orqanizmlərin stronsiumu toplaması təkcə onların növündən, xüsusiliyindən deyil, həm də stronsium və digər elementlərin, başlıca olaraq kalsium və fosforun ətraf mühitdə nisbətindən asılı olur.