Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tövsiyə məktubları
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Tövsiyə məktubu
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Övliya
Övliya (ərəb. أولياء‎), tək halda. vəli — Sufizmdə müqəddəs şəxs. == Ümumi məlumat == Övliya bir Təsəvvüf termini olub Allahın dostu anlamında işlənir. Allahın övliyaların sifəti (xüsusiyyətləri) Allahın aşağıdakı ayədə göstərdiyi kimidir: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər" Allahın övliyaları Allaha iman gətirib bu sifətləri ilə Allahdan qorxmalı idilər. Kim ki, iman və təqva sifəti ilə xüsusiləşdirilsə o Allahın övliyasıdır (yəni dostudur) və bu hər bir müsəlmananın imanına, Allahdan olan təqvasına görə insanda insana fərqlənir. Müsəlmanlar Allahın övliyalarıdır. Onlar – Əlhəmdulilləh – nə qədər ki, müsəlmanlar yer üzündə olubsa, onlar da hər zamanda olublar və olacaqlar. Allahın dostu olmaq müsəlmanların sifətidir.
Tövlə
Tövlə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırkı adı düzdür və söz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki Çuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib.
Fövziyə Sultan
Fövziyə Sultan (28 oktyabr 1928, Paris – 9 aprel 2014, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fövziyə Sultan 28 oktyabr 1928-ci ildə — Osmanlı səltənətinin ləğvindən 6 il sonra Parisdə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun boşnaq əsilli son xanımı Hayriyə xanımdır. Uşaqlıq illəri ailəsiylə birlikdə sürgündə keçən Fövziyə Sultan hələ 3 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq öncə Nitsaya, daha sonra isə Qahirəyə getdi. Burada anası Seyfulin adlı bir tatarla evləndi və ögey atası tərəfindən sevgiylə böyüdüldü. Burada xədiv İsmayıl Paşanın oğlu İbrahim Hilmi Paşanın xanımı Vicdan xanımla yaxın münasibət qurdu və bu vasitə ilə Misir kral ailəsinə daxil oldu. Bu illər ərzində Sorbonna Universitetində jurnalistika və sosiologiya üzrə təhsil alan Fövziyə Sultan eyni universitetin ingilis-fransız dilləri üzrə sinxron tərcüməçilik bölümünü də bitirmişdir. 1951-ci ildə Fövziyə Sultan Misir xədivi Hüseyn Kamilin qızı Qədriyə Sultanın (d. 1888 — ö. 1955) oğlu Məhəmməd Hüseyn Xeyri bəylə evləndi.
Qırxlar (övliya)
Övliya Çələbi
Övliya Çələbi (Osmanlı dili: اوليا چلبي; 25 mart 1611[…], Konstantinopol – 1682[…], Qahirə) — XVII əsrin qabaqcıl səyyahlarından və nəsr yaradıcılarındandır. Əlli ildən çoxAvropa, Qərbi Asiya və Misirdə olub və "Səyahətnamə" adlı 10 cildlik əsərdə gördüklərini toplayıb. Tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir. == Haqqında == Çələbi ailəsi əslən Kütahyadan idi və fəthdən sonra İstanbulda məskunlaşdı və zaman-zaman Kütahyada qaldı. İstanbulun fəthi zamanı Övliya Çələbinin babası Qara Əhmet bəyin babası Yavuz Özbek (Er), II Mehmedin basqınçılarından biri idi və fəth qənimətləri ilə Unkapanıda yüz dükan və bir məscid ilə bir ev tikdi. Əvvəllər Sağrıcılar məscidi kimi tanınan bu məscid Yavuz Sinan məscididir. Övliya Çələbinin babası olan Qara Əhməd bəy Kütahyada evlərin qarşısındakı türbədə dəfn edilmişdi. Atası Dervis Mehmed Zilli, I Süleymandan Əhməd I-yə qədər olan sülalələrin zərgəri olmuş, bir çox səfərlərdə iştirak etmiş və çox yaşlı ikən vəfat etmişdir. Anası Abxazlardan idi. Anasının bacısı Mələk Əhməd Paşanın anası olduğu üçün Mələk Əhməd Paşanın himayəsində idi.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.1941-ci ildə ildə Məhəmməd Rza Pəhləvi şah elan edilmişdir. Eyni zamanda şah və həyat yoldaşının ailə həyatı dağılmağa başlamışdır.
