Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarixçi
Tarixçi — tarix üzrə mütəxəssis, tarix elmi ilə məşğul olan alim, tarixşünas. Tarixçilər insan nəsli ilə əlaqəli olaraq keçmiş hadisələrin davamlı, metodik izahı və araşdırılması ilə maraqlanır; həm də bütün tarixin dövrlərini öyrənir. Əgər şəxs yazılı tarixdən əvvəlki hadisələrlə maraqlanırsa, onda o, ibtidai icma quruluşu dövrünün tədqiqatçısıdır. Bəzi tarixçilər nəşrləri və ya təcrübə ilə tanınırlar. "Tarixçi" XIX əsrin sonlarında Almaniyada və başqa yerlərdə tədqiqat universitetləri yaranan zaman peşəkar bir peşəyə çevrildi. == Obyektivlik == İrvinq Penqvin Buks və Lipştadta qarşı məhkəməsi zamanı məhkəmənin kimin "obyektiv tarixçi" olmasını müəyyənləşdirməli olduğu bəlli oldu. Bu da İngilis qanunlarında ənənəvi olaraq istifadə edilən "insan Klepxem omnibus"u deyil deyə şüurlu insan standarı ilə eyni məna daşıyırdı. Bu, obyektiv bir tarixçinin David İrvinqin tətbiq etdiyi qeyri legitim metodlara qarşı əks mövqe qoymaq üçün hüquqi bir müstəvinin olması üçün lazım idi, çünki İrvinq-Pinqvinlər və Lipştadt məhkəməsindən əvvəl obyektiv tarixçi meyarını müəyyənləşdirmək üçün heç bir hüquqi presedent yox idi. Məhkəmədə hakim Çarlz Qrey böyük ölçüdə şahid-ekspert tarixçi Riçard Con Evansın tədqiqatlarına güvənirdi. Evans Holokost inkarçıları tərəfindən tarixi mənbələrin səhv təqdimatı praktikasını müəyyən olunmuş tarixi metodoloji üsullarla müqayisə etmişdir.
Təqibçi
Təqibçi (lat. Porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Təsisçi
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Adi təqibçi
Adi təqibçi (lat. Porzana porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Antenor (tarixçi)
Antenor (q.yun. Ἀντήνωρ) — qədim yunan tarixçisi. Yaşadığı dövr dəqiq məlum deyil. Kritin tarixi haqqında bir əsər yazmışdır. Əsər mükəmməlliyinə görə "Delta" (Δέλτα) adlandırılmışdır.
Aqafangel (tarixçi)
Aqafangel (erm. Ագաթանգեղոս, q.yun. Ἀγαθάγγελος; V əsr – VI əsr) — V əsr erməni tarixçisi. Aqafangel "Ermənistan tarixi" əsərində ermənilərin xristianlığı qəbul etməsi dövründə Ermənistanın daxili vəziyyəti, xristianlığın yayılması, feodal qayda-qanunları və s. barədə məlumat verilir. Əsərdə Qafqaz Albaniyası, albanlar, həmçinin başqa Qafqaz tayfaları və xalqları haqqında da məlumat var. Gürcü və ərəb dillərində variantları qalmışdır. Əsər 1909-cu ildə Tiflisdə erməni dilində (qrabar) nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Краткая литературная энциклопедия / Гл. ред.
Cırtdan təqibçi
Cırtdan təqibçi (lat. Porzana pusilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Kiçik təqibçi
Kiçik təqibçi (lat. Porzana parva) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Məmmədəli Şərifli
Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, 1950-1951-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitu­tu­nun direktoru, 1952-1969-cu illərdə Tarix İnstitutu­nun “Orta əsrlər tarixi” şöbəsinin müdiri. == Həyatı və elmi fəaliyyəti == Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçayda anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanmışdır. Elmi-tədqiqat fəaliyyətinə həvəsi, tarixə ciddi marağı sonralar onun bütün həyatının əsas işinə çevrilmişdir. 1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir. 1944-cü ildə M.X.Şərifli “Azərbaycan Qazan xanın hakimiyyəti dövründə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Professor M.X.Şərifli təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi.
