Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metrologiya
Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur. Metrologiyanın əsas predmeti ölçmələr, onların vəhdəti və dəqiqliyidir. Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Tetrafobiya
Tetrafobiya (q.yun. τετράς — «dörd» və φόβος — «qorxu») — 4 rəqəminə irrasional qorxu. Bu, adətən qərəz hesab olunur. Bu mövhumata əsasən Çin, Yaponiya və Koreya kimi Şərqi Asiya ölkələrində rast gəlinir. Fobiyanın səbəbi "dörd" üçün olan Çin heroqlifinin tələffüz edilməsindədir: "sı" ( çin. 四), demək olar ki, "ölüm" (死) sözləri ilə eynidır, onlar yalnız tonlarda fərqlənirlər. Bu sözlər tələffüzdə kiçik dəyişikliklərlə Koreya və yapon dillərinə Çin dilindən gəlmişdir. "Nokia" Asiya bazarları üçün nəzərdə tutulan mobil telefon modellərinin adlarında 4 rəqəmindən istifadə etmir. Qərb dünyasında oxşar, lakin daha çox yayılmış 13 rəqəminə qorxu "triskaidekafobiya" adlanır. Əfqanıstanda 39 rəqəminə mənfi münasibət geniş yayılmışdır.
Dünya Metrologiya Günü
Dünya Metrologiya Günü ― 20 may tarixində keçirilən, Beynəlxalq Vahidlər Sisteminin qəbul olunmasını qeyd edən hadisə.
Petrologiya və metallogeniya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm.Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki,analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. İlk petroloji tədqiqatlar XX əsrin əvvəllərin də epizodik səciyyə daşımış və yalnız ayrı-ayrı intruzivlərin tərkibinin öyrənilməsini əhatə etmişdir. Sonralar intruziv va effuziv süxurların petroqrafik tərkibi va yaşı daha geniş tədqiq olunmağa başlanmışdır.Respublikanın regionlarında yayılmış maqmatik süxurların petroqrafik cəhətdən tədqiqi Aslan Vəzirzadə,Ş.Əzizbəyov və M.Qaşqayın adları ilə bağlıdır. XX əsrin 30-cu illərinin sonundan respublikanın maqmatik süxurlarının petroqrafik tədqiqi daha sistemli xarakter almışdır.Tədqiqatlar maqmatik komplekslərin yaşı,strukturu və maddi tərkibinin öyrənilməsinə və onların endogen yataqların əmələ gəlməsindəki roluna həsr edilmişdir.Ş.Əzizbəyovun və M.Qaşqayın maqmatik süxurların petroqrafiyasına aid tədqiqatları ayrı-ayrı regionların və burada yayılmış iri intruziv massiv və onlarla genetik əlaqədə olan faydalı qazıntı yataqlarının geologiyasının öyrənilməsi və respublikada metallogenik tədqiqatların aparılması üçün zəmin yaratmışdır. XX əsrin 50-ci illərindən başlayaraq petroloji tədqiqatlarda yeni üsulların tətbiqi və nisbətən zəif öyrənilmiş geoloji obyekt və proseslərin tədqiqi,maqmatizmin tektonika və filizləşmə ilə qarşılıqlı əlaqəsi,ayrı-ayrı tektonik zonala da metallogenik qanunauyğunluqların öyrənilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Çıraqdərəsi-Toğanalı kükürd-kolçedan yataqları qrupunun geologiya və mineralogiyasına,Kiçik Qafqazın şimal şərq hissəsinin polimetal yataqlarının mineraloji-geokimyəvi xüsusiyyətlərinə, habelə Naxçıvan MR-in geologiyasına həsr edilmiş tədqiqatlar aparılmışdır.Kiçik Qafqazın şimal-şərq hissəsinin Mezozoy vulkanogen kompleksləri,Daşkəsənin petrologiya və metallogeniyası,Mehmana və Gədəbəy intruzivlarının petrologiyası və filizliliyi tədqiq edilmişdir. Ayrı-ayrı regionlarda müxtəlif geoloji obyekt və proseslər öyrənilmiş,petrologiya və metallogeniyaya dair yeni məlumatlar əldə edilmiş,vulkanplutonik assosiasiyaların toleit, latit və ahəngli-qələvili seriyalarının riftogen,adalar qövsü və Orogen inkişaf rejimlərinin ayrılması elmi cəhətdən əsaslandırılmışdır.Filiz rayonlarının regional petroloji və petrogenetik modelləri işlənib hazırlanmış,maqmatizmin təkamülü,vulkanizm və plutonizmin təzahür şəraiti bərpa olunmuş və maqmatik formasiyaların filizliliyinin petroloji meyarları tədqiq edilmişdir. 