Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Əsaslar" əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. == Tərcümə və nəşr == Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda, Ulduz nəşriyyatında çap olunmuşdur.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Təhrir meydanı
Təhrir meydanı(ərəb. ميدان التحرير‎ Mīdān at-Taḥrīr, ing. Liberation Square)- Azadlıq meydanı anlamını daşıyan meydan, Misirin paytaxtı Qahirədə yerləşir.
Pakistan Təhriki Təliban
Pakistan Təhriki Təliban Pakistan-Əfqanıstan sərhəddində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx)Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Təbrizi
Təbrizi — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi Mirzə Məhəmməd Təbrizi • Əbülfət Təbrizi • Sadəddin Əbulqasim Təbrizi — Sufi Ələddin Həkim Təbrizi Əbu Talib Təbrizi Ağa Seyid Əli Təbrizi Səvvab Təbrizi Fəzl ibn Hatim Neyrizi Təbrizi Əzhər Təbrizi Bədrəddin Təbrizi memar Əssar Təbrizi Təsir Təbrizi - Şair Mühzəbəddin Təbrizi XII əsr həkim Əlişah Təbrizi Memar, vəzir Abdulla Seyrafi Təbrizi — XIV əsr xəttat. Şəms Təbrizi — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi və şairi. Mircan Təbrizi — Sufi Mirzə Saleh Təbrizi — şair, şeyxülislam Fədai Təbrizi Əlirza Təbrizi Mirzə Əli Təbrizi Həqiri Təbrizi — şair Məczub Təbrizi — şair Saib Təbrizi — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan şair. Hümam Təbrizi — şair, xəttat. Əhməd bin Şəmsəddin Məhəmməd Təbrizi — xəttat. Əbu Talib xan Təbrizi — təzrikəçi Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi — təzrikəçi Məhəmməd Bəndduz Təbrizi — xəttat. Mirzə Əli Siqqətülislam Təbrizi — İran Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair. Cəfər Təbrizi — xəttat. Xətib Təbrizi — XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikoloqiya elminin banilərindən biri.
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. == Ümumi məlumat == Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Təhrif
Təhrif - hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Arif Təbrizi
Arif Təbrizi (XVIII əsr, Təbriz – 1805, Təbriz) — Azərbaycanın görkəmli şairlərindən biri. Qəzəllərində iztirab, həsrət motivləri güclüdür. Şeirlərinin bir hissəsi Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı kitabında toplanmışdır.
Atkins pəhrizi
Atkins pəhrizi — əsasən karbohidrata söykənən pəhriz. Atkins pəhrizi beyni kiçildir. Bundan başqa, bu pəhrizə davam edənlərin alzheimer xəstəliyinə tutulma riskləri də artır. Nyu-Yorkda olan “Mount Sinas” tibb mərkəzində aparılan araşdırmaya görə, zəngin karbohidrat pəhrizi saxlayanların beynində digər pəhriz saxlayanlarla müqayisədə 5 faiz ətrafında daralma baş verir. Yüksək karbohidrat beynin yaddaş hissəsinin inkişafına mane olur. Bu daralmanın nəticəsində alzheimer kimi xəstəliklər baş qaldıra bilir.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Behruz Təbrizi
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bulaqbaşı kəhrizi
Bulaqbaşı kəhrizi — Sədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz. == Ümumi məlumat == Sədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir.
Bədrəddin Təbrizi
Bədrəddin Təbrizi - Mənşəcə Azərbaycan türklərindən olan, memar Təbrizli Bədrəddin 1273-1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir.
Cəfər Təbrizi
Cəfər xan Çubəndi Mirzə Cəfər Əli oğlu Təbrizi – Mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycanın böyük xəttatlarından biri, nəstəliq, təliq və süls xəttləri ilə yanaşı həm də klassik xəttlərdə yazmağı bacaran onlarla məşhur xəttatın müəllimidir. == Həyatı == XV əsrin ən görkəmli xəttatlarından sayılan Cəfər Təbrizi nəstəliq xəttini Xorasan və Türkistanda böyük şöhrət qazanmış "Şəkəri qələm" ləqəbli görkəmli Azərbaycan xəttatı Mir Abdulla Təbrizidən öyrənmişdi. Cəfərin həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə düşür. Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı, Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərir. Bir müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Burada Cəfəri daim Şahruxun oğlu Baysunqurun yanında görmək olardı. Belə ki, sənətə və sənətkara böyük hörmət bəsləyən şahzadə Cəfər Təbrizini öz himayəsi altına götürmüşdü. Bununla əlaqədar Cəfərə Baysunquri təxəllüsü də verilmişdi. Orta əsr mənbələrinin göstərdiyinə görə, Baysunqur Mirzənin yanında işlərkən Cəfər Təbrizi kiçik bir kitabxana-emalatxanaya rəhbərlik edirdi. Burada 40-a yaxın xəttat əlyazmaların üzünü köçürməklə məşğul olurdu.
Cəlaləddin Təbrizi
Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz – 1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri. == Həyatı == Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur. Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir:Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi.
Cəmali Təbrizi
Cəmali Təbrizi — XV əsr azərbaycan şairi == Həyatı == == Yaradıcılığı == Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir.
