Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhmuraz (Bicar)
Təhmuraz (fars. طهمورث‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Əmir Təhmuras
Əmir Təhmuras Dərbəndi (v. 4 mart 1459) — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi. == Həyatı == Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır: Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.
II Teymuraz
II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik şeirlər yazırdı. Kartli-Kaxeti çarı I İraklinin oğludur. 1744-cü ildə II Teymurazın oğlu II İrakli Kaxetiya çarı oldu və Şərqi Gürcüstanı birləşdirdi. == Gənclik illəri == I İrakli Baqrationinin və Anna Çolokaşvilinin 12-ci övladı olaraq dünyaya gəlmişdi. 1709–1715-ci illərdə Teymuraz anası ilə birlikdə qardaşı II Davidin yerinə qəyyum olaraq hökm sürmüşdü. 1732-ci ildə Osmanlı ordusu digər qardaşı II Konstantin Baqrationini öldürüb Kaxetiyanı işğal etdikdən sonra Teymuraz dağlara qaçdı. 3 il sonra Nadir şahın Osmanlını məğlub etməsi münasibətilə geriyə dönən Teymuraz İrəvana, şahın iqamətgahına getdi.
I Teymuraz
I Teymuraz (gürc. II თეიმურაზ; 1589, Tiflis – 1663, Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir. == Həyatı == Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu. I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu.
Teymuraz Şaraşenidze
Teymuraz Şaraşenidze (2 yanvar 1952, Tbilisi) — Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011 — 28 iyun 2018).
Teymuraz Cugeli
Qaqamaru Masaru (臥牙丸 勝, 23 fevral 1987, Tbilisi) və ya əsl adı ilə Teymuraz Cugeli (gürc. თეიმურაზ ჯუღელი) – əslən Gürcüstandan olan keçmiş peşəkar sumoçu. Kokkay və Toçinoşindən sonra makuuçi diviziyasına yüksəlmiş üçüncü Gürcüstan sumoçusudur. Peşəkar sumoçu kimi ilk qarşılaşmasına 2005-ci ilin noyabrında çıxmışdır. 2009-cu ilin noyabrında curyo diviziyasına, 2010-cu ilin iyulunda makuuçi diviziyasına yüksəlmişdir. Ən yüksək dərəcəsi komusubi olmuşdur. İki dəfə "Döyüşkən ruh" mükafatını qazanmışdır. 2020-ci ildə zədələndikdən sonra uzun müddət turnirlərdən kənar qalmış və karyerasını bitirdiyini açıqlamışdır. == İlk illəri == Cugeli Gürcüstanın paytaxtı Tbilisidə doğulmuşdur. Cüdo və sambo ilə məşğul olmuş, 16 yaşında hər iki idman növü üzrə milli çempionatların qalibi olmuşdur.
Taymuraz Bolloyev
Taymuraz Kazbekoviç Bolloyev (d. 28 fevral 1953) — “Baltika” Pivə İstehsalı Kombinatının prezidenti; Braziliya Federativ Respublikasının fəxri konsulu. == Haqqında == Taymuraz Bolloyev 28 fevral 1953-cü ildə Şimali Osetiya MSSR-də Xaznidon kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunda pivə istehsalı və qıcqırma prosesləri ixtisasına yiyələnmişdir (1980). Əmək fəaliyyətinə Stepan Razin adına Leninqrad Pivə İstehsalı Zavodunda başlamış, növbə ustası, mexanik, sex rəisi, baş pivə ustası vəzifələrində işləmişdir. 1984-1987-ci illər ərzində Leninqrad vilayəti Vsevolysk Sənaye Kombinatında direktor, 1987-1991-ci illərdə isə baş texnoloq olmuşdur. İsveç kreditinin köməyi ilə şəhər hakimiyyəti tərəfindən yaradılmış “Baltika” Pivə İstehsalı Kombinatında 1991-ci ildən direktor, 1992-2001-ci illərdə baş direktor olub. 2001-ci ildən “Baltika” Pivə İstehsalı Kombinatının prezidentidir. Kombinatda sürətli iqtisadi inkişaf V.Putinin himayəsi sayəsində mümkün olmuşdur. Onları bir-birinə bağlayan həm də güləşə maraq olub.
Şahmuraz Hümbətzadə
Şahmuraz Qasımov
Şahmuraz Qasımov (1971 və ya 8 aprel 1971, Kirovabad) — azərbaycanlı samboçu. Avropa (1996) və dünya (1997) çempionu. == Həyatı == 1971-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır. Avropa (1996) və dünya (1997) çempionudur. O, Avropa çempionatı yarışlarında 1992, 1993, 1995-ci illərdə III, 1997-1999-cu illərdə II yerə, dünya çempionatlarında isə 1992-1993-cü illərdə III, 1994-1995-ci illərdə II, 1996-cı ildə isə III yerə çıxmışdır.
Taleh Abdullayev (Temraz oğlu)