Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Azad tərbiyə
Azad tərbiyə — XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlində Qərb pedaqogikasındada konsepsiya. == Tarixi == Tərbiyədə ifrat fərdiyyətçilik, uşağın şəxsiyyətini boğmağa, onun həyat və davranışının bütün cəhətlərini məhdudlaşdırmağa əsaslanan tərbiyəni və sistematik təlimi qətiyyətlə rədd etmək azad tərbiyə üçün xarakterikdir. Uşağın bütün qüvvə və bacarığının qeyri-məhdud inkişaf etdirilməsi azad tərbiyə tərəfdarlarının idealı idi. Azad tərbiyə ideyaları Jan Jak Russonun pedaqoji görüşləri ilə sıx bağlıdır. Azad tərbiyənin ilk təbliğatçılarından biri İsveç qadın yazıçısı Ellen Key olmuşdur. "Uşaq əsri" (1900) kitabında o, uşaqlara sərbəst inkişaf hüququ veriməsinin, onların yaşlıların təzyiqindən qurtarılmasının, yalnız gündəlik həyatda zəruri şeylərin təlim olunmasının tərəfdarı kimi çıxış edirdi. Almaniya pedaqoqları Henrix Şarrelman, Frits Qansberq, Lüdvik Qurlitt və başqaları müəllim və şagirdlərə yaradıcılıq azadlığı, öz fərdiyyətini sərbəst ifadə etmək hüququ verilməsi tələblərini irəli sürürdülər. Onların fikrincə, heç bir pedaqoji sistem olmamalıdır, çünki hər hansı sistem müəllimi yaradıcı işdən məhrum edir, onu peşəkara çevirir. XIX əsrin sonu–XX əsrin əvvəlində azad tərbiyə ideyaları anarxizm tərəfdarlarının – Rusiyadan Pyotr Kropotkin, S. For , eləcə də Fransadan Pol Roben və başqalarının pedaqoji görüş və fəaliyyətində əks olunmuşdu. Almaniya fərdiyyətçi pedaqoqlarından fərqli olaraq, anarxist pedaqoqlar azad tərbiyədə ictimai əmək aspektini ön plana çəkir, uşaqların könüllü əməkdaşlığına, onlarda qarşılıqlı yardımın inkişafına xüsusilə böyük əhəmiyyət verirdilər.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901 və ya 1901, Həştərxan – 6 yanvar 1962 və ya 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). == Həyatı == Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996,Goranboy rayonu) — Azərbaycanlı ağır atlet. İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa üçüncüsü == Həyatı == Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. == Karyerası == Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. == Bioqrafiyası == 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. == Həyatı == Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. == Mənbə == Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Təbiət yoxsa tərbiyə
Təbiət, yoxsa tərbiyə — biologiyada və cəmiyyətdə taleyi təyin edən iki rəqabətli amil: genetika (təbiət) və ətraf mühit (tərbiyə) arasında tarazlıq haqqında uzun müddətdir davam edən mübahisə. İngilis dilində bununla bağlı işlənən "nature and nurture" alliterativ ifadəsi ən azı Yelizaveta dövründən istifadə olunur və kökləri orta əsr fransız dilinə gedib çıxır. İki anlayışın bir-birini tamamlayan birləşməsi qədim anlayışdır (q.yun. ἁπό φύσεως καὶ εὐτροφίας). Təbiət insanların ilkin təsir kimi düşündüyü şeydir, genetik irsiyyət və digər bioloji amillərdən təsirlənir. Tərbiyə ümumiyyətlə konsepsiyadan sonra xarici amillərin təsiri kimi qəbul edilir, məsələn, məruz qalma, təcrübə və öyrənmə məhsuludur. Müasir mənada ifadə, irsiyyət və ətraf mühitin sosial tərəqqiyə təsirini müzakirə edərkən, yevgenika və davranış genetikasının müasir banisi Viktoriya dövrü polimatı Frensis Qalton tərəfindən populyarlaşmışdır. Qalton, təkamülçü bioloq Çarlz Darvinin Növlərin mənşəyi əsərindən təsirlənmişdir. İnsanların davranış xüsusiyyətlərinin hamısını və yaxud demək olar ki, hamısını "tərbiyə"dən əldə etməsi fikri 1690-cı ildə Con Lokk tərəfindən tabula rasa ("boş və ya ağ lövhə") adlandırıldı. İnsanın davranış xüsusiyyətlərinin demək olar ki, yalnız ətraf mühitin təsirindən inkişaf etdiyini güman edən insan inkişafı psixologiyasında boş bir fikir XX əsrin böyük bir hissəsində geniş yayılmışdı.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq. Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək. Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.