Fədai Təbrizi
Fədai Təbrizi-XVI əsrdə yaşamış Azərbaycan şairi.Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur.Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur.Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır.Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil.Ədəbiyyatımızda "Bəxtiyarnamə" əsərinin müəllifi kimi məşhur olmuşdur.Şairin bizə çatan yeganə əsəri də budur. == Bəxtiyarnamə == "Bəxtiyarnamə" poeması Fədai Təbrizinin tanınmış əsərlərindən biridir.Əsər poema janrındadır və Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqiyə həsr olunmuşdur. Əsərin məzmunu belədir:Azadbəxt adlı hökmdar ordunun əmirinin qızı Gülcamalı qaçırır və ona evlənir.Gülcamal hökmdardan uşaq dünyaya gətirir.Lakin döyüşə gedən hökmdar düşmən qabağından qaçmalı olur və oğlu düşmənlərə əsir düşür.İllər sonra müharibəni udan Azadbəxt düşməni məğlub edir və çoxlu əsir götürür.Əsirlərin içində onun oğlu da var və düşmən oğlana Xudadat adlı vermişdir.Azadbəxt oğlanı və daşmənləri bağışlayır,oğlana Bəxtiyar adı verib,sarayda ona vəzifə verir.Vəzirlərin buna paxıllığı tutur və Bəxtiyarı tələyə salırlar.Bu zaman hökmdarın arvadı Gülcamalın da adı vəzirlərin qurduğu tələdə hallanır və o məcburən gəncə iftira atmalı olur.Şah Bəxtiyarın edamı haqqında fərman verir.Lakin sonda,edama aparılan zaman Bəxtiyar haqqında hər şeyi bilən bir insan əhvalatı hökmdara danışır və Bəxtiyar xilas olur.Şah yerini Bəxtiyara verir və bununla da əsər bitir.Əsərdə Bəxtiyarın dilindən rəvayətlər də verilmişdir ki,bu da əsəri zənginləşdirir.Ümumilikdə "Bəxtiyarnamə" əsəri anadilli ədəbiyyatımızın ən dəyərli nümunələrindən biridir.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
Giriş təhlili
Giriş təhlili, təşkilatların, müəssisələrin və ya şəbəkələrin müxtəlif riskləri proaktiv və reaktiv şəkildə azaltmaqda kömək üçün kompüter tərəfindən yaradılan qeydlərin təhlili üçün istifadə olunan termindir. Qeydlər şəbəkə cihazları, əməliyyat sistemləri, tətbiqetmələr və hər cür ağıllı və ya proqramlaşdırıla bilən cihaz tərəfindən yayılır. Qeydlər fayllara yönəldilə bilər və diskdə saxlanıla bilər və ya şəbəkə axını kimi bir günlük kollektoruna yönəldilə bilər. Yazılar, bir proqramın işlənməsi və ya istifadəçilərin axtarış sistemi kimi bir sistemlə necə qarşılıqlı əlaqədə olduqlarını başa düşmək üçün proqram təminatçıları tərəfindən tez-tez yaradılır. Giriş mesajının formatı və ya məzmunu həmişə tam sənədləşdirilə bilməz. Əksər təşkilatlar və müəssisələrdən təhlükəsizlik və uyğunluq qaydalarının bir hissəsi olaraq məlumatların qeyd edilməsi və giriş təhlili aparmaq tələb olunur. Giriş təhlili problem diaqnozunu, həll müddətini azaltmağa və tətbiqlərin və infrastrukturun effektiv idarə olunmasına kömək edir. Giriş təhlili komponentləri qurulmamış məlumatlardan əsas səbəblərini müəyyən etmək üçün tandemdə işləyir. Mütəmadi giriş təhlili müxtəlif risklərin azaldılmasına və qarşısını almağa kömək edir. Baş verənlərin, səbəbi və təsirləri təyin edən amillərin sübutlarını verir.
Hümam Təbrizi
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. == Həyatı == Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Hüseyn Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Həmidə kəhrizi
Həmidə kəhrizi-hidronimi Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Həmidə kəhrizi hidronimi Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində qeydə alınıb. Bu kıhrizi dövrünün görkəmli ziyalısı, maarifçisi,xeyriyyəçi Həmidə xanım Cəlil Məmmədquluzadə (1873-1955) çəkdirdiyi üçün kəhriz də onun adı ilə adlandırılmışdır. Həmidə xanım görkəmli maarifçi, yazıçı, publisist Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.
Həqiri Təbrizi
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. == "Leyli və Məcnun" əsəri == Yeganə əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində saxlanılır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə saxlanan fotosurəti var. Bu əlyazma haqqında elm aləminə ilk məlumatı 1888-ci ildə görkəmli ingilis Şərqşünası Ç.Riyo vermişdir. Həqiri əsərin yazılma tarixini maddeyi-tarixlə qeyd etmişdir. Şair bunu əbcəd hesabı ilə aşağıdakı misralarda vermişdir. Verilən bənddən məlum olur ki, şair əsərini hicri tarixi ilə 931-ci ildə, rəcəb ayının adna axşamı günü yazmağa başlayıb.
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani - Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda - İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq - haramdır" - Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.