Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan teatrı
Azərbaycanda teatr sənəti — Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biridir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.Əvvəllər müxtəlif qruplar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923–1933) və Məşədi Əzizbəyovun (1933–1991) adlarını daşımışdır.
Başqırdıstan teatrı
Başqırdıstan teatrı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında olan sənət növlərindən biri. Başqırdıstan ərazisindəki ilk teatr binası 1861-ci ildə Ufada, şəhər əhalisinin ianəsi hesabına tikilmişdir. 1885-ci ildə "Artistlərin və teatr sənətini sevənlərin Ufa yoldaşlıq cəmiyyəti" təsis edilmişdir. İlk peşəkar teatr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi yaradılmışdır. Teatrın truppasına aktyor, rejissor, dramaturq və teatr xadimi V. Q. Murtazin-İmanski rəhbərlik edirdi. 1922-ci ildə həmin teatr Ufa şəhərinə köçürülmüş və Başqırdıstan Dram Teatrı adlandırılmış; 1971-ci ildən isə başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır. Başqırdıstanda teatrın inkişafında ilk başqırd rejissor və aktyorları R. Sırtlanov, B. Yusupova, Q. Uşanov, Q. Minqajev, Q. Karamışev, M. Maqadeyev, A. Zubairov və başqalarının böyük rolu olmuşdur. 1919-cu ildə Ufada Başqırdıstan Rus Dram Teatrı, 1932-ci ildə Kukla Teatrı, 1989-cu ildə Milli Gənclər Teatrı, 1991-ci ildə "Nur" tatar teatrı, 1938-ci ildə F. Qaskarov adına Dövlət Xalq Rəqs Ansamblı, 1992-ci ildə "Miras" xalq rəqs ansamblı; 1931-ci ildə Sibayda A. Mübarəkov adına Başqırdıstan Dram Teatrı, 1993-cü ildə "Sulpan" uşaq dram teatrı; 1946-cı ildə Sterlitamakda Rus Dram Teatrı, 1990-cı ildə Başqırdıstan Dram Teatrı, 1991-ci ildə Rəqs teatrı; 1933-cü ildə Salavat şəhərində dram teatrı, 1990-cı ildə Tuymazıda tatar dram teatrı fəaliyyət göstərir. Sterlitamakda, Salavatda "Teatr baharı" festivalı, Ufada türkdilli teatrların beynəlxalq "Tuqanlıq" festivalı, həmçinin 1991-ci ildən F. Qaskarovun xatirəsinə rəqs kollektivlərinin, 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənətinin respublika festivalları, baletmeysterlərin və xalq rəqs ansambllarının respublika baxış-müsabiqəsi keçirilir.
Dağıstan teatrı
1910–20-ci illərdə Dağıstanın ayrı-ayrı kəndlərində həvəskar dram dərnəkləri yaranmış və sonralar onların əsasında peşəkar teatrlar formalaşmışdır. Mahaçqalada M. Qorki adına Respublika Rus Dram Teatrı (1925), Qumuq Musiqili Dram Teatrı (1930, 1955 ildən A.P. Salavatov ad.), Lak Musiqili Dram Teatrı (1935, 1952 ildən Ə. Kapiyev ad.), Avar Musiqili Dram Teatrı (əsası 1935-ci ildə Xunzax k.-ndə qoyulmuşdur, 1951-ci ildən H. Sadasa ad.), Kukla teatrı (1941), Opera və balet teatrı (1999), Dərbənddə Azərbaycan Dram Teatrı (1930), S. Stalski ad. Ləzgi Musiqili Dram Teatrı (1938), Tatteatrı (1962); İzberbaşda O. Batıray ad. Dargin Musiqili Dram Teatrı (1961). Tabasaran dram teatrı (2001) fəaliyyət göstərir. Dağıstanın müxtəlif illərin teatr sənəti xadimləri arasında A.A. Maqayev, Z.N. Nəbiyeva, M.A. Abdulxalıqov, P.X. Xizroyeva, B.M. İnusilov, N.M. İbrahimov, N.M. Əliyev, Q.İ. İsayev və b. var. 1935-ci ildə Sovkralak aulunun sakinləri A. Abakarov, Y. Hacıqurbanov, M. Zakirbəyov və S. Qurbanov Mahaçqala da kəndirbazlar sənətinin özünəməxsus ənənələrini inkişaf etdirən “4 Sovkra” peşəkar kollektivini yaratmışlar. 1947-ci ildən kollektiv iki müstəqil qrupa (“Dağıstan kəndirbazları” və “Sovkra”) bölünmüşdür. 1984-cü ildə Mahaçqalada Dağıstan teatrlar tarixi muzeyi açılmışdır.
