Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toğanalı
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. == Əhalisi == Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Tavaaltı
Tavaaltı — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır. Şimalında Böyük Tava adası yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Gavanlı
Gavanlı (Əsədabad)
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Litosfer tavaları
Tamaşalı nekropolu
Tamaşalı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində eyni adlı yaşayış yerinin 1 km-liyində təpə üzərində yerləşir. Burаdа аpаrılmış tədqiqаtlаr nəticəsində müəyyən еdilmişdir ki, nеkrоpоlda dаş qutu tipli və tоrpаq qəbirlər vаrdır. Nеkrоpоldаn аşkаr еdilmiş mаddi-mədəniyyət nümunələri kiçik ölçülü küpə tipli qаblаrа аiddir. Küpələr əldə nisbətən kоbud şəkildə fоrmаlаşdırılmışdır. Оnlаr I-VI əsrlərə аiddir. Tоrpаq qəbirlər X-XVI əsrlərə аiddir. Оnlаr qərb-şərq istiqаmətində qаzılmışdır. Bəzisinin üzərində sənduqə tipli sinə dаşlаrı vаr.
Tavaaltı adası
Tavennalı İsidora
Tavennalı İsidora və ya Misirli İsidora — xristianlıqda rahibə və müqəddəs, ilk müqəddəs dəlilərdən biri. Müqəddəslərin qarşısında hörmətlə qarşılanır, 10 mayda Pravoslav kilsəsində xatirəsi xatırlanır.İsidoranın həyatı haqqında çox az məlumat olsa da, o, Müqəddəs Pavelin yazılarına nümunə olması ilə xatırlanır: "Hər biriniz bu dünyanın meyarlarına görə müdrik olduğuna inanırsınız, həqiqətən də müdrik olmaq üçün dəli olmalısınız". İsidoranın hekayəsi xristianlıqda bir insanın tanınması və ya izzətinin onun hərəkətlərinin, hətta şəxsiyyətinin naməlum olması və ya səhv başa düşülməsi mənasına gəlsə belə, tanrının insanın hərəkətlərini görməsi ilə müqayisədə ikinci dərəcəli olması idealını təsirli şəkildə vurğulayır. == İstinadlar == == Əlavə ədəbiyyat == Исидора // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Житие преподобной Исидоры юродивой // Жития святых на русском языке, изложенные по руководству Четьих-Миней свт. Димитрия Ростовского : 12 кн., 2 кн. доп.
Toğanalı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Apollonius (Tianalı)
Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. 1 – 98) — Roma filosofu, yeni pifaqorçular məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır. == Həyat yolu və fəaliyyəti == Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır.
Gavanlı (Miyanə)
Gavanlı (fars. گونلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (118 ailə).
Gavanlı (Əsədabad)
Qovanlı və ya Gəvənli (fars. گوانلو‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 44 nəfər yaşayır (12 ailə).
Avanlı (Xudafərin)
Avanlı (fars. اوانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (7 ailə).
Kavalalı Məhəmmədəli paşa
Kavalalı Mehmed Əli Paşa (4 mart 1769, Kavala[d], Osmanlı imperiyası – 2 avqust 1849, İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların Misir və Sudan hakimi və Kavalalı ailəsinin banisi. == Həyatı == === İlk illəri === 4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi. Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu. Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə Osmanlı və Məmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı.
Kavalalı Səid Paşa
Kavalalı Səid Paşa və ya Mehmed Səid Paşa (d. 17 mart 1822 - ö. 18 yanvar 1863) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu. == Həyatı == === İlk illəri === 17 mart 1822-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun xanımlarından Aynülhəyat xanımdır. Uşaq yaşlarından mükəmməl təhsil aldı. Dənizçiliyə olan marağı nəzərə alınaraq təhsili bu istiqamətdə inkişaf etdirildi. 1832-1835-ci illərdə konsul olaraq Misirdə fəaliyyət göstərən Ferdinand de Lesseps onun həm müəllimi, həm də yaxın dostu oldu. Xüsusilə kökəlməyə meyilli olan Mehmed Səid gənclik illərindən idmana olan marağını da məhz bu dostluğa borclu idi. === Hərbi fəaliyyəti === Təhsil həyatını tamamlamasının ardından dənizçi zabiti olan Mehmed Səid, donanma strukturunda sürətlə yüksələrək atasının ölümündən qısa müddət öncə Misir donanmasının sərdarı oldu (1849).
Kavalalı Tofiq Paşa
Kavalalı Tofiq Paşa (d. 30 aprel 1852 - ö. 7 yanvar 1892) — Misir xidivi (1879-1892). == Həyatı == === İlk illəri === 30 aprel 1852-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misirin ilk xidivi Kavalalı İsmayıl Paşa, anası onun xanımlarından Şəfəqnur xanımdır. Təhsil həyatlarının bir hissəsini xaricdə tamamlayan qardaşlarından fərqli olaraq, Mehmed Tofiq öncə Menyel, daha sonra isə Təchiziyyə mədrəsələrində təhsil aldı. Vəliəhd olaraq böyüdüldüyü üçün ərəbcə ilə yanaşı, türkcə, farsca, fransızca və ingiliscə öyrəndi. Atasının xarici ölkələrə etdiyi səyahətlərdə onu naib olaraq əvəz etdi. 19 yaşında xüsusi məclis rəisi, 1879-cu ildə isə vəzir məclisi rəisi təyin edildi. === Misir xidivliyi === Misirin getdikcə artan xarici borclarını ödəyə bilməməsi borcverən ölkələrin Misir maliyyəsini ələ alması ilə nəticələndi.