Şərifli (Məlikan)
Şərifli (fars. شريفلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 963 nəfər yaşayır (234 ailə).
Şərifli nəsli
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur.
Şərifli soyu
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur.
İkirəng təqibçi
İkirəng təqibçi (lat. Porzana bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü. Qaraquyruq çivdimdik Butan, Çin, Hindistan, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Onlar rütubətli tropik və ya subtropik dağ meşələrində təbii şəkildə yaşayırlar.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Aleksandr Vasiliyev (tarixçi)
Aleksandr Aleksandroviç Vasiliyev (rus. Алекса́ндр Алекса́ндрович Васи́льев, ing. Alexander Vasiliev; 22 sentyabr (4 oktyabr) 1867, Sankt-Peterburq – 30 may 1953, Vaşinqton) — Rusiya və ABŞ tarixçisi, şərqşünası, ərəbşünası, bizansşünası, İmperator Pravoslav Fələstin Cəmiyyətinin üzvü. == Həyatı == Aleksandr Aleksandroviç Vasiliyev 4 oktyabr 1867-ci il tarixində Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Onun atası podpolkovnik Aleksandr Stepanoviç Vasiliyev Sankt-Peterburq qala dəstəsinin komandiri idi. Onun atası 1880-ci ildə, anası Olqa Aleksandrovna (Çelpanova) is 1912-ci ildə vəfat etmişdir. Onun kiçik qardaşı Vladimir Vasiliyev hidravlik mühəndis olmuşdur. Vasiliyev 1887-ci ildə 1№ klassik gimnaziyadan məzun olan Vasiliyev daha sonra Sankt-Peterburq Konservatoriyasına nəzəriyyə və kompozisiya sinifinə və Sankt-Peterburq Universitetinin Ərəb Şərqinin Tarixi fakültəsinə daxil olmuşdur. O, bir ildən sonra konservatoriyanı tərk etmiş, özünü tamamilə tarix öyrənməyə həsr etmişdir. Vasiliyev 1892-ci ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirmişdir.
Aydın Hacıyev (tarixçi)
Aydın Nazim oğlu Hacıyev (5 dekabr 1953, Bakı) — Azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor. == Həyatı == Aydın Hacıyev 5 dekabr 1953-cü ildə Bakıda Nazim Hacıyevin ailəsində anadan olub. Aydın Hacıyev Rusiyanın Arxangelsk şəhərində yaşayır. O atası haqqında "Все понять, но не всепростить" adlı kitab yazmışdır.
Aydın Məmmədov (tarixçi)
Aydın Balamirzə oğlu Məmmədov (1967, Sumqayıt) — Azərbaycan tarixçisi, demoqraf alim, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Mənbəşünaslıq, Tarixşünaslıq və metodika" kafedrasının dosenti. == Həyatı == Aydın Məmmədov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975–1983-cü illərdə Sumqayıt şəhəri 10 nömrəli tam orta məktəbdə təhsil almış, buranı əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Məktəbinə daxil olmuş, 1987-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə orduda xidmət etmişdir. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin, tarix fakültəsində təhsil almışdır və oranı fərqləmə diplomu ilə bitirmişdir. Aydın Məmmədov Universitetdə əla qiymətlərlə oxuduğuna görə Karl Marks (sonradan A.Bakıxanov) adına təqaüdə layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1994–1997-ci illərində Sumqayıt Dövlət Universitetində, müxtəlif hazırlıq kurslarında əmək fəaliyyəti ilə məşğul olub. 2006–2011-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və metodika kafedrasının "XIX əsrin sonu XX əsrin əvvəllərində Almaniyanın Türkiyə siyasətinin tarixşünaslığı" mövzusu üzrə dissertanturada təhsil almışdır. 2001-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim işləyir.