Dram teatrı
Dram Teatrı — opera, balet, kukla və pantomim teatrları ilə yanaşı teatrın janrlarından biri.
Dövlət teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Human Teatrı
Human Teatr — Bakıda fəaliyyət göstərən peşəkar teatr. Müstəqil "Human" teatrı pantomima ustası, keçmiş "Simsar" teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə Bakı şəhərində yaradılmışdır. Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılmışdır..Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası oldu. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib. Pərviz Məmmədrzayev Şamil İbrahimov Rəfiqə Məmmədova Elgün Həmidov Slovamir Mrojek - Üçüncü (Karol əsəri əsasında) S.A.Yesenin - Anqleter 1925 (Qara adam poeması əsasında) P.Məmmədrzayev - Mənim Türkiyə teatrlar birliği, İnternational Unitsin üzü seçilib.
Kukla Teatrı
Kukla teatrı, əksər hallarda insan və ya heyvan fiqurlarına bənzəyən, kukla adlandırılan cansız əşyaları və insan tərəfindən idarə edilən bir növ teatr və ya tamaşadır. Belə bir tamaşa kukla performansı kimi də tanınır. Kukla performansı ssenariyə əsasən kukla teatrı adlanır. Kuklaların bədəni, başı və bəzi hallarda kuklanın ağzını və gözlərini hərəkətə gətirmək və ya idarə etmək üçün çubuqlar və ya iplər kimi cihazlardan istifadə olunur. Kuklaçı bəzən kukla xarakterinin səsi ilə danışır və ya qeyd olunan səs musiqisi ilə çıxış edir. Kuklaların bir çox müxtəlif növü var və formasından və təyinatlı istifadəsindən asılı olaraq müxtəlif materiallardan hazırlanır. Quruluşlarında son dərəcə mürəkkəb və ya çox sadə ola bilər. Ən sadə kukla tək barmağa sığan kiçik kukla olan barmaq kuklaları və corabdan əmələ gələn və əlini çorabın içərisinə yerləşdirərək işlədilən corab kuklalarıdır. Panç və Judi kuklaları buna nümunə göstərilə bilən oxşar kaklalardır. Digər əl və ya əlcək kuklaları daha böyükdür və hər kukla üçün kuklaçı tələb olunur.
Məhəllə teatrı
Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir. XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir.
Mərasimlər teatrı
Mərasimlər teatrı (fr. Théâtre des Cérémonies) — 1992-ci ildə Albervil şəhərində XVI Qış Olimpiya Oyunlarının açılışı və bağlanması mərasimində istifadə olunan müvəqqəti stadion . 9,200 m² təxminən 35,000 yer var idi . Qış oyunlarından sonra, Mərasimlər Teatrı söküldü. Dizaynının bir hissəsi Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının qurulmasında istifadə edilib . Təşkilatçıların bir mətbuat şərhinə görə, Tədbirlər Teatrı inşa edilən ən böyük müvəqqəti binadır. 1992 Qış Olimpiya Oyunları "Dossier de presse sur le site Maison des Jeux olympiques" (PDF) (fransız). «Maison des Jeux Olympiques d'Hiver». 1992. 2012-12-07 tarixində orijinalından (pdf) arxivləşdirilib.
Oda Teatrı
Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr. Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakə şəhəri, Topçubaşov küçəsi, 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə problemlərlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Bakı şəhər, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfiteatr quruluşunda həyata keçirib. Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur. Müxtəlif təzyiqlər nəticəsində 2015-ci ilə qədər ODA 4 dəfə məkanını dəyişib. Daha sonra teatr adını dəyişib "ADO Theatre - Collective" edib (Azərbaycan Dağınıq Oda teatrı). Ətraflı: ADO.AZ Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumıniya dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Müzəffər İzgünün "Sərhəd" əsəri əsasında "Tikanlı məftillər" və pantomim "MimOda 18+" tamaşalarını səhnələşdirib.
