Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taştıp aymağı
Taştıp aymağı (xakasca:Таштып аймағы / Taştıp aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Taştıp kəndidir. == Tarixi == Rayon 1924-cü ildə Yenisey quberniyasının Minusinsk rayonunun iki volostu əsasında - Tashtypskaya və Seyskaya, 25 may 1925-ci ildən Xakassky dairəsinin tərkibinə daxil olmuş və bu da öz növbəsində Sibir ərazisinin bir hissəsi olmuşdur. Rayonun tərkibinə 10 kənd məclisi daxil idi. Sərhədlər və inzibati bölgülər dəfələrlə dəyişdirilib. 1963-cü ildə rayonun ərazisi yenidən qurulmuş Abazin sənaye rayonu ilə Abaza kəndində bir mərkəz və kəndin mərkəzi olan Əskiz kənd təsərrüfatı bölgəsi arasında bölündü. Askiz. 1965-ci ildə rayon yenidən əvvəlki sərhədlərinə qaytarıldı, ancaq 1968-ci ilə qədər rayon mərkəzi Abaza şəhəri oldu. 1968-ci ildə rayon mərkəzi statusu ilə geri qaytarıldı. Tashtyp.
TASİS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır.Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir. İyeronimin istinad etdiyi 30 kitabın təxminən yarısı qorunub saxlanılmamışdır.
Bir Tavil
Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir. Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir. == Tarixi == 1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi. Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.Hər iki dövlət müstəqillik əldə etdikdən sonra Həlaib Üçbucağı Sudanın, Bir Tavil isə Misirin nəzarətində qaldı.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Taavi Rıivas
Taavi Rıivas (est. Taavi Rõivas) — Estoniyanın baş naziri (2014-cü ildən).
Talip Özkan
Talip Özkan — Türk aşığı == Həyatı == 1939-cu ildə Türkiyənin Dənizli adlanan kiçik qəsəbəsində, İzmir yaxınlığında anadan olub. O, lap kiçik yaşlarından incəsənətə böyük maraq göstərmiş və yaşına uyğun olmayan uğurlar qazanmışdır. Körpəliyindən türk xalq musiqisinin ən çox işlənən aləti olan uzunqol sazda çalmağı öyrənib. 1958-ci ildən Talip Özkan Ankarada Türkiyə radiosunda işləyib. Əvvəlcə xorist, sonra alətçi, solist musiqiçi, daha sonra isə baş xorist və musiqişünas vəzifələrində çalışıb. Qeyri-adi musiqi qabiliyyətinə malik olan bu adam türk musiqisinin mənşəyi ilə maraqlanıb. 1977-ci ildən Fransada yaşamaq qərarına gəlir və ilk anlardan burada çoxlarını öz biliyi ilə təəccübləndirir və improvizasiyalarının dərinliyi ilə məftun edir. O, getdikcə tanınır və müxtəlif sazlarda məharətli ifasının ilk valı yaranır. O, Lil, Florensiya, Renn, Tabarka, Brüssel şəhərlərində keçirilən festivallarda iştirak edib. 1980-ci ildə Fransa radiosu çün "Okora" firmasında ilk valını yazdırır və bu val böyük müvəffəqiyyət qazanır, satış kataloqunun əl-əl gəzən vallarından olur.
Tasit Korneli
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Vasvi Abduraimov
Vasvi Abduraimov ((ukr. Васві Еннанович Абдураїмов, krımtat. Vasvi Ennan oğlu Abduraimov, Васви Эннан огълу Абдураимов; 18 oktyabr 1954) — Ukraynalı və rusiyalı siyasətçi, Krımtatarlarının milli hərəkatının tanınmış fəalı, "Milli Firka" Məclisin (Şuranın) sədri. == Bioqrafiyası == Vasvi Abduraimov 18 oktyabr 1954-cü ildə Özbəkistan SSR-in Fərqanə vilayətinin Altıarık rayonununn Həmzə şəhərində anadan olmuşdur. Bütün Krımtatar xalqı kimi 18 may 1944-cü ildə valideynləri Krımdan bölgəyə deportasiya edilmişdir. === Təhsil === 1976-cı ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun fizika-texnika fakültəsini ümumi texniki fənlər və əmək ixtisası üzrə bitirib. 1987-ci ildə Abram İoffe adına Fiziki-Texniki İnstitutunun Elmi Şurasında "Yarımkeçiricilər və dielektriklərin fizikası" ixtisası üzrə dissertasiyasını müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədilyiyini alır. === Karyerası === 1978–1990-cı illərdə Fərqanə Dövlət Pedaqoji İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ilin oktyabrından 1991-ci ilin martınadək Krım Muxtar Sovet Sosialist Respublikasının Deportasiya olunmuş Xalqları İşləri Komitəsinin qayıtma şöbəsinin müdiri. 1991-ci ilin mayından 1997-ci ilin sentyabrına qədər Krım Muxtar Respublikasının Təhsil Nazirliyinin baş mütəxəssisi.
Xordi Masip
Xodi Masip ( tam adı Xodi Masip Lopes ) Barselonanın qapıçısı . Xodi Masip 3 yanvar 1989-cu ildə Sabadell çəhərində doğulub . Barselonada onu digərlərindən fərqləndirən cəhət onun solaxay olmasıdır . Masip 179 Santimetr boya və 67 Kloqram çəkiə malikdir . Masip Barselonada hələ ki , oyun keçirməsə də , bu kamanda da Qapıçı kimi çalışır .
Recep Tayyip Erdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Rəcəb Tayyip Ərdoğan