1970–85 illərdə petroloji və metallogenik tədqiqatlar formasion təhlil əsasında aparılmış, maqmatik törəmələrin formasiyalar üzrə təsnifatı verilmişdir.Metallogenik tədqiqatlarda geokimyəvi üsullardan istifadə edilmiş,riyazi üsullar tətbiq olunmuşdur.Kiçik Qafqazın bir sıra qranitoit intruzivlərinin filizliliyi proqnozlaşdırılmış,ayrı-ayrı sahələr üzrə 1:200000 miqyaslı maqmatik formasiyaların xəritələri tərtib edilmişdir(1976).Bu tədqiqatlar 1:500000 miqyasla "Azərbaycanın maqmatizm və metamorfizm xəritəsinin"(1979) əsasını təşkil etmişdir. Mineragenik tədqiqatlar nəticəsində faydalı qazıntı yataqlarının 1:500000 miqyaslı xəritəsi (1977),"Azərbaycanın maqmatik və filiz formasiyaları" xəritəsi (1980) Azərbaycanın 1:500000 miq yaslı metallogenik xəritəsi (1980) nəşr edilmiş,yataqların riyazi,geoloji-genetik, geokimyəvi modelləri tərtib edilmiş,dəqiq strukturu,mineral tərkibi və geokimyası öyrənilmişdir.
Azərbaycan Metrologiya İnstitutu
Azərbaycan Metrologiya İnstitutu — publik hüquqi şəxs — 10 fevral 2017-ci ildə ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını, bu etalonlardan kəmiyyət vahidlərinin ötürülməsini, ölkədə aparılan ölçmələrin tələbəta uyğun dəqiqliyini təmin edən və bu sahədə dövlətin funksiyalarını yerinə yetirən yeganə milli xidmət orqanıdır. == Haqqında == Azərbaycan Respublikası ərazisində ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyəti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs həyata keçirir. İnstitutun tabeliyində tempratur, kütlə, elektrik, təzyiq, sıxlıq, mayenin kinematik özlülüyü, vaxt və tezlik kəmiyyət vahidləri, eləcə də ionlaşdırıcı şüalanma və radioaktivlik üzrə 8 dövlət ilkin etalon laboratoriyası, bunların tərkibində ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən digər laboratoriyalar fəaliyyət göstərir. İnstitut əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təhlükəsizliyi məqsədilə yerinə yetirilən ölçmələrin dəqiqliyini beynəlxalq tutuşdurmalar əsasında yoxlayır. Ölkədə şüa terapiyası sahəsində dəqiq ölçmələr etməklə geoloji kəşfiyyat, səhiyyə, inşaat və tikinti sahələrində elmi-tədqiqat institutlarında dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən cihazların yoxlanılmasını və kalibrlənməsini həyata keçirən yeganə laboratoriyaya sahibdir. Qurumun Qanunverici metrologiya struktur bölməsi ölçmə vasitələrinin tipinin təsdiqi və xarici ölkələrdə təsdiq edilmiş tipin respublikada tanınmasını, həmçinin ölçmə vasitələrinin dövlət reyestrinin aparılması xidmətini göstərir. Metrologiya sahəsinin normativ hüququ bazasının yaradılması, təkmilləşdirilməsi və beynəlxalq hüquqi normalara uyğunlaşdırılması üzrə işləri həyata keçirir. İnstitut tərəfindən verilən yoxlama şəhadətnamələri və kalibrlənmə sertifikatları beynəlxalq səviyyədə tanınır. == Tarix == — Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Metrologiya İnstitutu (Azərbaycan)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
== Haqqında == 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. == Tarixi == 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.