Opera teatrı
Opera teatrı, opera salonu və ya opera evi — opera tamaşalarının nümayişi üçün istifadə edilən binalara verilən addır. Binaya səhnə, orkestr yeri, tamaşaçı oturacaqları və səhnə arxası xidmət bölmələri (geyimlər və səhnə dekorasiyası üçün) daxildir. Bu binalar bəzi şəhərlərdə yalnız opera tamaşalarına həsr olunmuş binalar olarkən, digər şəhərlərdə isə daha böyük tamaşa sənəti mərkəzlərinin bir hissəsi kimi xidmət edirlər. Tarixdə ilk tanınmış və ictimaiyyətə açıq olan opera teatrı İtaliyanın Venesiya şəhərində yerləşən və 1637-ci ildə açılan Teatro San Cassiano opera teatrıdır. Tarixən təkcə elit təbəqənin deyil, həm də ictimaiyyətin bütün təbəqələrinin operaya maraq göstərdiyi bir ölkə olan İtaliyada bu gün də çox sayda opera salonları mövcuddur.
Rebus Teatrı
Rebus Teatrı — Bakıda fəaliyyət göstərən peşəkar müstəqil teatr. Bakı şəhərində fəaliyyət göstərən Rebus Teatrı Ceyhun Dadaşov, Elnur İsmayılov və Əli Əlizadə tərfindən 2015-ci ildə "Rebus Theatre Company" adı ilə yaradılmışdır. Hal-Hazırda "Rebus teatrı" kimi fəaliyyət göstərir. Teatrın ilk tamaşası olan "Tesserakt" 2015-ci il avqust ayının 14-də, İran İslam Respublikasının Təbriz şəhərində keçirilmiş "Təbrizim IV Beynəlxalq Keçə Festivalın"nda oynanılmışdır. Tamaşanın rejissoru Ceyhun Dadaşov. Rollarda: Elnur İsmayılov, Əli Əlizadə, Nurlan Rüstəmov və Ceyhun Dadaşov Ceyhun Dadaşov "Tesserakt" Nargilə Qəribova "Ürək planetinin sakinləri" (Kurt Hörtenhuberin əsərlərinin motivi əsasında - uşaq tamaşası) Uilyam Şekspir - "Hamlet-X" (psixo-plastik qrotesk) Ceyhun Dadaşov - "Mən və Mən" Ceyhun Dadaşov - "Onlar hələ də gülürlər" (böyüklər üçün klounada) 2015, 13 – 16 avqust - "Təbrizim IV Beynəlxalq küçə festivalı", 2015, 27 sentyabr – 01 oktyabr – "Marivan meydan teatrı festivalın", 2016, 23 – 28 noyabr – "21-ci Ankara Uluslararası tiyatro festivalı". 2018, - "Təbrizim VI Beynəlxalq küçə festivalı", Ceyhun Dadaşov, Elnur İsmayılov, Əli Əlizadə, Younes Valipour, Natavan Abbaslı, Əli Novruz, Pərviz Abdullayev.
Rustaveli Teatrı
Rustaveli Milli Teatrı (gür: შოთა რუსთაველის სახელობის აკადემიური თეატრი) Gürcüstanın ən böyük və ən qədim teatrlarından biri olan Rustaveli prospektində Tbilisidə yerləşir. Rokoko üslubunda tikilmiş binada yerləşən teatr 1887-ci ildə təsis edilib və 1921-ci ildən Gürcüstanın milli şairi Rustavelinin adını daşıyır. Bina 1887-ci ildə "Rəssamlar Birliyi" kimi yaradılıb. Rəssamlar Cəmiyyətinin tələbi ilə bir neçə tanınmış rəssama zirzəminin divarları və tavanlarına fresklərin rənglənməsi üçün istifadəyə verilmişdir. Bu sənətçilər arasında görkəmli Gürcüstan rəssamları Lado Qudiaşvili və David Kakabadze, həmçinin Rus Balet və Metropoliten Opera Teatrındaki işləri ilə məşhur olmuş dizayner Serge Sudeikin də var idi. Digər iki mühüm gürcü rəssam Mose və Iracly Toidze də layihəyə qoşulmuşdu. Bir zamanlar Rustaveli Teatrı Sovet Hakimiyyəti dövründə aşağı səviyyəli insanlar tərəfindən ağardıldı və fresklərin yalnız bir hissəsi bərpa edildi. 1921-ci ildə binanın adı Rustaveli teatrına çevrildi. Teatrın tikintisi Aleksandr Mantaşev tərəfindən maliyyələşdirilib və dizaynı isə Tbilisi şəhər memarı Kornel K. Tatişçev və Aleksandr Szymkiewicz tərəfindən hazırlanıb. 2002-ci ildən 2005-ci ilədək teatr tamamilə yenilənmişdir.