Pis tərbiyə (film, 2004)
Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir. == Məzmun == Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir. "Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Mərziyyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Ərzuiyə
Ərzuiyə — İranın Kirman ostanının şəhərlərindən və Ərzuiyə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,668 nəfər və 1,286 ailədən ibarət idi.
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. == Lirik təhkiyə == Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. == Epik təhkiyə == Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Hərzinə (Sərdəşt)
Hərzinə (fars. هرزنه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (15 ailə).
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
Məhəmmədəli Tərbiyət
Məhəmmədəli Tərbiyət (27 may 1877, Təbriz – 18 yanvar 1940, Tehran) — Azərbaycan alimi, maarifçi-demokrat, ictimai xadim. Tərbiyət kitabxanasının yaradıcısı, Məşrutə inqilabının iştirakçısı. == Həyatı və təhsili == Mirzə Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyət 1887-ci il mayın 27-də Təbriz şəhərində anadan olub. Şəhərdə mütərəqqi fikirli ziyalı kimi tanınan Mirzə Sadıq oğlunu məhəllədəki Molla Zeynalabdinin açdığı ibtidai məktəbə qoyur. Mirzə Sadıq oğluna özü yaxşı bildiyi fənləri tədris etməklə yanaşı, Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxanın və bir müddət Təbrizdə yaşamış Məhəmmədəlixan Küfrinin yanında avropa və şərq təbabətini öyrənməyə göndərib. Hər iki həkimin tövsiyəsilə Məhəmmədəli fransız və alman dillərini öyrənib. Nücum, riyaziyyat və tibb sahəsində özəl dərslər almasına baxmayaraq sonradan pedaqoji sahəyə maraq göstərib. Ərəb, fars, fransız və ingilis dillərini mükəmməl öyrənib. == Fəaliyyəti == 1894–1895-ci illərdə Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində təbiət fənnindən, 1898–1912-ci illərdə isə yeni açılmış Loğmaniyyə mədrəsəsində nücum və coğrafiyadan dərs deyib. O, müəllim işləməklə yanaşı, daim öz üzərində çalışmış, dövrün tanınmış alimi Mirzə Abdulladan xüsusi dərslər almışdır.
Mərziyyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901 və ya 1901, Həştərxan – 6 yanvar 1962 və ya 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). == Həyatı == Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyyə Nəcəfova
Mərziyyə Nəcəfova (tam adı: Mərziyyə Allahyar qızı Nəcəfova; d. 1970, Bakı, Azərbaycan SSR) — ədəbiyyatşünas, filologiya elmləri doktoru. == Həyatı == Mərziyyə Nəcəfova 1970-ci il martın 18-i Beyləqan rayonu İkinci Şahsevən kəndində dünyaya gəlmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1997-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, hal hazırda filologiya elmlər doktoru, baş elmi işçidir. Azərbaycan Yazıçılar birliyinin, AMEA-nın Ədəbiyyat İnstitutunun Seminar Şurasının və Sumqayıt Dövlət Universitetinin Müdafiə Şurasının üzvüdür. Ailəlidir. 2 övladı var. == Elmi fəaliyyəti == 2015-ci ildə "Xurşid Banu Natəvan" mükafatçısıdır. 2018-ci ildə "Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalı ilə təltif olunub.
NTV (Türkiyə)
NTV (Nərgiz TV) – Türkiyənin ilk xəbər kanalı. Təqaüddə olan siyasətçi və biznesmen Cavit Çağlar tərəfindən qurulmuş və ilk yayımını 1 noyabr 1996-cı il tarixində etmişdir. 1999-cu ilin yanvarında "Doğuş Qrupu" tərkibinə qatılmışdır. 2000-ci ildən ABŞ-nin MSNBC kabel televiziya kanalı ilə əməkdaşlıq edir.
Türkiye