Tövlə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səyahətnamə (Övliya Çələbi)
Səyahətnamə və ya Övliya Çələbi Səyahətnaməsi— Övliya Çələbinin XVII əsrdə yazdığı bir səyahət kitabıdır. On cilddən ibarətdir. Səyahətnamə ilk dəfə 1848-ci ildə "Müntehâbat-ı Evliya Çelebi" adı ilə Qahirə Bulak çap evində nəşr edilmişdir. İkdam qəzetinin sahibi Əhməd Cövdət bəy və Nəcib Asim bəy 1896-cı ildə İstanbulda Pertev Paşa Kitabxanasındakı nüsxəyə əsaslanaraq çap etməyə başladılar. 1902-ci ilə qədər yalnız ilk altı cild nəşr olunurdu. Yeddinci və səkkizinci cildlər Türk Tarix Komitəsi tərəfindən 1928-ci ildə, doqquzuncu və onuncu cildlər isə 1935-1938-ci illərdə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi tərəfindən yeni hərflərlə nəşr edildi. Səyahətnamə 1814-cü ildə Hammer tərəfindən kəşf edildikdən sonra bir çox əcnəbi alim Çələbi haqqında araşdırma apardı və əsərləri bir çox dilə tərcümə edilərək nəşr olundu. Orxan Şaiq Gökyay 1996-cı ildə "Səyahətnamə"nin ilk cildini Latın əlifbasına çevirdi və bu tarixdən sonra əsər daha çox insan tərəfindən öyrənilməyə başlandı2013-cü ilin iyun ayında UNESCO-nun Dünya Yaddaşı Siyahısına daxil edilmişdir. == Məzmunu == Realist bir gözlə izlənilən hadisələr sadə və aydın, bəzən də fantastik bir povestlə, xalqın anlaya biləcəyi şəkildə yazılmış və xalqın anlaya biləcəyi deyimlərdən çox istifadə edilmişdir. Övliya Çələbi, Səyahətnaməsində gəzdiyi və gördüyü yerləri öz üslubunda təsvir edən 17-ci əsrin nadir yazıçılarından biridir.
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi — 2023-cü ildə Qarabağda döyüşlərdən və Dağlıq Qarabağ regionunun Azərbaycanın nəzarətinə keçməsindən sonra orada yaşayan ermənilərin Ermənistana təxliyə edilməsi. Onların çoxunun Ermənistana getməsinin səbəbi Azərbaycanda təqib və etnik təmizləmə qorxusu ilə qarşılaşmaları olmuşdur.[mənbə göstərin] == Zəmin == 2023-cü ilin sentyabrında Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bundan sonra Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin Ermənistana qaçmağa başlamışdır. == Təxliyə == Hərbi əməliyyatların birinci saatlarından Rusiya Sülhməramlı Kontingenti Ağdərə rayonu, Xocalı rayonu və Xocavənd rayonundan ümumi olaraq 5,000-dən çox ermənini sülhməramlıların hərbi hissələrinə təxliyə etmişdir. 22 sentyabrda təxliyyə prosesini şərh edən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan "onların öz evlərinə qayıtmaq üçün real şanslarının olmadığını, Azərbaycanın beynəlxalq ictimaiyyətə yalan danışmağa davam elədiyini" bildirdi və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməyə çağırmışdır.24 sentyabr ilk qaçqınlar qrupu Kornidzor sərhəd məntəqəsindən keçərək Ermənistana çatmışdır. 25 sentyabr saat 06:00-a olan rəsmi məlumatlara əsasən Dağlıq Qarabağdan Ermənistana 2,906 insan gəlmişdi. Onlardan 1000 nəfəri seçdiyi yaşayış yerinə gedib, 1100 nəfəri isə düşərgələrə aparılmışdır. Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Artaq Berqlyan baş verənləri soyqırım və nifrət siyasəti adlandırdı, Rusiya sülhməramlılarını vəzifələrinin öhdəsindən gələ bilmədiyini qeyd elədi. 25 sentyabr saat 18:00-a olan rəsmi məlumatlara əsasən isə Dağlıq Qarabağdan Ermənistana gələn insanların sayı 6650 oldu.27 sentyabr tarixinə kimi Dağlıq Qarabağ əhalisinin üçdə biri, yəni 42,500 nəfər Ermənistana təxliyə edilmişdir.Sentyabrın 30-da qaçqınların sayı 100 min nəfəri keçib.
Doliye buzlağı
Doliye buzlağı (bolq. ледник Долие, ‘Lednik Dolie’ \'led-nik do-'li-e\) — 9.5 km uzunluğu, 2.4 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq MakKanse buzlağından cənub-qərbdə, Blaqun buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Liebiq zirvəsindən şimal-qərbdə yerləşmişdir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Doliye şəhərinin adını daşıyır. == Yerləşməsi == Doliye buzlağı 66°48′10″ c. e. 65°58′40″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Novıye Matı (Bakalı)
Novıye Matı (başq. Яңы Маты, rus. Новые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 21 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (62 %) üstünlük təşkil edir.