Tağıyev Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Tağıyevin Teatrı
Hacı Zeynalabdin Tağıyevin Teatrı və ya Tağıyevin Teatrı — Bakı şəhərinin ilk teatrıdır. 1883-cü ildə sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmişdir. Bu teatrın səhnəsində milli pyeslər, operalar və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu. Məhz Tağıyev Teatrında 1908-ci ilin yanvarında ilk Azərbaycan milli operası Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"un premyerası olub. Teatr binası bir neçə dəfə yanıb və yenidən tikilib. 1930-cu illərin sonlarından Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı, 1960-cı ildən isə Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı adlanmışdır. 1992-ci ildə teatr binası sökülüb, yerində sonralar Azərbaycan Dövlət Musiqili Teatrının binası tikilib. 1882-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakı şəhərinin mərkəzində yerləşən öz ərazisində tikiləcək teatr binasının layihəsini təsdiq üçün Bakı şəhər dumasına təqdim etdi. Teatr binası 1883-cü ildə tikilib istifadəyə verildi. Bakıda ilk dəfə teatr binası belə yarandı.
Tumurcuq Teatrı
Tumurcuq Teatrı — 2018-ci il iyun ayından İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Avropada ilk Azərbaycan Dram Teatrı. Teatr 2018-ci il dekabr ayında İsveç Krallığının Stokholm şəhərinin Vergilər İdarəsindən rəsmi qeydiyyatdan keçmişdir. İlk dəfə peşəkar İsveç səhnəsinə Türk teatrının uşaq oyunçusu 12 yaşlı azərbaycanlı Məhəmməd Əli Nəzərli "Bir qazinin anıları" adlı tamaşayla çıxmışdır. Məhəmməd Əli Nəzərlinin rolundan sonra Azərbaycan Dram Teatrının yaranması ideyası yaranmışdır. Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Tumurcuq Teatrı Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb və "Kardeş teatro" adı altında bərabər iş birliyinə başlayıb. 2019-cu il 15 aprel ayından etibarən İsveç xalq teatrı "Riksteater" ilə bərabər çalışma anlaşması vardır və o teatrın rəsmi bir hissəsidir. Şəhərin mərkəzində "Teaterverket" adlı teatrda yer ayrılıb və məşqlər həmin teatrda aparılır. Teatrın premyerası 2 iyun 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi ilə əlaqədar "101 uşağın nəvələri" adlı tamaşayla olmuşdur. Tamaşaların rejissoru və ssenari müəllifi Sevinj Nəzərlidir.
Uorner teatrı
Vorner teatrı (ing. Warner Theatre) — ABŞ-nin Pensilvaniya ştatında, Eri şəhərinin işgüzar hissəsində yerləşən fransız intibahı və Ar-deko memarlığında teatr binası. 1982-ci ildə teatr binası ABŞ-nin "Tarixi abidələrin milli qeydiyyatı" siyahısına salınmışdır. Teatr binası ABŞ-nin Çikaqo şəhərinin "Rapp and Rapp" adlı memarlıq şirkəti tərəfindən dizayn olunmuş və 1931-ci ildə açılmışdır. 1976-cı ildə Eri şəhərinə satılana qədər buradan ancaq film nümayişləri üçün istifadə olunmuşdur. 1980-ci illərdə şəhərin işgüzar hissəsini canlandırmaq, binanı incəsənət mərkəzi etmək məqsədi ilə bura teatr binasına çevrilmişdir. Teatrın prostsеniumunun ölçüsü 65x28 futdur və büzülmüş velür, qızıl və gümüş təbəqə, qızıl dəstəkli fransız güzgülərlə tamamlanır. Hazırda teatrda konsertlər və Brodvey teatrının çıxışları baş tutur. Vorner teatrı həm də Eri filarmonik orkestrına və "Lake Erie Ballet"-ə ev sahibliyi edir. Teatrın qrand lobbisi 500 nəfərdən çox şəxsi qəbul edə bilər.
