Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hummer
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur. == Tarixi == Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi. Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu. İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır.
Jumper
Jumper ~ перемычка ~ atlatıcı ~ atqı - elektron sxemin müxtəlif kontaktlarını birləşdirmək yolu ilə aparat vasitələrinin köklənməsi ( konfiqurasiyasının dəyişdirilməsi) üçün kiçik çəngəl, yaxud tellər. Bax: DIP SWITCH. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
War Thunder
War Thunder — İkinci dünya müharibəsindən ilhamlanaraq istehsal olunmuş onlayn oyun.
JF-17 Thunder
JF-17 Thunder (urdu جے ایف-17 گرج) və ya FC-1 Xiaolong — yüngül çəkili, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı Pakistanın "Pakistan Aeronautical Complex" (PAC) və Çinin "Chengdu Aircraft Corporation" (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin tutulması və ya məhv edilməsi məqsədləri ilə hazırlanmışdır. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. Çində təyyarə "FC-1 Xiaolong" adı ilə tanınır. "FC" abreviaturasının açılışı "Fighter-China" (Çin Qırıcısı), "Xiaolong" isə "Qəddar Əjdaha" mənasını verir. JF-17 döyüş təyyarəsi müxtəlif növ hava-hava və hava-yer tipli raketlər, həmçinin 23 mm çaplı QŞ-23–2 avtomatik topu ilə silahlanmışdır. Maksimum sürəti 1.6 maxa bərabər olan Guizhou WS-13 və ya Rusiya istehsalı RD-93 mühərriki ilə təchiz olunub. Bu təyyarələrin yaxın müddət ərzində Pakistan Hərbi Hava Qüvvələrinin "onurğa sütunu" olacağı və uçuş göstəriciləri təxminən eyni olan, lakin texniki xidməti təqribən iki dəfə baha başa gələn F-16 qırıcılarını da əvəzləyəcəyi gözlənilir. Pakistan HHQ ilk JF-17 eskadrilyasını 2010-cu ilin fevral ayında silahlanmaya qəbul etmişdir.
K-9 Thunder
K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir. == İxrac == İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir. Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır. 2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır. Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur. 2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır. 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.
Oklahoma City Thunder
Oklahoma-Siti Tander — NBA-də Qərb Konfransında, Şimal-Qərbi qrupunda yer alan Oklahoma Siti, Oklahomanı təmsil edən peşəkar basketbol klubu. Klub ev oyunlarını 18.203 tutumlu Chesapeake Energy Arenada oynamaqdadır. Həmçinin NBA İnkişaf Liqasında mübarizə aparan "Oklahoma-Siti Blu" adında ehtiyat (əvəzedici) komandası var. 2014-cü ildən etibarən Forbesin araşdırmalarına görə 590 milyon dollarlıq dəyəri ilə NBA-nın ən dəyərli on birinci komandasıdır.
Tom Huper
Tomas Corc "Tom" Huper (ing. Thomas George "Tom" Hooper) — Böyük Britaniya rejissorudur. 12 Oskara namizəd olan Kral danışır! filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular. Kral danışır!