Kavalalı İbrahim Paşa
Kavalalı İbrahim Paşa (d. 1789 - ö. 10 noyabr 1848) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın böyük oğludur. == Həyatı == === İlk illəri === 1789-cu ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. Bəzi mənbələrdə onun doğum tarixinin 1789 olduğu və Əminə xanımın ilk nigahından dünyaya gəldiyi qeyd edilsə də, bu məlumat doğru deyil. 17 yaşına qədər Kavalada yaşayan İbrahim atasının Misir hakimi təyin edilməsinin ardından kiçik qardaşı Əhməd Tosunla birlikdə Misirə gəldi (28 avqust 1805). Misirdə Qahirə qalasının idarəsi ilə vəzifələndirilən İbrahim bəy 1806-cı ilin oktyabrında, atasının Bab-ı Əliyə verməyi vəd etdiyi vergiyə qarşılıq olaraq girov kimi İstanbula göndərildi. Osmanlı-Rusiya müharibəsinin ilk aylarında (1807-ci ilin fevralında) İstanbul yaxınlığınadək gələn ingilis donanması bir şey əldə etmədən geri çəkildi və dönərkən Misir istiqamətinə irəliləyərək İsgəndəriyyəni zəbt etdi (20 mart 1807). Buna baxmayaraq atası Mehmed Əli Paşa idarəsindəki Osmanlı-Misir hərbi birlikləri bölgəni ingilislərdən müdafiə etdi.
Kavalalı İsmayıl Paşa
Kavalalı İsmayıl Paşa (31 dekabr 1831, Qahirə – 2 mart 1895[…], Konstantinopol, Osmanlı imperiyası) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi. == Həyatı == === İlk illəri === 31 dekabr 1830-cu ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İbrahim Paşa, anası onun xanımlarından Hoşyar xanımdır. İlk təhsilini Misirdə tamamladıqdan sonra 1846-cı ildə Parisə göndərildi. 2 illik müasir elmlər və mühəndislik üzrə təhsilin ardından Misirə geri döndü. Bir neçə dəfə Avropadakı paytaxt şəhərlərinə və eləcə də, İstanbula işgüzar səfərlər etdi. İlk hərbi xidməti isə əmisi Səid Paşa tərəfindən verilən 14 minlik Misir ordusuna sərdar təyin edilərək Sudandakı üsyanın yatırılması vəzifəsi oldu (1861). === Misir hakimliyi === Əmisi Səid Paşanın ölümünün ardından 18 yanvar 1863-cü ildə Misir hakimi oldu. Babası Mehmed Əli Paşa kimi Misir üçün böyük xəyalları olan İsmayıl Paşa, hər şeydən öncə Misiri Bab-ı Əlinin idarəçiliyindən xilas etmək və ya ən azından daha geniş muxtariyyət hüquqları əldə etmək istəyirdi. Ancaq bunu babası və atası kimi üsyanla əldə edə bilməyəcəyini yaxşı bilən İsmayıl Paşa ikili siyasət yürütməyə başladı: bir tərəfdən Osmanlı dövlət adamlarına mənfəət təmin edərək imtiyaz fərmanının təsir dairəsini genişləndirməyə çalışır, digər tərəfdən isə Avropa dövlətləriylə yaxın münasibət quraraq onların dəstəyini qazanırdı.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (d. 1770 - ö. 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nigah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Tamaşalı yaşayış yeri
Tamaşalı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yerləşən yaşayış yeri. Hər tərəfdən hündür dağlarla əhatələnmiş, düzənlik sahədə, səfalı bir yerdə salınmış yaşayış yeri maldarlıq və heyvandar lıq üçün olduqca əlverişlidir. Hər tərəf yam-yaşıl bitkilərlə örtülmüşdür. Hazırda yaşayış yerində daşdan inşa olunmuş tikintilər, iri daş dibəklər, ictimai binaların qalıqları qalmaq dadır. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, xaricdən cilalanmış kasa və küpə tipli qabların parçalarından ibarətdir. Tamaşalı yaşayış yerinin sahəsi bir hektardır. Yaşayış yerində 2 x 2 metr ölçüdə kəşfiyyat qazıntısı aparılmış, divar qalıqları, külyığımı, çəhrayı rəngdə bişirilmiş kerami ka aşkar edilmişdir. Tədqiqat zamanı 3 metr qalınlığı olan iki mədəni təbəqə aşkar edilmişdir. Üst mədəni təbəqədən şirli və şirsiz keramika, osteoloji qalıqlar tapılmışdır. Bu təbəqə XI-XVI əsrlərə aiddir.
Adanalı (teleserial, 2008)
== Rollarda ==
Mirvari tanalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Sikstin kapellası tavanı
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. == Sikstin kapellasının tavanı == Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Sikstin kapellasının tavanı
Sikstin kapellasının tavanı 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir. 1477-1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur.Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng “Böyük məhkəmə” freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir.Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin “Mona Liza” əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən “Adəmin yaradılışı” təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır. Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur. == Tarix == Roma papası II Yuli “döyüşçü papa” idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.Həmin il, yəni 1506-cı ildə II Yuli Sikstin kapellasının tavanının bəzədilməsi layihəsini düşündü. Kapellanın divarları on iki il əvvəl bəzədilmişdi. Üç hissəyə bölünmüş divarların ən aşağı hissəsi qapalı pərdələri xatırladır və Rafael tərəfindən dizayn edilmiş çoxsaylı qobelenlərlə örtülmüşdür.
Tadanari Li
Tadanari Li (d. 19 dekabr 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 2 qol vurub.