Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Müləmmə
Müləmmə — hər misrası, yaxud beyti başqa-başqa dillərdə yazılmış şeir formasıdır. C.Ruminin "Mahəst nəmidanəm Xurşid ruhət ya nə" müləmməsi fars və türk dillərində yazılmış misralardan ibarətdir.
Ekstremal ütüləmə
Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir. Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir. Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var. == Tarix == Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi.
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013-cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Tüleyhə
Tüleyhə (ərəb. ﻃﻠﻴﺤـة ﺑﻦ ﺧﻮﻳﻠﺪ ﺍلاﺳﺪﻱ‎) — Əsəd qəbiləsinin lideri və Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. 7-ci əsrdə Ərəbistandakı peyğəmbərlik hərəkatının xarakterik simalarından biri Tüleyhə Əsəd qəbiləsinin hərbi liderlərindən biri idi. 626 və 627-ci illərdə müsəlmanlarla döyüşlərdə iştirak etmişdir. O, fərasəti və gələcəyi proqnozlaşdırmaq bacarığı ilə məşhur idi. 631-32-ci illərdə Tüleyhə özünü peyğəmbər elan edir, ərəblərin gələcək qələbələri, xüsusən də Suriya və İraqı fəth etmələri haqqında peyğəmbərlik etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra fəaliyyətini gücləndirir, Əsəd, Fəzar və Tay qəbilələrinin bir hissəsini İslamdan müvəqqəti uzaqlaşmağa müvəffəq olur. Onun fəaliyyəti gənc müsəlman dövləti üçün təhlükə yaradır. Xalid ibn Vəlidin komandanlığı ilə ona qarşı göndərilən qoşunlar onun ordusunu məğlub edir. Qaçan Tüleyhə sonradan tövbə edərək İslamı qəbul edir.
Ulənde (Əbyəlil)
Ulənde kəndi (başq. Үләнде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ulənde kəndinin milli tərkibi: başqırdlar 75 %. Məsafələr: rayon mərkəzindən (Askar): 56 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. Совет муниципальных образований Республики Башкортостан.
Tübənqe Əbdrəş (Əbyəlil)
Tübənqe Əbdrəş kəndi (başq. Түбәнге Әбдрәш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tübənqe Əbdrəş kəndinin milli tərkibi: başqırdlar 98%. Məsafələr: rayon mərkəzindən (Askorovo): 58 km., kənd sovetliyindən (Alməhəmməd): 8 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası):12 km. Совет муниципальных образований Республики Башкортостан.
Tülen adaları
Tülen adaları (qaz. Түлен аралдары) və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, Ribaçiy Suiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir. 1667-ci ilik yayında Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır.
Tüleni (Oxot dənizi)
Tüleni adası — Oxot dənizinin cənub-qərbində, Saxalin adasınsa yerləşən Terpeniya burnundan 12 cənub-qərbdə yerləşən ada. Ada kifayət qədər kiçikdir: uzunluğu 636 metr, eni 40-90 metr arasında dəyişir. Sahəsi 0,053 km², maksimal hündürlüyü isə 18 metrdir. Ada ilk dəfə 1643-cü ildə holland səyyahı Maarten Qerritsen De Friz tərəfindən kəşf edilmişdir. İnzibati cəhətdən Saxalin vilayəti Poronay vilayəti ərazisinə daxildir. Sahilləri terrasvaridir. Ada ərazisində dəniz şirlərinin yerləşim yerləri vardır. Ada dəniz şirlərinin yerləşim yerləri olması 1852-ci ildə balina ovçuları tərəfindən müəyyən edilmişdir. Artıq XIX əsrin sonlarına qədər minlələr baş canlı ovlanılırdı. Nəticəfə heyvanların sayında kütləvi azalma müşahidə olunurdu.
Qulerme Ximenez de Souza
Qulerme Ximenez de Souza (18 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Ximenez kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda müdafiənin sağ cinahında oynayırdı. Ximenez LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri olmuşdur. Ximenez San-Paulu ştatının Ribeyrao Plato şəhərində anadan olmuşdur. Ximenez gənclik illərində Ole Brazil və Komersial-SP klublarında çıxış etmişdir. 2013-cü ilin ortalarından əsas komandada da iştirak etməyə başlamışdır. Öz peşəkar karyerasında debütünü həmin ilin 21 iyul tarixində Paulista Kuboku çərçivəsində İndipendente de Limeyra klubu ilə oyunda etmişdir. Həmin görüşdə klubu 0-0 heç-heçə etmişdir. Ximenez ödənilməmiş əmək haqqı ilə bağlı olaraq 17 aprel 2014-cü ildə klub ilə müqavilə təxirə salır. 2014 Paulista Çempionatında Ximenez sadəcə iki dəfə ehtiyat oyunçular skamyasında yer almışdır.