Rəcəp Tayyip Ərdoğan

Publi Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Tasi mədəniyyəti
Tasi mədəniyyəti - Yuxarı Misirdə aşkarlanmış ən qədim arxeoloji mədəniyyət olub, təxminən e.ə. 4500-cü ildə yaranmışdır. == Ümumi məlumat == Mədəniyyət öz adını dəfn artefaktlarının tapıldığı Nilin şərq sahilində, Asut və Axmim şəhərləri arasındakı Deir-Tasa ərazisindən götürmüşdür. Tasi mədəniyyətinin əsas xarakterik göstəricisi yuxarı hissəsi və içi qara rəngdə olan ketamik qablardır. Ümumiyyətlə bu cür keramik qablar Qədim Misirdə sülalədən əvvəlki dövrün periodizasiyasını verməyə imkan verir. Misiroloq Flinders Pitrinin yaratdığı xüsusi sistemlə sülalədən əvvəlki dövr aid istənilən keramikin təxmini tarixini vermək olar. Bu zaman artefaktın tutacaqlarına istinad edilir. Arxeoloji qazıntılar nəticəsində bu mədəniyyətə aid məzarlıqlar tapılmışdır. Əldə edilən daşlaşmış skeletlər Merimde mədəniyyətinə aid skeletlərə oxşayır. Araşdırmalar göstərir ki, bu dövrün insanları dolixosefal, yəni uzunsov başlı, iri gövdəli olurlar.
Təşvir
Təşvir (az.-əbcəd تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. == Tarixi == Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Samir Əliyev — futbolçu.
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. == Klub karyerası == === İnter Bakı === Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. == Milli komanda == Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib.U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.2021-ci ildən Azərbaycanın milli futbol komandasının əsas heyətinə çağırılanlardan biri oldu. 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində 2 rəsmi oyunda meydana çıxıb.
Sərtan Taşkın

Taşir rayonu
Vorontsovka rayonu, Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır. Rayonun Cücəkənd kəndində (Kəndin adı Cuci xanla bağlanılır) qədim oğuz tayfalarının adlarını xatırladan tayfa adları var: Qaraqurbanlılar, sakatlar, qarakəllər, dəmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər və s.
Taşır nahiyəsi
Taşır nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. == Tarixi == 1590 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Axtala sancağının Taşirabad nahiyəsi adlanırdı.1590 ci ildə Osmanlı İmperiyasının Lori əyalətinin Taşır sancağının Tasık nahiyəsi adlanırdı. 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Ağcaqala livasının nahiyəsi.Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında yerləşir. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.
Təşviş(film, 2007)
== Rollarda ==
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15-18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Urqe Taşlı (Şaran)
Urqe Taşlı (başq. Үрге Ташлы, rus. Верхние Ташлы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tubənqe Taşlı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 36 km, kənd sovetliyindən (Tubənqe Taşlı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (71%), tatarlar (29%) üstünlük təşkil edir.