TƏHMURAS

at cinsli; bədəncə güclü. Ad əslində türk mənşəlidir, “teymur” (dəmir) və “as” sözlərindən düzəlmiş “dəmir aslan” mənasındadır.
TƏHMİRAZ
TƏHMURAZ
OBASTAN VİKİ
Əmir Təhmuras
Əmir Təhmuras Dərbəndi (v. 4 mart 1459) — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi. == Həyatı == Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır: Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.