Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Təpəbaş
Təpəbaş (lat. Aparasphenodon) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Zəfəran
Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.
Adi zəfəran
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Hərəkiyan (Şəpiran)
Hərəkiyan (fars. هركيان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (96 ailə).
Məfəran (Urmiya)
Məfəran (fars. ‎‎‎مافران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (57 ailə).
Təpərəş (Qoşaçay)
Təpərəş (fars. تپه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 644 nəfər yaşayır (151 ailə).
Zəfəran (1976)
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Zəfəran (dəqiqləşdirmə)
Zəfəran — süsənkimilər fəsiləsinə aid bitki cinsi. Zəfəran (Sabunçu) — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəfəran (Qəzvin) — İranda kənd. Zəfəran (film, 1976) — film.
Tempera
Tempera (yumurta temperası kimi də adlandırlır)— suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət olan davamlı, tez-quruyan rəssamlıq texnikasıdır (yapışqanlı maddə kimi adətən yumurta sarısı və ya digər xüsusi maddələr istifadə edilir). Tempera rəsmləri uzunmüddət yaxşı vəziyyətdə qala bilir və bunlara hələ bizim eranın birinci əsrlərində mövcud olmuş rəsmlər nümunə ola bilər. Yumurta temperası 1500-cü illərdən sonraya qədər də rəssamlıqda əsas üsul idi, ancaq yağlı boyakarlığın kəşfi yumurta temperasını əvəz etdi. Bir qayda olaraq, poster boyası kimi ABŞ-də istifadə olunan yapışqan maddəli və piqmentlərdən ibarət boya tez-tez "tempera boyası" adlanır. Bu boya ənənəvi tempera boyasından yapışdırıcı və xüsusi maddələrin olması ilə fərqlənir. == Tarixi == Tempera rəssamlığına aid nümunələr qədim Misirdə sarkofaq üzərindəki bəzəklərdə tapılıb. Fayum mumiya portretlərinin çoxunda tempera, bəzən isə enkaustika boyakarlığının (isti mum boyakarlığı) birləşməsindən istifadə olunub. Müvafiq rəssamlıq texnikası Hindistanın daş məbədlərində və bir neçə mağaralarında tapılmış qədim və erkən orta əsr rəsmlərində də istifadə olunmuşdur. Temperanın köməyi ilə yüksək keyfiyyətli incəsənət nümunələri eramızın IV və X əsrlərində Baq mağarasında və eramızın VII əsrində Orissadakı Ravan Chhaya qaya sığınacağında yaradılıb. Bu rəssamlıq texnikası Avropada orta və erkən intibah dövrü və Bizans cəmiyyətində panel boyakarlığı və İllüminati əlyazmalarında istifadə olunan əsas vasitə idi.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Mədəciklərarası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru. == Patoanatomiyası == Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Yerləşməsinə görə təsnifatı: Paramemmbranoz qüsur – tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur. Qıfvari və ya subarterial ikili qüsur, aortal qapaq yaxınlığında sağ mədəciyə aparan ya açılan trakta yerləşmiş olur. Çıxacaq şöbəsinin və ya atrioventrikulyar kanalın qüsuru, mədəciklərarası çəpərin arxa hissəsində, üçtaylı qapağın çəpər qapaqcığının altında yerləşmiş olur. Əyələvi hissənin qüsuru, adətən çoxdəlikli olub, çəpərin trabekulyar və zirvə hissələrində yerləşmiş olur. Mədəciklərin hipertrofiya ya böyümə dərəcəsi şunt vasitəsilə atılan qanın həcmindən və ağciyər hipertenziyasından asılıdır. == Patofiziologiyası == Funksional pozğunluq qüsurun ölçüsü və ağciyər damar şəbəkəsinin vəziyyətindən asılı olaraq qiymətləndirilir. Kiçik qüsur (0,5 sm²/m² az olduqda) qanın cərəyanına böyük müqavimət göstərmiş olur.
Qulaqcıqlararası çəpərin qüsuru
Qulaqcıqlararası çəpərin qüsuru — geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir. == Patoanatomiyası == Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar: lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşayiət olunur. lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir. lat.
Zəfəran (film, 1976)
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). == Həyatı == Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.
Təpən (Əbyəlil)
Təpən kəndi (başq. Тәпән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Təpən kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., kənd sovetliyindən (İşkol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Təran (Sərab)
Təran (fars. طاران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (94 ailə).
Tehran
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 km², əhalisinin sayı 2006-cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-cı ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (42 ailə).
Pyetro Tenerani
Pyetro Tenerani (it. Pietro Tenerani; doğum 11 noyabr 1789, Torano, İtaliya - ölüm 14 dekabr 1869, Roma, İtaliya) — Neoklassisizm üslubunda işləmiş italyan heykəltaraş. == Bioqrafiyası == Pyetro Tenerani Karara yaxınlığındakı Torano şəhərində anadan olmuşdu. O əvvəlcə dayısı Pyetro Marçettinin yanında təlim keçmiş və 1813-cü ildə Romada təhsil üçün təqaüd qazanmışdı. Orada o, Bertel Torvardsenin emalatxanasında təcrübə keçmişdi. 1816-cı ildə o, Florensiyalı Marçesa Lenzoniyə satdığı Tərkdilmiş Ruh heykəlini hazırladı. O, məhsuldar idi və XIX əsrin ortalarında dini mövzularda ixtisaslaşaraq sadə neoklassisizm tərzində işləyirdi. Onun ən məşhur işi Romada Papa VII Piy üçün hazırladığı abidə idi. O, Vatikanda Alfons Liquotiyə əzəmətli heykəl hazırlamışdı. Pyetro Tenerani Neapolda San Fransesko di Paola və Bazilika Ostiensdə San Benedetto kilsələri üçün Sent Con the Evangelist abidəsini hazırlamışdı.