Zərifcə
Zərifcə (lat. Helianthemum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə bu bitkinin aşağıdakı növlərindən istifadı olnur: Ayşəkilli zərifcə (H. lunulatum) hündürlüyü 9 sm olan, çiçəkləri qızılı-sarı rəngli bitkidir. Pulşəkilli zərifcə (H. nummularium) hündürlüyü 15 sm, çiçəkləri sarı rəngdən tünd-qırmızı rəngədək yarımkoldur. Alp zərifcəsi (H. alpestre) hündürlüyü 10 sm-ə çatan, sarı rəngli, kasaşəkilli çiçəkləri olan bitkidir. Zərifcəni hətta çiçək açan vəziyyətdə də başqa yerə köçürmək olar. Zərifcə əhəngli, qumlu torpaqlarda yaxşı bitir. Yaxşı olar ki, əkindən əvvəl torpaq qum ilə qarışdırılsın. Bitki qayalıq olan bağ sahələrinin tərtibatı üçün yararlıdır.
Adil Məmmədov (tarixçi)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin]Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Akif Quliyev (tarixçi)
Akif Arif oğlu Quliyev (15 avqust 1970, Bakı) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Katibi, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, Lahıc arxeoloji ekspedisiyasının rəisi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi, "arxeoloq.az" (http://arxeoloq.az/ot-redaktora.html) jurnalının baş redaktoru, "Azərbaycan Arxeoloqlar cəmiyyətinin" təsisçisi, Tarix elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Akif Quliyev 1970-ci il 15 avqustda Bakı şəhərində anadan olmuşdur. 1977–1987-ci illərdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 80 saylı məktəbdə orta təhsil almışdır. 1987-ci ildə Özbəkistan Respublikasının Qafur Qulam adına Sırdərya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə həmin İnstitutun ikinci kursunu bitirdikdən sonra, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və hüquq fakültəsinin üçüncü kursunda təhsilini davam etdirmişdir. O, 1992-ci ildə həmin universiteti bitirdikdən sonra Azərbaycan Milli Ordusunda hərbi qulluqda (1992–1996-cı illər) olmuşdur. 1996-cı ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri 12 saylı Litseydə pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətə başlamışdır. 2006-cı ildə professor Məhəmməd Seyfəddininin rəhbərliyi altında "XIV-XV əsrlərdə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 80-dan artıq elmi məqalənin, 8 monoqrafiyanın (Bakı sikkələri.
Anar İsgəndərov (tarixçi)
Anar İsgəndərov (tam adı: Anar Camal oğlu İsgəndərov; 10 yanvar 1956, Kolatan, Masallı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, Milli Məclisin VI çağırış deputatı (2020-ci ildən). == Həyatı == Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır. 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir. == Təltif və mükafatları == 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" medalı ilə təltif olunub. 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı" ilə təltif olunub. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Cəfər Cəfərov (tarixçi)
Cəfərov Cəfər Məmməd oğlu (21 aprel 1960, Naxçıvan) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, "Tarix, insan və cəmiyyət" adlı elmi-nəzəri və elmi-metodik jurnalın baş redaktoru. == Həyatı == Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980–1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur. 1987–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, "Azərbaycan tarixi" kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990–1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992–1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1998–2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" birgə layihəsinin milli koordinatoru olmuşdur. 2003–2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.
Cəmil Quliyev (tarixçi)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. == Həyatı == Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Həmid Herisçi
Həmid Herisçi (29 aprel 1961, Bakı) — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı. == Həyatı == Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında "Gizli Azərbaycan" verilişinin aparıcısı olub.
Terauçi Masatake
Terauti Masatake (yap. 寺内正毅; 5 fevral 1852, Çoşu hanı[d] – 3 noyabr 1919, Tokio) – yapon siyasətçisi, qraf, marşal, Yaponiyanın 18-ci Baş naziri, Yaponiyanın hakimiyyəti altında olan Koreyanın 1-ci general-qubernatoru.
Teyiçi Matsumaru
Teyiçi Matsumaru (28 fevral 1909 - 6 yanvar 1997) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
İrəm Dərici
İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. == Həyatı və karyerası == İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir. 2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi.