Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təcavüz
Həbsxanada təcavüz
Petux və ya xoruz (rus. петух), həmçinin keçi və ya kozyol (rus. козёл), çmo (rus. чмо), mavi və ya qoluboy (rus. голубой), incidilmiş, küsdürülmüş, sındırılmış, pərt olunmuş, "obıjenniy" (rus. обиженный) — cinayət jarqonunda həbsxana iyerarxiyasında ən aşağı səviyyəni tutan şəxsi, passiv homoseksualı və ya adətən məhbus etikasının kobud şəkildə pozulmasına görə zorla homoseksual cinsi əlaqəyə girmiş şəxsi ifadə edən anlayış. "Petux" həmçinin, Azərbaycanda homoseksuallara qarşı istifadə edilən təhqiredici sözdür. == Hüquqi baxımdan == 2015-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın ən yüksək rejimli koloniyalarından birində cəza çəkən, islah müəssisəsində mövcud olan həbsxana iyerarxiyasına qarşı çıxış edən məhbusun şikayətini qəbul etmişdir.
Harvi Vaynşteynin cinsi təcavüz iddiası
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər. == Zəmin == Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər. 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar. == İlk məlumatlar == İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır. 10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır. Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir; NBC isə bu məlumatı təkzib edir. Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.
Katolik kilsəsində cinsi təcavüz qalmaqalı
Katolik kilsəsində cinsi təcavüz qalmaqalı (ing. Catholic Church sexual abuse cases, it. Casi di pedofilia all'interno della Chiesa cattolica, alm. Sexueller Missbrauch in der römisch-katholischen Kirche‎, fr. Abus sexuels sur mineurs dans l'Église catholique, nid. Seksueel misbruik binnen de Rooms-Katholieke Kerk) — 1990–2000-ci illərdə keşişlər, rahibələr və Roma-Katolik kilsəsinin dini ordenlərinin üzvləri arasında uşaqlara qarşı (3 yaşdan 11–14 yaşa qədər olan oğlan və qızların) bir sıra cinsi zorakılıq hallarının müəyyən edilməsi ilə bağlı yaranmış kilsə qalmaqalıdır. "The New York Times" qəzetinin araşdırmasına görə, rəsmi Vatikan nəinki azyaşlılarla baş verən hadisələrə səssiz qalıb və törədilən cinayətlər barədə hakimiyyət orqanlarına məlumat verməyib, həm də zorakılıqda şübhəli bilinən şəxslərlə bağlı daxili araşdırmalar aparmayıb. Öz növbəsində Katolik kilsəsi amerikalı jurnalistlərin ittihamlarını təkzib edib. Tarixçi və din alimi (ing. John Philip Jenkins) qeyd edir ki, çoxsaylı araşdırmalar nəticəsində sübut olunub ki, katolik keşişlərinin təxminən 0,2%-i uşaqlara qarşı zorakılıq hallarında iştirak edir.
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 4-də fiziki, əqli və emosional zorakılığın qurbanı olan uşaqların çəkdiyi ağrıları anmaq üçün qeyd olunan gündür. Bu gün ilk dəfə 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilib və silahlı münaqişələrin uşaqlara təsiri barədə məlumatlılığı artırmaq üçün yaradılıb. Bu gün xüsusilə müharibə və münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların istismarı və sui-istifadəsinin qarşısının alınması zərurətini xatırladır. Gün, həm də BMT-nin 1989-cu ildə qəbul edilmiş və uşaq hüquqlarının müdafiəsi üçün hərtərəfli çərçivə təqdim edən Uşaq Hüquqları Konvensiyasının təşviqi üçün də istifadə olunur. UNICEF, Save the Children və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla bir çox təşkilatlar günün mesajını təbliğ etmək və təcavüzdən təsirlənən uşaqların vəziyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər və kampaniyalarda iştirak edirlər.
Kəravuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.