Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trew
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. == Elmi əsərləri == Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. == Haqqında == 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. == Dəyişiklik haqqında == Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Terek
Terek (çay)
The U-Krew
The U-Krew - 1984-1990-cı illərdə mövcud olan ABŞ-nin hip-hop janrında ifa edən musiqi qrupudur. Tam adı "The Untouchable Krew" kimi səslənən əsası 1984-cü ilin oktyabr tarixində qoyulmuşdur. Qrupun "Ugly" mahnısı Qaranlıq mələyi filmində səslənilmişdi.
Thea
Çay — bitki növü
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. == Tire == Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. == Uzun tire == Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
Trep
Trep (fr. Trept) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38515. Kommunanın 2006-cı il üçün əhalisi 1785 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Acianthera teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Bulbophyllum teres
Bulbophyllum teres (lat. Bulbophyllum teres) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, listen) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Humboldtia teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Pleurothallis teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Terek (çay)
Terek — Şimali Qafqazda çay. == Adının etimologiyası == Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi. == Coğrafiyası == Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Terek (şəhər)
Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir. == Coğrafiya == Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir. Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya. Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir.
Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.
Terek deltası
Terek deltası 4 000 — 6 000 km² ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir. == Deltanın hidroqrafiyası == Terek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek.
Terek gəvəni
Terek gəvəni (lat. Astragalus terekensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz dağlarının şimal və şərq hissəsində, Dağıstanda yayılmışdır. == Botaniki təsviri == Yarpağını tökən, 40-60 sm hündürlüyə çatan koldur. Kolları üzərində əmələ gələn çoxlu miqdarda qısa budaqları nazik tikanlarla örtülüdür. Yarpaqları 2,5-3 sm uzunluqda, 0,5 mm enində olub, tutqun bozdur. Yarpaqaltlıqları 7–9 mm uzunluqda, altdan qısatüklü, bizvari, itiuclu, ağ rənglidir. Yarpağı 4-6 cüt, yarpaqcıqların eni 7 mm olub, neştərvari, uzunsov, şiş, qalın tikanlarla qurtarır. Hər yarpağın qoltuğunda 2 çiçəkdən ibarət, 1-2,5 sm uzunluqda çiçək qrupu əmələ gəlir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, qayığabənzər olub, aşağı hissəsi sarımtıl-yaşıl, yuxarı hissəsi isə tüklüdür.
Terek qumuqları
Terek qumuqları – Çeçenistan , Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar ( Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar.) == Tarixi == Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb: Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu. XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər. Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar.
Terek vilayəti
Terek vilayəti — 1860-1920-ci illərdə mövcud olan Rusiya İmperiyasının inzibati vahididir. İnzibati mərkəz Vladiqafqaz şəhəridir. == Coğrafiyası == Qərbdə Kuma çayından şərqdə Sulak çayına və şimalda Terek çayından cənubda Baş Qafqaz silsiləsinə qədər olan ərazini işğal etdi. == Tarixi == === Yaradılması === 1860-cı ildən Rusiyanın inzibati-ərazi vahidididir (İmperator II Aleksandrın fərmanı ilə yaradıldı, bölgənin idarə edilməsi haqqında əsasnamə 1862-ci ildə təsdiq edildi). Bölgəyə əvvəlcə səkkiz rayon: Arqun, İnquş, İçqeriya, Kabarda, Kumuk, Naqornı, Osetin and Çeçen daxil idi.29 noyabr 1866-cı ildə Mozdok əyaləti Stavropol diyarından Terek bölgəsinə ayrıldı.9 dekabr 1867-ci ildə Stavropol quberniyasından rayonun bir hissəsi olan Kizlyar şəhəri Terek bölgəsinə ayrıldı.1868-ci ildə əyalətin sərhəd şəhəri olan Georgeyvsk şəhəri Stavropol quberniyasından ayrılaraq Terek vilayətinin tərkibinə qatıldı.1869-cu ildə Qumuq və Dağlı rayonları Xasavyurt mahalına birləşdirildi. 1870-ci ildə Terek bölgəsində inzibati dəyişikliklər edildi. Osetiya və İnquş rayonları Vladiqafqaz rayonuna birləşdirildi. Dairələr hissələrə bölündü. 7 yeni rayon yaradıldı: Arqunski, Vedenski, Vladiqafqaz, Georgievski, Qroznı, Kizlyar və Xasavyurt. 1874-cü ildə Pyatiqorsk şəhəri Terek vilayətinə birləşdirildi.
Terek çayı
Terek — Şimali Qafqazda çay. == Adının etimologiyası == Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi. == Coğrafiyası == Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Terez Karaç
Terez Karaç (mac. Karacs Teréz 18 aprel 1808, Peşt[d], Peşt medyesi – 7 oktyabr 1892, Bekeş[d], Bekeş medyesi) — Macar yazıçısı, ictimai və təhsil sahəsi üzrə xadim. Macarıstanda erkən feminist və islahat hərəkatının liderlərindən biri. Mişkoltsdakı İlona Zrin Qrammatika Məktəbinin qurucusu. == Bioqrafiyası == 1808-ci ildə Budapeştdə anadan olmuşdur. Anası Eva Takaç qadın hüquqları uğrunda fəal, atası Ferenc Karaç mühəndis idi. Ailənin evi çox vaxt ziyalıların görüş yeri kimi xidmət edirdi. İbtidai təhsili 1814–1819-cu illərdə oxuduğu Peşt məktəbində alır. Sonra öz-özünə təhsilini davam etdirir. Baxmayaraq ki, beş qardaş və bacılarına baxmalı olur.
Tringa terek
Boz səsyamsılayan (lat. Xenus cinereus) — səsyamsılayan cinsinə aid quş növü.
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərək
Tərək — yağda qovurulmuş şəkər və undan hazırlanan halva növü.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Tirə
Tirə- (rus. гряда, ing. ridge) müxtəlif mən­şəli uzunsov, nisbətən alçaq, müs­bət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.