Vorner teatrı
Vorner teatrı (ing. Warner Theatre) — ABŞ-nin Pensilvaniya ştatında, Eri şəhərinin işgüzar hissəsində yerləşən fransız intibahı və Ar-deko memarlığında teatr binası. 1982-ci ildə teatr binası ABŞ-nin "Tarixi abidələrin milli qeydiyyatı" siyahısına salınmışdır. Teatr binası ABŞ-nin Çikaqo şəhərinin "Rapp and Rapp" adlı memarlıq şirkəti tərəfindən dizayn olunmuş və 1931-ci ildə açılmışdır. 1976-cı ildə Eri şəhərinə satılana qədər buradan ancaq film nümayişləri üçün istifadə olunmuşdur. 1980-ci illərdə şəhərin işgüzar hissəsini canlandırmaq, binanı incəsənət mərkəzi etmək məqsədi ilə bura teatr binasına çevrilmişdir. Teatrın prostsеniumunun ölçüsü 65x28 futdur və büzülmüş velür, qızıl və gümüş təbəqə, qızıl dəstəkli fransız güzgülərlə tamamlanır. Hazırda teatrda konsertlər və Brodvey teatrının çıxışları baş tutur. Vorner teatrı həm də Eri filarmonik orkestrına və "Lake Erie Ballet"-ə ev sahibliyi edir. Teatrın qrand lobbisi 500 nəfərdən çox şəxsi qəbul edə bilər.
Çeçen teatrı
Çeçenistanda qədim mərasimlərdə (toy, bayram, dəfn və s.) teatr sənəti elementləri olmuşdur. XX əsrin 30-cu illərindən özfəaliyyət, sonra isə professional teatr sənəti inkişaf etmişdir. 1931-ci ildə Qroznıda çeçen teatr studiyası yaradıldı. Studiyanın tədris repertuarına S. Baduyevin pyesləri daxil idi. Teatrın debütü onun “Qırmızı qala” əsəri ilə olmuşdur (1933). Çeçen və inquş teatr studiyaları əsasında 1934-cü ildə Çeçen-İnquş Dram Teatrı yaradılmışdır. Çeçen milli teatrının formalaşmasında Azərb. rej.-larının (A. Tuqanov, M. Əlili) böyük rolu olmuşdur. M. Esembayevin iştirakı ilə “Azərbaycanfilm” kinostudiyasında “Mən rəqs edəcəyəm” (1963) bədii filmi çəkilmişdir. Teatr xadimləri:Y. Zubayrayev, T. Əliyeva, A. İsayeva, X. Xakişeva, A. Həmidov, V. Tatayev, X. Mustafayeva və b.
Çin teatrı
Teatr sənəti Çin xalqının mənəvi həyatında teatr sənəti mühüm yer tutur. Çin musiqili teatrı (opera) ustalıqla yazılmış mətn və həyata keçirilmə texnikası ilə musiqi, oxuma, rəqs, akrobatika və hərb sənəti təmrinləri elementlərini özündə birləşdirir. Ənənəvi Çin operasında şərtilikdən geniş istifadə olunur, simvolika aktiv tətbiq edilir. Belə ki, məsələn, evə girmə və ya çıxma, pilləkənləri qalxma və ya enmə və s. xüsusi hərəkətlərlə təsvir edilir. Çin ənənəvi teatr formalarından ən mötəbəri Pekin operasıdır. Onun musiqisi, əsasən, zərb alətlərinin böyük emosional effekt yaratdığı orkestr musiqisidir. Əsas zərb alətləri qonq və barabanlardır. Həmçinin ağac və bambukdan hazırlanmış şıx-şıxlardan, simli alətdən (Pekin skripkası) də istifadə olunur. Çin üçün teatr sənətinin yeni forması, meydana gəlməsi 1906-cı ilə aid edilən danışıq dramıdır, hazırda bu incəsənət növü geniş yayılmışdır.
Üns teatrı
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
İrəvan teatrı
İrəvan Dövlət Azərbaycan Dram Teatrı — İrəvanda yaradılan azərbaycandilli ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880–81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar. Teatrın ilk illərində (1880–1882) İrəvanda həvəskar aktyorlar tərəfindən tamaşalar təqdim olunurdu. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında mədəni hadisəyə çevrilir, lakin F. Köçərli, 1895-ci ildə İrəvanı tərk edir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir.