Veteran (1991)
Aparine tenera
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Tehran Cəfərov
Tehran Nadir oğlu Cəfərov (12 mart 1992; Günəşli, Biləsuvar rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tehran Cəfərov 1992-ci il martın 12-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tehran Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tehran Cəfərov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Günəşli kənd məzarıstanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tehran Kommünikesi
Tehran Kommünikesi (fars. بیانیه تهران‎; erm. Թեհրանի կոմյունիկե) — Tehranda dövlət başçılarının Birgə Bəyanatı olaraq da bilinən, İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə və Azərbaycan Prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən 7 may 1992-ci ildə imzalanan ortaq bildiridir. Ermənistan və Azərbaycan arasında Azərbaycan SSR-in keçmiş muxtar vilayəti olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd ildir davam edən düşmənçiliyə son qoymaq niyyəti ilə imzalanmışdır. == Arxa plan == 1988-ci ilin əvvəllərində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində çıxan qarşıdurma böyümüş və bir çox mülki şəxsin, daxili qoşunların və ordudakı bir çox şəxsin həlak olması ilə nəticələnmişdir. İran tərəfinin təşəbbüsü ilə, Dağlıq Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin normallaşdırılmasına dair diplomatik səylər çərçivəsində Azərbaycan və Ermənistan liderləri 7 may 1992-ci il tarixində danışıqlar üçün Tehrana dəvət edildi. Dəvət İranın başlatdığı sülh səylərinin üçüncü mərhələsi kimi qəbul edildi. İlk vasitəçilik mərhələsi fevral ayında İran elçisi Əli Əkbər Vilayətinin həm Bakıya, həm İrəvana, həm də Qarabağa getməsi ilə başladı, lakin Xocalı soyqırımı və Xocalının Ermənistan qoşunları tərəfindən ələ keçirilməsinə görə dərhal dayandırıldı. Mart ayında İran səfiri Mahmud Vaezinin hər iki ölkəni gəzərək bir neçə görüş keçirməsi və bu ilin mayında Azərbaycan və Ermənistan liderlərinin Tehrana rəsmi dəvət edilməsinə səbəb olan ikinci səy göstərildi. == İmzalanma == Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı hər iki ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən hərbi heyət arasında görüşlərin təşkil ediləcəyi və tərəflər arasındakı bütün mübahisələrin ATƏT-in prinsipi və beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll ediləcəyi razılaşdırıldı.
Tehran Mustafayev
Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. == Həyatı == Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983-1989-cu illərdə orta məktəb müəllimi, 1989-2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994-1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993-1995-ci illərdə AMEA-nın «Elm» qəzetində, 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur. == Elmi fəaliyyəti == 1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. «Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)» mövzusunda namizədlik (1990), «XX əsr Azərbaycan nəsrinin poetikası» mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir.Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə «Ədəbiyyat və incəsənət», «Elm», «Qala», «Mübarizə», «Yeni müsavat» qəzetlərində görünmüşdür.
Tehran Mənsimov
Tehran Cavid oğlu Mənsimov (24 avqust 1972, Düztahir, Qusar rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Vətən müharibəsi iştirakçısı. == Həyatı == Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılıb, Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edib. 40-a yaxın millətin nümayəndəsinin xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olub. Bu qoşun növündə əlbəyaxa döyüş fəndlərini bilmək vacib imiş. Əlbəyaxa döyüş üzrə Düşənbədə təşkil olunan hərbi dairə birinciliyində altı ayın əsgəri olsa da, bütün rəqiblərinə qalib gələrək finala çıxıb, finalda isə erməni rəqibini məğlub edib. Bu uğuruna görə hərbi hissənin rəhbərliyi tərəfindən mükafatlandırılıb və Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilib. Burada da fiziki hazırlığına və bilik səviyyəsinə görə fərqlənir. Məktəbdə təhsil alan 347 nəfərdən buranı bitərərkən yalnız ona və başqa bir əsgərə serjant rütbəsi verilir, qalanları isə kiçik serjant olur.
Tehran Universiteti
Tehran Universiteti — İranın paytaxtı Tehran şəhərində yerləşən ali təhsil müəssisəsi Tehran Universitetinin əsası isə 1933-cü ildə qoyulub. Bu, İranın ilk dövlət universiteti və ölkədə ən böyük universitetdir. 1999-cu ilin yayında Tehran Universitetinin tələbələri digər universitetlərə qarşı iğtişaş törətmiş və 6 gündən sonra bu qarışıqlıq yatırılmışdır.