Şotlandiya teatrı
Şotlandiya teatr — Şotlandiya ərazisində formalaşmış teatr sənəti. Şotlandiyada dram teatrı XVIII əsrin ortalarında meydana gəlmişdir. Edinburq şəhərində 1769-cu ildə "Royyal", 1883-cü ildə "Litseum" teatrları açılmışdır. Truppalar, əsasən ingilis aktyorlarından ibarət idi. Qlazqo şəhərində «Danlop strit tietr» (1782–1863), "Kuin strit tietr" (1805–1829), "Adelfi" (1842–1848) və s. teatrlar fəaliyyət göstərmişdir, 1909-cu ildə rejissor A. Uerrinqin rəhbərliyi ilə "Qlazqo repertuar teatrı" təşkil edilmişdir. Teatr cəmi beş mövsüm fəaliyyət göstərsə də, milli teatr sənətinin formalaşmasında əhəmnyyətli rol oynamışdır. 1921-ci ildə "Şotlavd milli aktyorları" truppası təşkil olunmuşdur. 1939-cu ildə ilk Şotlandiya teatr festivalı keçirilmişdir. 1970–1980-ci illərdə "Travers tietr klab" (Edinburq) və "Klouz studia tietr" (Qlazqo) eksperimental teatrları tamaşalar hazırlamışdılar.
ƏSA Teatrı
ƏSA Teatrı — Bakıda yerləşən peşəkar inklüziv teatr. Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı. Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılmışdır. Yaranması ilə bağlı ictimaiyyətə elan verildikdən dərhal sonra bir çoxları ƏSA Teatrının Azərbaycan incəsənətində inqilabi təşəbbüs olduğunu və yaxud son illər Azərbaycanda baş verən ən müsbət hadisə olduğunu bildiriblər. Müstəqil şəkildə fəaliyyət göstərən teatr heç bir qurumdan və şəxsdən maliyyələşmədən ilk addımlarını atmışdır. Teatrın fəaliyyətə başlaması üçün ilkin maliyyə dəstəyini teatrın hazırkı baş meneceri Nicat Qulam təmin etmişdir. ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olmuşdur. Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilmişdir.
DOM Teatrı
dOM Teatrı — Azərbaycanda ilk interaktiv teatrdır, 2016-cı ildə bu teatrın rəhbəri, rejissor, pedaqoq və prodüser Tərlan Rəsulov tərəfindən yaradılıb. Tam müstəqil yaradıcı strukturdur. dOM adı bu teatrın əsas konsepsiyasını ifadə edən "with/out play" söz birləşməsində baş hərflərin (WOP) əks tərəfə çevrilməsindən yaranmışdır. Burda "play" sözü həm tamaşa, həm pyes, həm də oyun mənasını daşıyır. Bu birləşmədə olan söz oyunu pyes/tamaşa/oyunla, ondan kənar və onsuz anlayışlarını bildirir. dOM Teatrının dramaturq İsmayıl İmanın əsəri əsasında "Limbo" tamaşası (rejissor Tərlan Rəsulov) 2019-cu ildə, VII Türkdilli Teatrların Beynəlxalq "Tuğanlıq" festivalında "Yeni səhnə məkanı və tamaşaçı ilə kommunikasiya üsullarının mənimsənilməsi" nominasiyasında xüsusi mükafat qazanmışdır. Bu, "Tuğanlıq" festivalının proqramında ilk immersiv tamaşa nümayişi olmuşdur. BMT-nin Qaçqınların Məsələləri üzrə Agentliyinin (UNHCR) dəstəyi ilə "Limbo" immersiv tamaşası qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunmuşdur. Öz evlərini tərk edib müvəqqəti çadır düşərgələrində məskunlaşan insanlar ömürlərinin ən çətin və ağır məqamlarından birini yaşayırlar. Tamaşaçılar öz aralarında adi insanların əhvalatları nümayiş olunur: uşağını itirmiş qadın, əvvəlkihəyat barədə xatirələr, məişət münaqişələri və hətta bu xaos içində yaranan məhəbbət.
Əttarlıq
Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.